Turan Irqi Tipi - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Etnogenetik əlaqələr
redaktəTuran irqi tipi əsasən Türk xalqları ilə əlaqədardır. Bu irqi tipin xüsusiyyətlərini keçmişdə Onoqurların , Hunların , Macarların , Peçeneqlərin , Kumanlarım (Qipçaqların) , Qədim Uyğurların , Avarların , Kabardinlərin , Xəzərlərin, Bulqarların (İdil-Volqa Bulqarları və Dunay Bulqarlarının) antropoloji xüsusiyyətləri ilə uyğun gəlir. Bartuez , Nemeskeri və Lipitak tərəfindən aparılmış və Macarıstanın İstila dövrünü araşdıran Conquest Anthropogical tədqiqatları zamanı üzə çıxarılan qəbr abidələrindəki skletlərin xüsusiyyətləri ən çox bu irqi tiplə uyğun gəlmişdir.[1] Amerikan antropoloqu E. Wiesner və Alman alimi Ferdinand fon Rixtofenin araşdırmalarına görə qədim Skiflər çox əhəmiyyətli dərəcədə Turanoid xüsusiyyətlərinə sahib idilər.[2] Macar antropoloqu İstvan Kiszelyə görə Turan irqi qədim Skiflər , Sarmatlar , Hunlar və Avarlar arasında ümumi bir irqi tip idi. Gyula Henkey (1974) Turan tipi Macarıstanın müasir Jasz əhalisinin təxminən 20 faizini təşkil edir. Hansının ki , təxminən 10 faizinin nəsilləri Kuman-Qipçaqlara, digər 10 faizin nəsilləri isə Alan-Sarmatlara gedib çıxır. Gyula Henkeyin araşdırmalarına görə (1990) Turanoid tipi Nagykunların 43,7%-ində, Orseglərin 41,2%-ində, , Kiskun-un 33,0%-ində, Paloc-un 27,9%-ində və Jasz qruplarının 25,5%-ində tapıla bilər.
Mənşəyi
redaktəGinzburqa görə (1966), Turan tipi eramızdan 1000 il əvvəldən eramızın 5–6-cı əsrlərinə qədər Orta Asiyada formalaşmış və Turan irqi Avropoid irqi ilə Andronovo tipinin qarışığından yaranmışdır və Tunc dövründən Orta Asiyada aborigen olmuşdur. Qazax antropoloqu İsmaqulova görə (1970, 13-cü əsrdəki monqol axınlarına qədər Orta Asiyada Turan irqi tipi hakim olmuşdur. Monqol istilaçıları Orta Asiyanı tutduqdan sonra daha çox İpək Yolu üzərindəki torpaqlarda məskunlaşdılar və yerli əhaliylə asanlıqla qaynayıb qarışdılar. İpək yolu üzərində olmayan Qazaxıstan , Qırğızıstan və Özbəkistan ərazilərində isə Turanlıq (Avropoidlik) üstünlük təşkil etməyə davam etdi. Macar antropoloqu Pal Liptaka görə Turan irqində müşahidə olunan Avropoid xüsusiyyətləri Andronovo qarışığının təsiridir.[3] Fothi Erzsebet nəzərə çatdırır ki, Turan irqi tunc dövründə Qazaxıstanın şımal düzənliklərində yaşayan Cro Maqnon əhalisindən , Paleo-Sibir tayfalarından, Andronovo mədəniyyətini yaradanların qarışmasından yaranmışdır. Ginzburqa görə , müasir dövrdəki kimi, keçmişdə də Turanidlər Perslərdən (Farslardan) xeyli fərqlənmişlər.[4]
Cografi yayılma
redaktəTuran irqi tipi Qazaxlar, Şımal Özbəklərin, Qaraqalpaklar, Tatarlar, Başqırdlar, Qırğızlar, Macarlar, Türkmənlər, Telengitlər, Yakutlar, Tofalar, Taciklər arasında geniş şəkildə və kiçik dərəcədə Türkiyə və Balkanlarda yayılmışlar.[5] I minilliyin baçlanğıcında, arxeoloji məlumatlara görə, Cənubi Sibirdə və Qazaxıstanda qədim Turan tayfaları arasında köçərilik geniş şəkildə yayıldı.[6]Ginzburqa (1956) və İsmaqulova görə, bu tayfalar köçəri Andronovo antropoloji tipinə mənsub olmuş, müasir Qazaxların və Qaraqalpakların ulu babaları olmuşlar və onların müasir antropoloji tiplərini müəyyən etmişlər. Ginzburqa görə müasir macarların antropoloji tipləri Türklərlə çox yaxındır və onların 46.2 faizi Türk mənşəlidi. Bu irqin ən çəx yayılması demək olar ki, bütün qədim və orta dövrü əhatə edən Türk hücumları zamanı daha da genişlənmişdir.
Xarakterik xüsusiyyətləri
redaktəbəzən Cənubi Sibir irqi tipi də deyilir. Antropoloji təsnifatların çoxunda sarı (monqoloid) irqdən ağ irqə keçıd hesab olunur. Bəzi antropoloqlar Turan irqinin özünü çənə çıxıntısının zəif olması ilə seçilən Yenisey, III saç örtüyünün lap az inkişafı və dalğavari saçları ilə fərqlənən Sakit Okean variantlarına ayırırlar. Xarakterik xüsusiyyətləri:
- -saçları düz və coddur.
- -dərilərinin rəngi qismən tutqun və ya bəyazdır.
- -sifətlərinin üfüqi profili ortoqnat, şaquli profili zəif, ölçüləri hündür və çox enlidir.
- -burunları düzdür.
- -gözlərinin üst qapağında qırış orta dərəcədə inkişaf etmişdir. Bəzi hallarda epikantus müşahidə olunur.
- -dodaqları nazikdir. Dodaqlarının dəri hissəsi orta hündürlükdə, qişa hissəsi isə qismən proxeylik formadadır.
- -çənələri orta çıxıntılıdır.
- -alınları maili, qaşüstü sümüyün inkişafı güclüdür.
- -baş göstəriciləri 84–86 (braxikefal), burun göstəriciləri 65–69, boylarının uzunluğu 163–166 santimetrdir.
Mənbə və istinadlar
redaktə- Kərəm MəmmədovAntropologiyanın əsasları.
- Ilse Schwidetzky, Turaniden-Studien, Akademie der Wissenschaften und der Literatur, F. Steiner Verlag, Mainz, (1950).
- ↑ -Gyula Laszio, İstvan Kizsel: Nagyszentmiklasın xəzinəsi, Corvina, 1984, səh 171.
- ↑ Nurəddin Qoç , İslamdan əvvəl Türk dili və ədəbiyyatı , 2002, səh 52)
- ↑ Pál Liptak: Recherches anthropologiques sur les ossements avares des environs d'Üllö (1955), : Acta archaeologica Academiae Scientiarum Hungaricae, (1955), səh. 231–314)
- ↑ Endre Czeizel, Genetics of the Hungarian population: ethnic aspects, genetic markers, ecogenetics and disease spectrum, Springer Verlag, 1991, səh.110
- ↑ Felix von Keudell, The Book Of Revelations, V nəşr, 2012
- ↑ Lipták, Pál. Recherches anthropologiques sur les ossements avares des environs d'Üllö (1955) — In: Acta archaeologica Academiae Scientiarum Hungaricae, nəşr. 6 (1955), səh. 231–314)