Uefa Cempionlar Liqasi 1992 1993 - Wikipedia
Çempionlar Liqasının 1992/1993 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 38-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 1-ci sezonu idi.
UEFA Çempionlar Liqası 1992/1993 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 19 avqust 1992 — 26 may 1993 |
Başlama tarixi | 19 avqust 1992 |
Bitmə tarixi | 26 may 1993[1] |
Komanda sayı |
32 (əsas mərhələ) 36 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Olimpik Marsel (ilk dəfə) |
İkinci | Milan |
Yarış statistikası | |
Oyun sayı | 73 |
Qol sayı | 193 (matç başına: 2.64) |
Mükafat sahibləri | |
Bombardir(lər) | Romario (7 qol) |
← 1991/1992 (UEFA Çempionlar Kuboku) | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu mövsümdə ikinci dəfə idi ki, ikinci raundun 8 qalibini iki qrupa böldülər və hər iki qrupun qalibi finala vəsiqə qazandılar. Bundan başqa, ilkin mərhələnin keçirilməsinə ehtiyac qaldı, çünki bu sezon SSRİ və Yuqoslaviyanın dağılmasından sonra ilk idi və bunun nəticəsində çoxlu sayda yeni ölkələrin çempionları yarışda iştirak etmək hüququnu qazanmışdılar. İsrail və Farer adaları da ilk dəfə təmsil olunurdular.
Turnirin qalibi ilk dəfə olaraq Olimpik Marsel klubu oldu, onlar finalda Milanı üstələdilər. Lakin qələbədən sonra klub və onun prezidenti Bernar Tapiyə oyunun alınması barədə iddialar sürüldü. Bu Fransa Liqasında keçirilən oyun ilə bağlı idi, hesab olunur ki, Tapi çempionluğu həll edən sonuncu oyunda Valansyenə rüşvət vermişdir ki, onlar Fransa Liqasını tez qazanıb, Çempionlar Liqasının finalına hazırlaşmaq üçün daha çox vaxt əldə etsinlər. Bu da ona gətirib çıxartdı ki, Fransa Futbol Federasiyası Marseli Liqa çempionluğundan məhrum etdi tərəfindən (Çempionlar Liqasının finalı bu turinirə aid olmadığı üçün, Avropa çempionu adı yerində qaldı). Onların növbəti mövsümdə Çempionlar Liqası, Qitələrarası Kuboku və Avropa Superkubokunda iştirakları ləğv edildi. Marsel, həmçinin, 1994-cü ildə 2-ci Diviziona düşdü.
Ötən mövsümün çempionu Barselona ikinci turda MOİK Moskvaya məğlub oldu.
Klublar
redaktəİlkin mərhələ
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda | 1-ci oyun | 2-ci oyun |
---|---|---|---|---|
Şelburn | 1–2 | Tavriya | 0–0 | 1–2 |
Valletta | 1–3 | Makkabi Tel-Əviv | 1–2 | 0–1 |
Kİ Klaksvík | 1–6 | Skonto | 1–3 | 0–3 |
Olimpiya | 5–0 | Norma | 3–0 | 2–0 |
Birinci tur
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda | 1-ci oyun | 2-ci oyun |
---|---|---|---|---|
Göteborq | 3–2 | Beşiktaş | 2–0 | 1–2 |
Lex | 2–0 | Skonto | 2–0 | 0–0 |
Reyncers | 3–0 | Lünqbyu | 2–0 | 1–0 |
Ştutqart | 3–3 (1–2) | Lids Yunayted | 3–0 | 0–3 |
Slovan | 4–1 | Ferentsvaroş | 4–1 | 0–0 |
