Tulipa Florenskyi - Wikipedia
Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür.
Florenski dağlaləsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Florenski dağlaləsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır. Qutucuq 3–4 sm uzunluğundadır.
Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri
redaktəAşağı və orta dağ qurşaqlarında – daşlı-çınqıllı, qayalı yamaclarda yayılmışdır. Çiçkləməsi aprel, meyvələməsi may ayına təsadüqf edir. Çoxalması toxumla və vegetativ yolladır. Kseromezofitdir.
Yayılması
redaktəNaxçıvan MR – Ordubad rayonu Nüsnüs (Diah, Qalagüney, Soyuq dağları) və Dırnıs kəndləri ətrafında, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru, daşlı yamaclarda bitir. Tək-tək rast gəlir.
Ehtiyatının dəyişilmə səbəbləri
redaktəAntropogen amillər, mal-qara otarılması. Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.
Becərilməsi
redaktəAzərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri
redaktəXüsusi mühafizə tədbirləri hazırlanmamışdir. Yeni yayılma yerlərinin axtarılması vacibdir.