Uefa Cempionlar Liqasi 1993 94 - Wikipedia
Çempionlar Liqasının 1993/1994 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 39-cu mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 2-ci sezonu idi.
UEFA Çempionlar Liqası 1993/1994 | |
---|---|
Yarış məlumatları | |
Tarix | 18 avqust 1993 — 18 may 1994 |
Başlama tarixi | 18 avqust 1993 |
Bitmə tarixi | 18 may 1994 |
Komanda sayı |
8 (qrup mərhələsi) 42 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Milan (5-ci dəfə) |
İkinci | Barselona |
Yarış statistikası | |
Oyun sayı | 75 |
Qol sayı | 217 (matç başına: 2.89) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Ronald Kuman Uinton Rufer (8 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Turnirin qalibi Milan klubu oldu, onlar finalda 4–0 hesabı ilə Barselonaya qalib gəlmişdilər, bu komandanın turnirdə 5-ci uğuru olmuşdur. Turnirin son qalibi Olimpik Marsel klubu idi, amma komandanın bir mövsüm əvvəl Liqa 1-də danışılmış oyunlar qalmaqalında adı hallandığı üçün, klub Çempionlar Liqası turnirdən kənarlaşdırılmışdır. Bunun nəticəsində onların çempionluğu əlindən alınmışdır və 1993–94 mövsümünün sonunda onları Liqa 2-yə endirmişdilər. Bu hal ilk və yeganə dəfə idi ki, turnirin son qalibi növbəti mövsümdə iştirak etmirdi. Marselin yerinə turnirdə Fransanı üçüncü yeri tutmuş Monako təmsil edirdi, ikinci yeri tutan və defolt çempionluqdan imtina edən Paris Sen-Jermen UEFA Kuboklar Kuboku turnirində iştirak etdi.
Bu mövsümdə UEFA Çempionlar Liqasının formatında bəzi dəyişikliklər edildi. İki mövsümdə qrup mərhələsi tətbiq ediləndən sonra yenilik ondan ibarət idi ki, qrup mərhələsindən sonra bir oyundan ibarət yarımfinal keçirilirdi, bu da o demək idi ki, hər iki qrupun qalibi yarımfinalı ev meydanında oynayacaqdı.
Bu mövsüm yuqoslav iştirakçıların olmaması ilə əlamətdar olmuşdur, çünki Yuqoslaviya BMT iqtisadi sanksiyaları altında idi. Bu keçmiş ölkədən olan iştirakçılar turnirin qabaqcıl mərhələlərində tez-tez iştirak edirdilər, belə ki Srvena Zvezda 1991-ci ildə UEFA Çempionlar Kubokunun qalibi olmuşdur və növbəti mövsümdə qrupda ikinci yeri tuta bilmişdir. Yuqoslaviyanı Partizan təmsil etməli idi, amma iştirakı qadağan edildi. Eyni zamanda Xorvatiya, Belarus, Moldova, Gürcüstan və Uels təmsilçiləri ilk dəfə turnirdə iştirak etmişdilər.
Klublar
redaktəİlkin mərhələ
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda | 1-ci oyun | 2-ci oyun |
---|---|---|---|---|
HJK | 2–1 | Norma | 1–1 | 1–0 |
Ekranas | 0–2 | Floriana | 0–1 | 0–1 |
B68 | 0–11 | Xorvatiya Zaqreb | 0–5 | 0–6 |
Skonto | 1–1 (11–10 p) | Olimpiya | 0–1 | 1–0 |
Kumbran Taun | 4–4 | Kork Siti | 3–2 | 1–2 |
Dinamo Tbilisi | 3–2 | Linfild | 2–1 | 1–1 |
Avenir Beggen | 0–3 | Rosenborq | 0–2 | 0–1 |
Partizani | 0–3 | Akranes | 0–0 | 0–3 |
Omonia | 2–3 | Arau | 2–1 | 0–2 |
Zimbru | 1–3 | Beitar | 1–1 | 0–2 |
Birinci tur
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda | 1-ci oyun | 2-ci oyun |
---|---|---|---|---|
Portu | 2–0 | Floriana | 2–0 | 0–0 |
Akranes | 1–3 | Feyenoord | 1–0 | 0–3 |
Monako | 2–1 | AEK | 1–0 | 1–1 |
Styaua Buxarest | 4–4 | Xorvatiya Zaqreb | 1–2 | 3–2 |
Reyncers | 4–4 | Levski Sofiya | 3–2 | 1–2 |
Verder | 6–3 | Dinamo Minsk | 5–2 | 1–1 |
Linfild | 3–4 | Kopenhagen | 3–0 | 0–4 (ə.v.) |
Arau | 0–1 | Milan | 0–1 | 0–0 |
AIK | 1–2 | Sparta Praqa | 1–0 | 0–2 |
HJK | 0–6 | Anderlext | 0–3 | 0–3 |
Honved | 3–5 | Mançester Yunayted | 2–3 | 1–2 |
