Tunc Dovru - Wikipedia
Tunc Dovru - Wikipedia - Haqqında Məlumat
Tunc dövrü — e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmiş tarixi dövrdür. Bu dövr 3 yerə bölünür:Erkən, Orta, Son Tunc dövrü. Erkən Tunc dövrü: Xış əkinçiliyi toxa əkinçiliyi ilə əvəz edildi. Köçəri maldarlıq yarandı. Bu dövrdə birinci böyük ictimai əmək bölgüsü baş verdi, əkinçilik maldarlıqdan ayrıldı. Bu dövrdə fiziki güc tələb edən xış əkinçiliyi, metalişləmə kimi işlər yarandı. Kişi əməyinə tələbat artdı. Beləliklə anaxaqanlığını ataxaqanlığı (patriarxat) əvəz etdi.
- Erkən tunc dövründə tayfalar yarandı. Ölüyandırma və kollektiv dəfn adətləri yarandı. Bəzi qəbirlərin üzərində kurqanlar quruldu.
- Orta tunc dövrü: Boyalı qablar mədəniyyəti yarandı. İkinci böyük ictimai əmək bölgüsü yarandı:sənətkarlıq müstəqil sahəyə çevrildi. Naxçıvan və Mil Qarabağda dulusçuluq ocaqları mövcud idi.
- Son tunc dövrü: Dulus çarxı yarandı. Üçüncü böyük ictimai əmək bölgüsü yarandı:tacirlər sənətkarlardan ayrıldı. Ulu icma dağıldı.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |