Tugluqogullari Sulalesi - Wikipedia
Tugluqogullari Sulalesi - Wikipedia - Haqqında Məlumat
Tuğluqoğulları sülaləsi—Hindistanda iqtidarda olmuş türk xanədanı.
Tarixi
redaktəDehlidə Tuğluq iqtidarının qurucusu Qazi Tuğluqşahdır. Tuğluqlar Hindistanın idarəsində Xələclər qədar uzunömürlü olmayıb, bəzi yerləri əldən vermişdilər. Əmir Teymur 1398-ci ildə Hindistan səfərinə çıxıb Dehliyə qədər girdiyi zaman Tuğluqoğulları ona bağlı olaraq hökm sürməyə başladılar.
1414-cü ildə Tuğluqoğulları nın yərinə Xızır şahla başlamaq üzrə Seyyidlər xanədanı hakim oldu. Bu ailənin dördüncü hökmdarı Əlaəddin Aləmşahdan sonra isə (1451) türklər Hindistan sultanlığını Əfqanıstanlı bir ailə olan Ludilərə verdilər, fəqət 1526-cı ildə Hindistan təkrar türklərin əlinə keçdi və XIX yüziılin ortalarına qədər davam edəcək olan böyük bir türk dövləti quruldu.
Hökmdarları
redaktəAdları | Hakimiyyət illəri[1].[2][3] | Qeydlər | |
---|---|---|---|
1 | I Qiyasəddin şah Tuğluq | 1321–1325 | |
2 | Məhəmməd şah Tuğluq | 1325 – 1351 | |
2 | Mahmud şah Tuğluq | 1351 | |
4 | Firuz şah Tuğluq | 1351 – 1388 | |
5 | II Qiyasəddin şah Tuğluq | 1388–1389 | |
6 | Abu Bəkr şah Tuğluq | 1389–1390 | |
7 | Nəsirəddin Məhəmməd şah Tuğluq | 1390–1394 | |
8 | Əlaəddin İskəndər şah Tuğluq | 1394 | |
9 | Nəsirəddin Mahmud şah Tuğluq | 1394–1414 | |
10 | Nüsrət şah Tuğluq | 1414 |
İstinadlar
redaktə- ↑ Tughlaq Shahi Kings of Delhi: Chart Arxivləşdirilib 2015-01-22 at the Wayback Machine The Imperial Gazetteer of India, 1909, v. 2, p. 369.
- ↑ Mahajan, V. D. (1991, reprint 2007) History of Medieval India, Part I, New Delhi: S.Chand & Co., ISBN 81-219-0364-5, pp.166–235
- ↑ Majumdar, R. C. (ed.) (2006). The Delhi Sultanate, Mumbai: Bharatiya Vidya Bhavan, pp.52–115