Udabno Monastiri - Wikipedia
Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir.
Udabno monastırı | |
---|---|
gürc. უდაბნოს მონასტერი | |
41°26′29″ şm. e. 45°22′37″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Ağstafa rayonu |
Aidiyyatı | Gürcü Ortodoks Kilsəsi |
Tikilmə tarixi | IX-XI əsrlər |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | qəzalı |
Vikianbarda əlaqəli mediafayllar |
Təsviri
redaktəUdabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir.
Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir. Freskaların ikinci qatı XIII əsrə, üçüncü qatı isə XIV əsrə aiddir.
-
Monastırın giriş portalı və gürcü dilində kitabə
-
II Demetre freskası
-
Sinoptik İncillərin müəllifi olan dörd həvarini simvolizə edən dörd mələk freskası
-
Xeyir-dua verən Məsih freskası
-
Müqəddəs döyüşçülər freskası
-
Keşikçi mələklər freskası
Sərhəd mübahisəsi
redaktə6 may 2012-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidməti monastır ərazisini qapalı elan edərək[1], ziyarətə gələn turistlərin Udabno monastırına keçməsinə icazə verməmişdir.[2] Bəyanatla çıxış edən Gürcüstan Mədəniyyət və İdman Nazirliyi Udabno monastırının Azərbaycan ərazisində yerləşdiyini və abidənin ziyarətə bağlanmasının Azərbaycanın daxili işi olduğunu bildirmişdir.[3] Bununla yanaşı, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası ilə məşğul olan komissiya üzvlərinin rahat şəkildə monastır ərazisinə keçməsi, yoxlanış və baxış həyata keçirməsinə şərait yaradılmışdır.[4]
-
Monastırın yerləşdiyi yüksəklikdə Azərbaycanın Qazax və Ağstafa rayonlarının ərazisi, o cümlədən Ağstafa şəhərinin mərkəzi aydın görünür.
-
Monastırdan Ağstafa rayonu ərazisinin görünüşü
-
Udabno monastırından yaxınlıqdakı mağaraların görünüşü
İstinadlar
redaktə- ↑ დავით გარეჯში, კერძოდ უდაბნოს მონასტერში, აზერბაიჯანელი მესაზღვრეები ჩადგნენ
- ↑ აზერბაიჯანული მხარის მტკიცებით, უდაბნოს მონასტერი საქართველოს არ ეკუთვნის[ölü keçid]
- ↑ ნიკა რურუა: „დავით გარეჯის კომპლექსში შემავალი უდაბნოს მონასტერი აზერბაიჯანის კუთვნილებაა“[ölü keçid] opinion.ge May 14, 2012
- ↑ ვაშაკიძე: დავით გარეჯის საკითხი საზღვრის საბოლოო დელიმიტაციის შემდეგ გადაწყდება[ölü keçid] ჟურნალი „ტაბულა", 21-05-2012, 14:12
Ədəbiyyat
redaktə- აბრამიშვილი გ., დავით გარეჯელის ციკლი ქართულ კედლის მხატვრობაში, თბ., 1972
- Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948