Milan | 7–0 | Olimpiya Lyublyana | 4–0 | 3–0 |
Kuusüsi | 1–2 | Dinamo | 1–0 | 0–2 (ə.v.) |
Qlentoran FK | 0–8 | Olimpik Marsel | 0–5 | 0–3 |
Makkabi Təl-Əviv | 0–4 | Brügge FK | 0–1 | 0–3 |
Austriya | 5–4 | ÇSKA Sofiya | 3–1 | 2–3 |
Sion | 7–2 | Tavriya Simferopol | 4–1 | 3–1 |
Union Lüksemburq | 1–9 | Portu | 1–4 | 0–5 |
AEK | 3–3 | APOEL | 1–1 | 2–2 |
PSV | 8–0 | Jalgiris FK | 6–0 | 2–0 |
Vikinqur FK | 2–5 | MOİK Moskva | 0–1 | 2–4 |
Barselona | 1–0 | Vikinq FK | 1–0 | 0–0 |
Qeydlər
- ↑ Evdə 3:0 qalibiyyət və 4:1 məğlubiyyətdən sonra Ştutqart səfərdə vurulan qollar sayəsində ümumi 4:4 hesabı ilə növbəti mərhələyə keçməli idi. Lakin sonra aşkar olundu ki, Ştutqart ikinci oyunda 3-dən artıq əcnəbi oyunçunu meydana buraxmışdı və bununla da xarici oyunçulara aid qaydanı pozmuşdur. İkinci oyunda Lids Yunaytedə 3:0 hesablı texniki qələbə verildi, beləcə hesab 3:3 oldu. Barselonada keçirilən əlavə oyunda Lids 2–1 hesabı ilə qalib gəldi.
İkinci tur
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda | 1-ci oyun | 2-ci oyun |
---|---|---|---|---|
Göteborq | 4:0 | Lex Poznan | 1:0 | 3:0 |
Reyncers | 4:2 | Lids Yunayted | 2:1 | 2:1 |
Slovan | 0:5 | Milan | 0:1 | 0:4 |
Dinamo | 0:2 | Olimpik Marsel | 0:0 | 0:2 |
Brügge | 3:3 | Austriya | 2:0 | 1:3 |
Sion | 2:6 | Portu | 2:2 | 0:4 |
AEK | 1:3 | PSV | 1:0 | 0:3 |
MOİK Moskva | 4:3 | Barselona | 1:1 | 3:2 |
Qrup mərhələsi
redaktəQrup mərhələsi 1992-ci il 25 noyabrda başlamış və 1993-cü il aprelin 21-i başa çatmışdır. Səkkiz komanda dörd nəfərdən ibarət iki qrupa bölünmüşdü və hər qrupda komandalar ev və qonaq stadionlarında bir-birinə qarşı oynamışdılar, beləliklə hər bir klub qrup mərhələsində 6 oyun keçirtmişdir. Hər qələbəyə 2 xal, heç-heçəyə isə 1 xal verilirdi. Sonunda hər iki qrupda birinci yeri tutan klublar finala yüksəldilər
A qrupu
redaktə
|
B qrupu
redaktə
|
Final
redaktə26 may 1993 20:15 |
|
Olimpiya stadionu, Münxen Tamaşaçı: 64 400 Hakim: Kurt Rötlisberger |
Bombardirlər siyahısı
redaktəYer | Ad | Klub | Qol sayısı |
---|---|---|---|
1 | Romario | PSV | 7 |
2 | Marko van Basten | Milan | 6 |
Frank Soze | Olimpik Marsel | 6 | |
Alen Bokşiç | Olimpik Marsel | 6 | |
5 | Yonni Ekström | Göteborq | 5 |
6 | Marko Simone | Milan | 4 |
Gert Verheyen | Brügge FK | 4 | |
Ze Karlos | Portu | 4 | |
Emil Kostadinov | Portu | 4 | |
Tulio Kosta | Sion | 4 |
Xarici keçidlər
redaktə- UEFA saytında 1992–93 mövsümünün bütün oyunları
- European Cup results at Rec. Sport. Soccer Statistics Foundation
- All scorers 1992–93 UEFA Champions League (excluding preliminary round) according to protocols UEFA + all scorers preliminary round
- 1992/93 UEFA Champions League — results and line-ups (arxiv)