Tunis Inqilabi 2010 2011 - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib.
Tunis inqilabı, Yasəmən inqilabı | |
---|---|
Yer | |
Tarix | 24 dekabr 2010 |
Səbəb | 2010-cu il iqtisadi böhranı |
Əsas məqsəd | İşsizliyin və inflasiyanın aradan qaldırılması |
Nəticə | Prezident Ben Əlinin ölkədən qaçması |
Təşkilatçılar | Həmkarlar ittifaqları |
Hərəkətverici qüvvələr | Tələbələr, kiçik sahibkarlar |
İştirakçı sayı | 10 000 – 20 000 nəfər |
Həlak olanlar | 100 nəfərdən çox |
Yaralananlar | 100 nəfərə yaxın |
Vikianbarda əlaqəli mediafayllar |
Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər.[1]
Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir.
Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb.
Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib. Qeyd edək ki, indiyə qədər hüquq-mühafizə orqanları ilə baş verən toqquşmalarda 21 nəfər həyatını itirib.[2]
Bir aydır işsizlik, yoxsulluq və korrupsiyaya etiraz nümayişlərinin keçirildiyi Tunisdəki toqquşmalarda ölənlərin sayı 28 nəfərə çatıb.
Lent.az-ın "trt.net.tr" saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, komendant saatının tətbiq olunması və küçəyə çıxmağa qadağa qoyulmasına baxmayaraq, paytaxtda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşmalar davam edir.
Nümayişçilər gecə saatlarında polisə və ətrafdakı binalara hücum edib. Atışmalarda ən azı 4 nəfərin vurularaq öldürüldüyü bildirilir. Müxalifət həftəsonundan bəri ən azı 50 nəfərin öldüyünü bəyan edib. Polis nümayişlərinin qarşısını ala bilmədiyi üçün paytaxta ordu qüvvələri yeridilib. Küçələrdə zirehli hərbi texnikalar gəzir.
Dövlət başçısı Zeynal Abidin Bin Alinin daxili işlər nazirini vəzifədən uzaqlaşdırması həbsdəkilərin azadlığa buraxılması barədə tapşırıq versə də, toqquşmalar ölkə ərazisinə yayılır. Yoxsulluq, korrupsiya və işsizliklə bağlı şüarlar sırasına indi fikir azadlığı, toplanma azadlığı kimi siyasi şüarlar da əlavə edilib.[3]
Kütləvi aksiyalar nəticəsində yanvarın 14-də hakimiyyətdən kənarlaşdırılan və ölkədən qaçmağa məcbur olan Tunis prezidenti Zin əl-Abidin bin Əlinin ailəsi çevrilişdən sonra ölkədən 1,5 ton qızıl aparmağa nail olub. Lent.az-ın "Mond" qəzetinə istinadən verdiyi məlumata görə, prezident ailəsinin Tunis Mərkəzi Bankında qızıl ehtiyatının alınması üçün öncə prezidentin xanımı Leyla müraciət etsə də, ona rədd cavabı verilib.
Daha sonra Zin əl-Abidin Bin Əli özü Tunis Mərkəzi Bankına müraciət edib. Bank əvvəlcə ona rədd cavab versə də, sonra qərarını dəyişib. Ehtimal olunur ki, 45 milyon dollar dəyərində qızılı ölkə sərhədindən prezident təyyarəsi ilə prezidentin xanımı çıxarıb. Zin əl-Abidin Bin Əli özü hazırda Səudiyyə Ərəbistanındadır.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Tunisdə kasıbların qiyamı paytaxta çatdı". 2011-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
- ↑ "Tunisdə vəziyyət nəzarətdən çıxır". 2011-01-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
- ↑ "Tunisdə qanlı toqquşmaların miqyası genişlənir". 2011-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
- ↑ "Tunisin devrilmiş prezidenti ölkədən 1,5 ton qızıl aparıb". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.