Qalatasaray | 3–1 | Kork Siti | 2–1 | 1–0 |
Lex | 7–2 | Beitar | 3–0 | 4–2 |
Skonto | 0–9 | Spartak Moskva | 0–5 | 0–4 |
Dynamo Kiyev | 4–5 | Barselona | 3–1 | 1–4 |
Rosenborq | 4–5 | Austriya Vyana | 3–1 | 1–4 |
İkinci tur
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda | 1-ci oyun | 2-ci oyun |
---|---|---|---|---|
Portu | 1:0 | Feyenoord | 1:0 | 0:0 |
Monako | 4:2 | Styaua Buxarest | 4:1 | 0:1 |
Levski Sofiya | 2:3 | Verder | 2:2 | 0:1 |
Kopenhagen | 0:7 | Milan | 0:6 | 0:1 |
Sparta Praqa | 2:5 | Anderlext | 0:1 | 2:4 |
Mançester Yunayted | 3:3 | Qalatasaray | 3:3 | 0:0 |
Lex | 2:7 | Spartak Moskva | 1:5 | 1:2 |
Barselona | 5:1 | Austriya Vyana | 3:0 | 2:1 |
UEFA Çempionlar Liqası
redaktəQrup mərhələsi
redaktəQrup mərhələsi 24 noyabr 1993-cü ildə başlayıb, 13 aprel 1994-də başa çatmışdır. Səkkiz komanda dörd nəfərdən ibarət iki qrupa bölünmüşdü və hər qrupda komandalar evdə və səfərdə bir-birinə qarşı oynamalı idilər, beləcə hər komanda qrupda ümumlikdə 6 oyun keçirtdi. Hər qələbəyə görə komandalar 2 xal qazanırdılar, heç-heçə isə 1 xal verirdi. Qrup mərhələsinin sonunda, hər qrupdan ən çox xal toplamış iki komanda yarımfinala yüksəlirdi.
Milan və Portu istisna olmaqla, bütün komandalar ilk dəfə qrup mərhələsində iştirak edirdilər. O komandalardan ikisi (Barselona və Anderlext) bundan qabaq 1991–92 mövsümünün qrup mərhələsində mübarizə aparmışdılar, o mövsüm Avropa Kuboku turnirində belə formatda keçirilən ilk və yeganə olmuşdur.
A qrupu
redaktə
Komanda | O | Q | H | U | QT | QF | Xal | BAR | MON | SPA | QAL | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Barselona | 6 | 4 | 2 | 0 | 13 | 3 | +10 | 10 | 2–0 | 5–1 | 3–0 | ||
Monako | 6 | 3 | 1 | 2 | 9 | 4 | +5 | 7 | 0–1 | 4–1 | 3–0 | ||
Spartak Moskva | 6 | 1 | 3 | 2 | 6 | 12 | −6 | 5 | 2–2 | 0–0 | 0–0 | ||
Qalatasaray | 6 | 0 | 2 | 4 | 1 | 10 | −9 | 2 | 0–0 | 0–2 | 1–2 |
B qrupu
redaktə
Komanda | O | Q | H | U | QT | QF | Xal | MIL | POR | VRD | AND | ||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Milan | 6 | 2 | 4 | 0 | 6 | 2 | +4 | 8 | 3–0 | 2–1 | 0–0 | ||
Portu | 6 | 3 | 1 | 2 | 10 | 6 | +4 | 7 | 0–0 | 3–2 | 2–0 | ||
Verder | 6 | 2 | 1 | 3 | 11 | 15 | −4 | 5 | 1–1 | 0–5 | 5–3 | ||
Anderlext | 6 | 1 | 2 | 3 | 5 | 9 | −4 | 4 | 0–0 | 1–0 | 1–2 |
Yarımfinal
redaktəBirinci komanda | Yekun hesab | İkinci komanda |
---|---|---|
Milan | 3–0 | Monako |
Barselona | 3–0 | Portu |
Final
redaktə18 may 1994 21:15 |
|
Olimpiya stadionu Tamaşaçı: 70 000 Hakim: Filip Don |
Bombardirlər siyahısı
redaktəRank | Name | Team | Goals |
---|---|---|---|
1 | Ronald Kuman | Barselona | 8 |
Uinton Rufer | Verder | 8 | |
3 | Lyuk Nilis | Anderlext | 7 |
Hristo Stoiçkov | Barselona | 7 | |
5 | Bernd Hobş | Verder | 5 |
Valeri Karpin | Spartak Moskva | 5 | |
7 | Marko Bode | Verder | 4 |
Yurgen Klinsman | Monako | 4 | |
Daniele Massaro | Milan | 4 | |
Viktor Onopko | Spartak Moskva | 4 | |
Jan-Pyer Papen | Milan | 4 | |
Nikolay Pisarev | Spartak Moskva | 4 | |
Sergey Rodionov | Spartak Moskva | 4 | |
Kubilay Türkyilmaz | Qalatasaray | 4 |
Xarici keçidlər
redaktə- 1993–94 mövsümünün bütün oyunları UEFA saytında
- European Cup results at Rec. Sport. Soccer Statistics Foundation
- All scorers 1993–94 UEFA Champions League (excluding preliminary round) according to protocols UEFA + all scorers preliminary round
- 1993/94 UEFA Champions League Arxivləşdirilib 2012-07-09 at Archive.today — results and line-ups (archive)