Tural Memmedli - Wikipedia
Tural Məmmədli (tam adı:Tural Rəhman oğlu Məmmədli; 28 noyabr 1989, Füzuli) — azərbaycanlı pianoçu, bəstəkar, musiqi rəhbəri və aranjimançı.
Tural Məmmədli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Füzuli şəhəri |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 2011-ci ildən hal-hazırkı dövrə qədər |
Janr | simfoniya |
Musiqi aləti | fortepiano |
Təhsili |
Bakı Musiqi Akademiyası Azərbaycan Milli Konservatoriyası |
Üzvlüyü | Azərbaycan Bəstəkarlar İttifaqı |
Vikianbarda əlaqəli mediafayllar |
Ulu öndər Heydər Əliyevə həsr edilmiş "Zirvəyə doğru" simfonik poeması, "Təbrizim" kantatasının, "Çarx" simfonik eskizinin müəllifi, 2014-cü ilin iyun ayında Maltada keçirilən bəstəkarlar arası beynəlxalq festivalın laureatı.
Həyatı və təhsili
redaktəTural Məmmədli 28 noyabr 1989-cu ildə Füzuli şəhərində, musiqiçi ailəsində anadan olub. 2007-ci ildə Xətai rayonu 27 nömrəli orta məktəbi fəxri fərmanla bitirdikdən sonra, Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas Məktəb-Studiyasının Fortepiano şöbəsinə daxil olub, 2007 ci-ildə oranı əla qiymətlərlə bitirib. 2007-ci ildə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olub.[1] Əməkdar İncəsənət xadimi, professor Nazim Mirişlidən dərs alıb. 2011-ci ildə BMA-nın Bəstəkarlıq fakültəsini Ulu öndər Heydər Əliyevə həsr etdiyi böyük simfonik orkestr üçün yazılmış “Zirvəyə doğru” simfonik poeması, qırmızı diplomla başa vurub. 2014-2016-cı illərdə Azərbaycan Milli Konservatoriyası "Bəstəkarlıq" fakültəsinin magistratura pilləsində təhsil alıb. Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov və fəlsəfə elmləri doktoru Telman Qəniyevdən dərs alıb. 2013-2018-ci illərdə Rusiya Federasiyası Prezidenti yanında İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarə etməsi fakültəsində (qiyabi) təhsil alıb.[1]
Yaradıcılığı
redaktəTural Məmmədlinin müəllifi olduğu Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Zirvəyə Doğru” adlı Simfonik Poeması Rauf Abdullayevin baş dirijorluğu ilə Böyük Simfonik Orkestr tərəfindən 7 fevral 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Gənclər günü” festivalında səsləndirilmiş və diploma layiq görülmüşdür.
2014-cü ilin iyun ayında Maltada keçirilən bəstəkarlar arası beynəlxalq festivalda iştirak etmiş və laureat olmuşdur. 2014 cü ilin oktyabr ayında Macarıstanın Balatonfüred şəhərində keçirilən bəstəkarlar arası beynəlxalq müsabiqədə violin və fortepiano üçün müəllifi olduğu "Tünd rənglərin parıltısı" əsəri Qran Pri mükafatına layiq görülüb.[2]
2015-2016-cı illərdəki uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər mükafatına layiq görülən gənc bəstəkar 2016-cı ilin fevralında Rusiya Federasiyası Humanitar Dilçilik Universitetinin Teatr kafedrasının təşkilatçılığı ilə Jan Batist Molyerin “Tartyuf” tamaşasına yazdığı musiqi Moskva şəhərində səhnələşdirilib. 23 iyun 2016-cı ildə Makedoniyanın Dojran şəhərində keçirilən beynəlxalq müsabiqədə münsiflər heyətində iştirak edib. 15 iyun 2016-cı ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin ən böyük konsert zallarından biri olan Milad Towerdə çıxış etmişdir. O cümlədən bəstəkar 25 iyul 2017-ci il tarixində İranın Ərdəbil şəhərində keçirilən “Ərdəbil günləri” festivalının açılış himninin müəllifi olaraq İran İslam Respublikası tərəfindən mükafata layiq görülmüşdür. 17-18 noyabr 2017 ci ildə İran İslam Respublikasının Təbriz şəhərində Barış musiqi məktəbinin tələbə və müəllim heyətinə 2 günlük (masterclass) ustad dərsləri təşkil olunub.[3]
