Tsusima Doyusu - Wikipedia
Tsuşima döyüşü (yaponca: 対馬海戦, Tsuşima Kaysen; rusca: Цусимское сражение, Tsusimskoye srajeniye) — 1905-ci il mayın 14–15-də (Çar Rusiyasında o dövrdə istifadə olunan Yuli təqviminə əsasən 27–28 may) rus-yapon müharibəsi zamanı Tsuşima adası yaxınlığında olmuş dəniz vuruşması. Yaponiyada Yapon dənizi döyüşü (yaponca: 日本海海戦, Nihonkay Kaysen) adı ilə də tanınır. Döyüşdə admiral Toqo Xeyxatironun rəhbərliyi altında olan Yaponiya İmperiya donanması admiral Zinovi Rojestvenskinin rəhbərliyi altındakı Rusiya İmperator donanması Sakit okean Flotiliyasının 2/3 hissəsini məhv etmişdir. Rus donanması Baltik dənizindəki bazalarından yola çıxaraq 18 min dəniz mili (33 min km) məsafə qət edərək bölgəyə gəlib çatmışdır.
Tsuşima döyüşü | |||
---|---|---|---|
Rus-yapon müharibəsi | |||
日本海海戦 Цуси́мское сраже́ние | |||
Tarix | 27-28 may 1905-ci il | ||
Yeri | Tsuşima boğazı | ||
Nəticəsi | Yaponiya qələbə qazandı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Rus-Yapon müharibəsindən əvvəl döyüş gəmiləri həm yaxın məsafədə, həm də uzaq məsafədə döyüşmək üçün ümumilikdə 152, 203, 254 və 305 mm-lik toplarla təchiz edilərkən bu müharibədə sadəcə uzun mənzilli toplara sahib gəmilərin daha üstün olduğu görülmüşdür.
İki tərəfin donanmaları
redaktəYapon donanması Rus-yapon müharibəsinin başlanğıcından etibarən topçuluq sahəsində özünü inkişaf etdirmişdir. Yapon donanması Rusiya donanması ilə müqayisədə daha üstün toplara sahib idi. Yaponlar həmçinin top mərmilərində alışma gücü yüksək olan partlayıcılardan istifadə edərək düşmən gəmilərinin göyərtə hissələrinin zədələnməsini təmin edirdi. Buna qarşı olaraq ruslar daha çox zireh dəlmə qabiliyyəti olan top mərmilərindən istifadə edirdi, lakin rusların toplarında yaranan problemlər bəzən mərmilərin partlamamasına səbəb olurdu. Yaponiya donanması gəmilərinin yüksək texnologiyaya sahib olması da onların döyüş zamanı üstünlük əldə etməsinə şərait yaradırdı.
Rus donanması 18 min dəniz mili məsafə qət etdiyinə görə heç də döyüşə hazır vəziyyətdə deyildi. 4 ədəd Borodino sinfi döyüş gəmisi istisna olmaqla digər bütün gəmilər köhnə və problemli idi. Yapon gəmilərinin sürəti 16 knot (30 km/saat) səviyyəsində olduğu halda, rus gəmilərinin sürəti yalnız 9 knot (17 km/saat) təşkil edirdi. Admiral Toqo rəhbərliyi altında olan gəmilərinin yüksək sürət və manevr qabiliyyəti sayəsində düşmənə qarşı T manevri taktikasından istifadə etmişdir.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ T manevri döyüş gəmilərinin bütün toplarını düşmənə qarşı istifadə edərkən, düşmənin yalnız ön xətdə yerləşən gəmilərinin top atəşinə məruz qalır. Müasir döyüş gəmilərində raket sistemlərinin istifadə olunması nəticəsində gündəmdən düşmüşdür.
Xarici keçidlər
redaktə- V. İ. Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 147–148.