Udumbara - Wikipedia
Udumbara — "Cənnətdən gələn çiçək" adlandırılan nadir bitki növü
Buddizm inanclarında yer alan, 3 min ildə bir dəfə çiçək açdığına inanılan udumbara çiçəyinin biri təsadüfən Çində aşkarlanıb. İndiyə qədər dünyada yalnız 15 dənəsi aşkarlanan udumbara çiçəyi 50 yaşlı Miao Vei adlı qadının paltaryuyan maşınının altında tapılıb.
Çin rəsmiləri nadir rast gəlinən çiçəyin bir neçə millimetr böyüklüyündə olduğunu bildiriblər. Bu çiçəyin kökləri bir gündə 18 fərqli çiçək açaraq görənləri heyrətə salıb. Buddizm əfsanəsinə görə cənnətdən gələn çiçək sayılan udumbara dünyanın axarını dəyişən ən böyük qlobal hadisələr ərəfəsində çiçək açır.
Nadir rast gəlinən bu çiçəyin 3 min ildə bir dəfə çiçəklədiyi söylənsə də, bu, hələ elmi cəhətdən sübut olunmayıb. Ona görə də bəziləri udumbaranın düşünüldüyü kimi nadir halda çiçəklədiyi qənaətində deyil. Digər tərəfdən, hündürlüyü bir neçə millimetri keçməyən bu çiçəyi görmək və aşkarlaman da normal şərtlərdə asan deyil.Avatar' filminde mutluluğu yakalayanların üzerine konan ve 3 bin yılda açan Udumbara çiçeği en son olarak Türkiye'de Elazığ'da görüntülendi