Tuqay Meseleri - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Toğay — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir.
Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir.
Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur. Tuqay meşəaltı torpaqların torpaq əmələgəlmə prosesi zonallıq qanuna uyğun gedir. Bununla əlaqədar olaraq, S.A.Zaxarov və S.İ.Türemnov həmin ərazinin boz torpaqların yayılmasını qeyd etmişlər.
Hidrobioloji şəraitin təsirindən Qarabağ-Mil düzündə üfüqi zonallıq üzrə boz torpaqlar zonasında geniş yayılmış şabalıdı, çəmən, şoran, şorakət və s. torpaq tipi və yarımtiplərinə təsadüf edilir.
Tuqay meşəaltı torpaqları səhra və yarımsəhra boz torpaqlar dairəsində yayılmalarına baxmayaraq, onların əmələ gəldikləri mühitin hidroloji şəraiti çox müxtəlif olur.(K. Ə. Ələkbərov, Ə. Q. Zeynalov). Belə ki, Tuqay meşələri inkişaf etdiyi sahələrdə çoxlu şirin (şorlaşmamış) torpaqaltı suların olmasə aran rayonlarında qalın meşəliklərin inkişaf etməsi üçün əlverişli şərait yaradır. Tuqay meşələrinin inkişaf etməsi ilə yerli mikroiqlim şəraiti dəyişir. Bu və ya başqa səbəbdən yeraltı suyun səviyyəsi aşağı endikcə meşə bitkilərinin yaşayış şəraiti pozulur və nəhayət bu meşələr məhv olur. Belə halda bu meşələrin yerində yarımsəhra-çöl bitkiləri inkişaf etməyə başlayır və torpaqlar quru mühitə düşür. Bu hadisə uzun müddət davam etdikdə keçmiş tuqay torpaqları boz torpaqlara qədər dəyişirilir.
Qarabağ-Mil düzündə təbii aran meşəsi düzənliyin müxtəlif yerində, əsas etibarilə Kür çayı boyunca ensiz zolaq şəklində tuqay, allüvial-çəmən və boz-çəmən torpaqları üzərində inkişaf etmişdir. Burada yayılmış allüvial-çəmən və boz-çəmən torpaqlarının qranulometrik tərkibi orta, yüngül gillicəli və bəzən isə gilli olmaqla yüksək rütubətlənmə şəraitində inkişaf etmişdir.. Həmin torpaqlarda humus qatının qalınlığı 15–25 sm, humusun miqdarı 3–5 % və bəzən də çox ola bilir.
Son 10–20 ildə yanacağın çatışmazlığı, qaçqın ailələrinin Kürətrafı rayonlarda yerləşdirilməsi ilə əlaqədar tuqay meşələrinin qalıqlarına təzyiq daha da kəskinləşmişdir. Bunun nəticəsində mövcud meşələrin vəziyyəti daha da pisləşmiş, şübhəsiz sahəsi də azalmışdır. Bunun nəticəsində təbii və süni salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, gələcək nəsil kəsilir, meşəsizləşdirmə intensiv gedir. Kür qırağında meşə yox edilən sahələri kolluqlar, qamışlıqlar, bataqlıqlar tutur. Yevlax, Sabirabad, Haçıqabul rayonlarında meşənin yerində kənd təsərrüfatı bitkiləri sistemsiz suvarıldığından sahələr şorlaşır və ya bataqlığa çevrilir. Bu isə tuqay meşələrinin qalıqlarının tamamilə sıradan çıxması təhlükəsini yaradır.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası Bakı 2007 səh.34