Uaythol - Wikipedia
Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının cənun qurtaracağından Parlament meydanına əvvəllər Carinq-Kross olan yerə gedən əsas yoldur. Əlahəzrət kraliçanın hökumətinin mərkəzi kimi qəbul olunmuş küçə dövlət idarələri və nazirliklərlə əhatə olunub. Bu səbəbdən Vaythol adı ümumilikdə Böyük Britaniya hökumətini bildirən metonomiya və ətraf ərazinin ümumi çoğrafi adı kimi istifadə olunur.
Vaythol küçəsi adını ərazidə böyük sahəni tutan Uatholl sarayından almışdır. Vaytholl əvvəllər sarayın ön hissəsinə gətirən geniş yola verilən ad idi. Trafalqar meydanı yolun şimal hissəsində 19-cu əsrin əvvəlində salınmışdır. Parlament meydanı ilə Dauninq-strit arasındaki cənub ərazisi Parlament küçəsi adlanır. Parlament küçəsi və Vaythol birlikdə 0.6 mil (1 km) ərazini əhatə edir. Vaythol həmçinin bır sıra xatirə heykəlləri və abidələri ilə də məşhurdur. Bunların arasında ilk növbədə Böyük Britaniyanın ilk hərbi memorialı olan, naməlum əsgərin şərəfinə ucaldılmış abidə qeyd edilməlidir.
Tarixi
redaktəAbidələr
redaktəBritaniyanın ilk müharibə memorialı olan Kenotaf Vaytholun mərkəzində yerləşir və illik xatirə bazar günü üçün sahə rolunu oynayır.
2005-ci ildə kenotafdan şimala tərəf bir az aralı Vaythol faytonyolunun ortasında II Dünya Müharibəsi qadınlarının xatirəsinə abidə ucaldıldı.
Yol həmçinin altı digər abidənin yerləşdiyi məkandır:
- Şahzadə Corc, Kembric Hersoqu (1819–1904): 1856–1895-ci illərdə Britaniya ordusunun baş komandanı
- Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu(1833–1908): 1875–1880-ci illərdə Böyük Britaniya Liberal partiyasının rəhbəri; 1886–1903 Liberal Həmkarlar İttifaqı Partiyasının rəhbəri; və Mühafizəkarlar Partiyası (Böyük Britaniya)nın rəhbəri (1902–1903)
- Duqlas Heyg, 1-ci Heyq qrafı (1861–1928): 1915–1918-ci illərdə Fransada Britaniya Qoşunlarının baş komandanı (Qraf Heyg abidəsi kimi tanınır)
- Uilyam Slim 1-ci Slim vikontu (1891–1970): 1943–1945-ci illərdə 14-cü ordunun komandanı; 1953–1959-cu illərdə Avstraliya General-Qubernatoru
- Alan Bruk 1-ci Alanbruk vikontu (1883–1963): 1941–1946-cı illərdə İmperiya Baş Qərargahının rəisi
- Bernar Montqomeri Alameynli 1-ci Montqomeri vikontu(1887–1976): 1942–1943-cü illərdə 8-ci ordunun komandanı və 1943–1945-ci illərdə 21-ci birləşmiş ordu qrupunun komandanı;1946–1948-ci illərdə İmperiya Baş Qərargahının rəisi
-
Kenotaf
-
II Dünya Müharibəsi qadınlarının xatirəsinə abidə
-
Şahzadə Corc, Kembric Hersoqu
-
Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu
-
Qraf Heyg abidəsi
-
Vikont Slim
-
Vikont Alanbruk
-
Alameynli 1-ci Montqomeri vikontu
Dövlət binaları
redaktəVaytholda yerləşən dövlət binalarına şimaldan cənuba doğru olmaqla aşağıdakılar aiddir:
- Admirallığ binası (Xarici və dövlət idarələri, sair)
- Vaythol 22 (Böyük Britaniya Beynəlxalq İnkişaf departamenti)
- Vaythol 55 (Enerji və İqlim Dəyişikliyi üzrə şöbə)
- Qədim Müharibə Ofisi
- Vaythol 36 (Parlament Vəkilinin ofisi)
- Atlı qvardiya
- Müdafiə Nazirliyi əsas bina
- Duvr Haus
- Gvudur Haus
- Vaythol 70 (Nazirlər kabineti)
- Dauninq-strit (Dauninq-strit 10 Baş Nazirin və Baş Nazirin müavinin kabineti)
- Riçmond Haus (Səhiyyə Nazirliyinin binası)
- Forin ofis
- Böyük Georq küçəsinin dövlət orqanları
Qalereya
redaktə-
Uaytholda nəqliyyatın sıx vaxtı Trafalqar meydanından çəkilmiş foto
-
Uaytholdan cənubda yerləşən Vesminister sarayının Viktoriya qəsrinin görüntüsü
-
Uaytholun iki məşhur abidəsinin arasından kecən taksi
-
Qədim Müharibə Binası
-
Parlament küçəsi
-
Trafalqar studiyası, əvvəllər Uaythol teatrı
-
1799-ci ildə terraslı evlərlə örtülü olan əraziləri indi böyük dövlət binaları tutur
-
Uaythol Atlı qvardiyasının binası, 1836