Ugurlu Xan Karvansarasi - Wikipedia
Uğurlu Xan Karvansarası — Azərbaycanın Gəncə şəhərində XVII əsrə aid tikili.
Uğurlu Xan karvansarası | |
---|---|
| |
40°38′ şm. e. 46°19′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Status | Ölkə əhəmiyyətli abidə |
Şəhər | Gəncə |
Yerləşir | Şeyx Bəhaəddin küç. 59[1] |
Aidiyyatı | Səfəvilər |
Memar | Şeyx Bəhaəddin |
Sifarişçi | I Uğurlu Xan |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Səfəvi memarlığı[d] |
Vəziyyəti | təmir edilib |
İstinad nöm. | № 180[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Karvansara Gəncə bəylərbəyi (yaxud Qarabağ bəylərbəyi) Murtuzqulu xanın qardaşı oğlu I Uğurlu xanın vəsaiti və Şeyx Bəhaəddinin layihəsi əsasında hazırlanıb.
Tarixi və memarlığı
redaktəUğurlu Xan karvansarası Gəncə şəhərində yerləşən başqa bir karvansaranın, Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var.[3]
Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən istifadə olunub. Bu karvansara 1663–1664-cü illərdə Qarabağ bəylərbəyi olmuş Murtuzaqulu xan Ziyadoğlunun qardaşı oğlu I Uğurlu xanın vəsaiti ilə tikilmişdir. Karvansara memar Şeyx Bəhaəddin layihəsi əsasında tikilmişdir.[4]
Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusa oxşar yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir. Həmçinin səkkiz guşəli kümbəzin mərkəzi hissəsinin ornament elementləri kompozisiyanın sıx, yığcam qovşağı da yaradılıb. Karvansaranın otaqlarının qapıları oval şəklində hörülən dalanla birləşir, daxili arxitekturasında iki üslub nəzərə çarpır: Şərq və Avropa üslubu. Sağ dalanın baş tərəfində Gəncənin panoramı düzəldilən yer xəlvətxana adlandırılıb. Eləcə də bina bütün karvansaralar kimi dörd tərəfdən uca divarlarla əhatə edilib.[5]
1803-cü ildə Rus qoşunları Gəncəni tutduqdan sonra bütün xan mülkiyyəti kimi Karvansara da müsadirə edilmiş və xəzinənin hesabına keçirilmişdir. Karvansaranın I korpusunu Şərbatlar (kəlağayi hazırlayanlar) icarəyə götürdükdən sonra xalq arasında "Şərbatçı Karvansarası" adı ilə çağrılmağa başlamışdır.[3]
Karvansara Gəncəyə əcnəbi ölkələrdən gələn qonaqlar və ticari məqsədlər üçün nəzərdə tutulmuşdu. Sovet dövründə binada Məhsəti Gəncəvi adına Kirovabad pedaqoji məktəbi yerləşib.[4]
Təmiri
redaktəXX əsrin 70-ci illərində Heydər Əliyevin tapşırığına əsasən Uğurlu xan karvansaralarında rəssam Cavanşir Məmmədovun rəhbərliyi ilə kompleks bədii tərtibat, bərpa və abadlaşdırma işləri aparılıb.[6]
2011-ci ildə yenidən karvansarayda restavrasiya işləri aparılıb. Təmir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə aparılıb. Karvansaranın bütün tikililərində təməl-bərkitmə işləri aparılıb. Bununla paralel, sütünlar da bünövrədən betonla bərkidilib. Binanın daxilində və üz hissəsində qəzalı vəziyyətdə olan yerlər yenidən təmir olunub. Karvansarayda istifadə edilən kərpiclər isə Şəki şəhərindən gətirilib.[7]
İstinadlar
redaktə- ↑ ganja.az. "Uğurlu Xan karvansarayı" (az.). 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ ganja.mctgov.az. "Uğurlu Xan karvansarayı" (az.). 2019-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ 1 2 avciya.az. "Azərbaycanda yeddi möhtəşəm karvansara" (az.). Emil Eyyubov. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ 1 2 ganjanews.az. "'Uğurlu Xan' Karvansarası - XVIII əsrin yadigarı" (az.). Samirə Süleymanlı. 09.04.2017. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ hurriyyet.org. "Gəncəni gözəlləşdirən Şah Abbas və Uğurlu xan karvansaraları" (az.). Anar Burcəliyev. 04.18.2019. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
- ↑ ganjanews.az. "Gəncənin Şah Abbas və Uğurlu Xan karvansaraları" (az.). Sənubər Qocayeva. 03.25.2019. İstifadə tarixi: 2019-10-30.[ölü keçid]
- ↑ news.milli.az. "Şah Abbas və Uğurlu xan karvansarayları təmir edilir" (az.). 10.19.2013. 2019-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Gəncənin maddi mədəniyyət abidələri Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine