Uguzlar - Wikipedia
Uğuzlar və ya Uzunlar — Azərbaycan mifoloji mətnlərində nəhəng varlıqlar.
Uğuzlar | |
---|---|
Uzunlar | |
Xüsusiyyətlər | Hündür boy |
Peşələr | xalça toxuma, köçərilik |
Dəfn yeri | Köhnə məzarlar |
Yaşı | 300 il (uzunlar üçün) |
Övladları | İnsan irqi |
Məlumat | |
Ləqəb(lər)i | Azmanlar |
Növü | İnsan |
Təsviri
redaktəUğuzlar
redaktəAzərbaycanın bəzi bölgələrində yazıya alınmış rəvayətlərə görə, uğuzlar əvvəllər yaşamış, iri cüssəli, azman varlıqlardır. Yemək istədikləri bir şeyi əlləri ilə Günəşə qaldırıb, pişirib yeyərlərmiş. Onlar tərəfindən böyük xalçalar hazırlanıb. Normal boyda olan insanlar onların gözündə cırtdan görünərdi. İnsanlar köhnə məzarların içində tapılan böyük sümüklərin azmanlara aid olduğunu iddia edər və "Uğuz ölçüsü" adlandırardılar. Bədəni böyük olan insanlara da "Uğuzdan qalma" deyilərdi.[1]
Xalq inanclarında Uğuz və Təpəgöz fərqlidir. Uğuzlar insan sayılır və xalça hörür. Onlar köçəridirlər və harada ölsələr, orada basdırılırlar. Təpəgöz isə divlər taydasındandır. Uğuz kimi onun da boyu ucadır. Ancaq insan sayılmır və başında sadəcə bir göz olur.[1]
Uğuzlar haqqında inanclar mifik dövrlərdən qalma böyük insan şəklində varlıqların, dağ böyüklüyündə insanların və kələntərlərin mövcudluğuna inamın yadigarıdır. Qədim dövr mifoloji düşüncələrinə görə, keçmiş dövr insanları çox böyük olarmış, ayaqlarının sırf dizdən aşağısı iki metr yarım olurmuş və min ildən daha çox yaşayarmışlar. Bu inanca görə insanlar getdikcə balacalaşırlar və vaxt keçdikcə daha balaca olacaqlar.[2]
Uzunlar/Uzuxlar
redaktəAzərbaycan mifoloji mətnlərində Uğuzların adına Uzunlar olaraq da rast gəlinir. Bu mətnlərdə Uzunlar keçmiş dövrdə yaşamış, uzun boylu, üç yüz ilə qədər ömrü olan varlıqlardır. Onlardan danışılanda "bizim əcdadımız olub" deyilər.[3] Uzunlar insan irqini meşədə tapmış, uzunların qocası gələcəyi görərək insanların uzunları əvəz edəcəyini bildirmişdir.[4]
Yayıldığı bölgələr
redaktəOğuzlar və ya uğuzlar haqqında rəvayətlərə ən çox Gəncəbasar bölgəsində rast gəlinir.[5] Ehtimal edilir ki, Gürcü folkloruna oğuzlar haqqındakı süjet Azərbaycandan keçmişdir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Beydili, 2003. səh. 573
- ↑ Beydili, 2003. səh. 573-574
- ↑ Beydili, 2003. səh. 574
- ↑ 1 2 Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az
- ↑ Gədəbəy folklor örnəkləri. I cild. Bakı, "Elm və təhsil", 2016, −360 səh.
Mənbə
redaktə- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).