2016-cı ildə Amerika Birləşmiş Ştatlarının Texas ştatında Global Heart Media şirkətinin rəhbərliyi altında yayımlanan “Sweet Conversations” eləcə də “Abror and Bear” televiziya verilişlərinin musiqi müəllifi olmuşdur.[4] 6-9 dekabr 2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq müsabiqədə müəllifi olduğu fortepiano üçün “Sükutun səsi” əsəri birinci yerə və müsabiqənin ən yaxşı əsəri adına layiq görülüb.[5]
Tural Məmmədli 28 noyabr 2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti Firəngiz Əlizadə tərəfindən Bəstəkarlar İttifaqının üzvü seçilmişdir. 25 aprel 2018-ci il ölkə başçılarının iştirakı ilə keçirilən “Təbriz 2018 İslam Ölkələrinin Turizm Paytaxtı” seçilməsinin təntənəli açılış mərasiminin böyük simfonik orkestr, xor və solist üçün yazılmış açılış musiqisinin müəllifidir. 2018-ci ilin dekabr ayında musiqisinin müəllifi olduğu "Özgə həyat" çarxı Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” mükafatına layıq görülüb.[6]
2020-ci ilin yanvar ayında imzaladığı müqavilə əsasında Amerika Birləşmiş Ştatlarının Texas ştatında Global Heart Media şirkətinin rəhbərliyi altında yayımlanan “Superbook” televiziya verilişinin musiqi müəllifidir. 2020-ci ilin may ayının 9-da Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş “Vətənpərvərlik mahnısı” müsabiqəsində "Zəfər müjdəsi" marşı ilə I yerə layiq görülmüşdür.[7]
2020-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış, Vətən müharibəsində canlarından keçmiş şəhidlərə həsr olunan böyük simfonik orkestr, xor və solist üçün “Əbədi zirvə” musiqi kompazisiyasının müəllifidir.
Bəstəkarın əsərləri Amerika Birləşmiş Ştatları, Macarıstan, Avstriya, Norveç, Rusiya, Gürcüstan, Ukrayna, İran İslam Respublikası, Almaniya, Finlandiya, Türkiyədə səslənmişdir.
Tural Məmmədli Elvin Mirzəyevin 2021-ci ildə lentə aldığı "Qul" bədii filminin bəstəkarıdır.[8]
“Fəryad-2” (Həyat, deyəsən gözəldir) filmi
redaktəAzərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayevin rejissoru olduğu, erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edən "Fəryad-2" filminin bəstəkarı Tural Məmmədlidir.[9] “Həyat, deyəsən gözəldir” tammetrajlı bədii filminin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeron yarımadasında aparılmışdır.[10]
İstinadlar
redaktə- ↑ 1 2 "Gənc bəstəkarın uğurları" (az.). Archived from the original on 2021-12-03. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Azərbaycanın gənc bəstəkarı Macarıstanda Qran-pri alıb" (az.). Archived from the original on 2021-12-03. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Azərbaycan musiqiçiləri Ərdəbildə konsert proqramı ilə çıxış ediblər" (az.). Archived from the original on 2021-12-03. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "26 yaşlı azərbaycanlı bəstəkar bütün dünyanı heyran qoyur" (az.). Archived from the original on 2021-12-03. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Tanınmış gitara ifaçısının oğlu beynəlxalq müsabiqədə qalib oldu" (az.). https://lent.az. 08 dekabr 2016. Archived from the original on 2024-07-08. İstifadə tarixi: 8 iyl 2024.
- ↑ "Məmmədli Tural Rəhman oğlu" (az.). https://www.mys.gov.az. Archived from the original on 2022-07-01. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ Cəmilə HƏSƏNOVA. "Azərbaycan Bəstəkarlar İttifaqı pandemiya dövründə" (az.). Archived from the original on 2021-12-03. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ ""QUL" BƏDİİ FİLMİ NÜMAYİŞ OLUNDU" (az.). https://aki.az. 18 aprel 2024. Archived from the original on 2024-07-01. İstifadə tarixi: 1 iyl 2024.
- ↑ "Fəryad 2" filminin çəkilişləri başa çatıb" (az.). https://kulis.az. Archived from the original on 2021-12-03. İstifadə tarixi: 27 noyabr 2021.
- ↑ "Fəryad-2" filminin çəkilişləri başa çatıb, adı dəyişdirilib" (az.). https://report.az. Archived from the original on 27 August 2022. İstifadə tarixi: 5 may 2022.