Uels Sahzadesi - Wikipedia
Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir.
Uels şahzadəsi | |
---|---|
Prince of Wales | |
Vəzifədədir Uilyam 9 sentyabr 2022-ci ildən | |
Müraciət forması |
Kral əlahəzrətləri Ser |
Rəsmi iqamətgahı | Klarens Haus |
Səlahiyyət müddəti | ömürlük və ya taxa çıxanadək |
Vəzifənin təsis tarixi | 1301 |
Vəzifədə birinci | David ap Llivelin |
Təyin edən | Böyük Britaniya monarxı |
Rəsmi saytı | princeofwales.gov.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Titulun tarixi
redaktəBu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı.
Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir". Əfsanə XVI əsrdən bəri məlumdur. Əslində, I Eduardın dövründə İngiltərədəki aristokratiya norman idi və qədim fransızca danışırdı; lakin II Eduard həqiqətən atasının Uels kampaniyası zamanı Karnarvonda anadan olmuşdur.
Digər titullar
redaktəUels şahzadəsi adətən həmçinin bu titul ilə verilən ikincidərəcəli Çester qrafı tituluna da yiyələnir. Bundan əlavə, monarxın böyük oğlu avtomatik olaraq (hökm sürən monarxın ailəsində doğulduğu andan və ya bir ata ya da ananın taxta çıxdığı andan etibarən) Kornuoll hersoqu adlı ingilis titulunu alır, 1603-cü ildə yaranmış İngiltərə-Şotlandiya ittifaqından sonra isə digər ikincidərəcəli titullarla birgə Rotsey hersoqu titulunu da mənimsəyir.
Uels şahzadələri siyahısı
redaktəŞəkil | Ad | Kimin varisi olub | Doğum tarixi | Titulun təqdim olunması | Titulu itirməsi | Vəfat tarixi | Digər titullar | Uels şahzadə xanımı (arvadı) |
---|---|---|---|---|---|---|---|---|
David ap Llivelin | Böyük Llilvelinin oğlu | təx. 1215 | 11 aprel 1240; adının sənədlərdə ilk dəfə çəkilməsi 1244-cü ildə olub | 25 fevral 1246 | — | İzabella de Braoz | ||
Llivelin ap Qrifid | — | təx. 1223 | 29 sentyabr 1267 | 11 dekabr 1282
döyüşdə həlak olub |
Qvined şahzadəsi | Eleanor de Monfor | ||
David ap Qrifid | II Qrifid ap Llilvelinin qardaşı | təx. 1238 | 11 dekabr 1282 | 3 oktyabr 1283
Şrusberidə edam olunub |
Snoudon lordu | Elizabet Ferres |
Uels şahzadələri — İngiltərə taxtının varisləri
redaktəŞəkil | Ad | Kimin varisi olub | Doğum tarixi | Taxt varisi elan olundu | Titulun təqdim olunması | Titulu itirməsi | Vəfat tarixi | Digər titullar | Uels şahzadə xanımı (arvadı) |
---|---|---|---|---|---|---|---|---|---|
Eduard Karnarvonlu
sonradan kral II Eduard |
I Eduard | 25 aprel 1284 | 19 avqust 1284 | 7 fevral 1301 | 7 iyul 1307
kral oldu |
21 sentyabr 1327 | qraf de Pontye, Çester qrafı | — | |
Eduard Vudstok | III Eduard | 15 iyun 1330 | 12 may 1343[1] | 8 iyun 1376 | Çester qrafı, Kornuoll hersoqu | Coanna Plantagent | |||
Riçard Plantagenet
sonradan kral II Riçard |
6 yanvar 1367 | 8 iyun 1376 | 20 noyabr 1376[1] | 22 iyun 1377
kral oldu |
14 fevral 1400 | Kornuoll hersoqu, Çester qrafı | — | ||
Генри Монмут
sonradan kral V Henri |
IV Henrix | 16 sentyabr 1387 | 30 sentyabr 1399 | 15 oktyabr 1399[1] | 21 mart 1413
kral oldu |
31 avqust 1422 | Lankaster hersoqu, Kornuoll hersoqu, Çester qrafı | — | |
Eduard Plantagent | VI Henri | 13 oktyabr 1453 | 15 mart 1454[1] | 11 aprel 1471 atasını devirməsi | 4 may 1471 | Kornuoll hersoqu, Çester qrafı | Anna Nevil | ||
Eduard York
sonradan kral V Eduard |
IV Eduard | 4 noyabr 1470 | 11 aprel 1471 | 26 iyun 1471[1] | 9 aprel 1483
kral oldu |
1483? | Kornuoll hersoqu, Çester qrafı | — | |
Eduard Plantagent | III Riçard | təx. 1473 | 1483 | 24 avqust 1483[1] | 9 aprel 1484 | Kornuoll hersoqu, Çester qrafı, Solsberi qrafı | — | ||
Artur Tüdor | VII Henri | 20 sentyabr 1486 | 29 noyabr 1489 | 2 aprel 1502 | Kornuoll hersoqu, Çester qrafı | Araqonlu Ketrin | |||
Henri Tüdor
sonradan kral VIII Henri |
28 iyun 1491 | 2 aprel 1502 | 18 fevral 1504[1] | 22 aprel 1509
kral oldu |
28 yanvar 1547 | Kornuoll hersoqu, Çester qrafı, York hersoqu | — | ||
Eduard Tüdor
sonradan kral VI Eduard |
VIII Henri | 12 oktyabr 1537 | 1537 | 28 yanvar 1547
kral oldu |
6 iyul 1553 | Kornuoll hersoqu, | — | ||
Henri Stüart | I Ceyms | 19 fevral 1594 | 24 mart 1603 | 4 iyun 1610[1] | 6 noyabr 1612 | Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair | — | ||
Çarlz Stüart
sonradan kral I Karl |
19 noyabr 1600 | 6 noyabr 1612 | 4 noyabr 1616[1] | 27 mart 1625
kral oldu |
30 yanvar 1649 | Kornuoll hersoqu, Rotsey hersoqu, York hersoqu, Olbani hersoqu, маркиз Ормонд, Çester qrafı, Karrik qrafı, Ross qrafı və sair | — | ||
Çarlz Stüart
sonradan kral II Karl |
I Karl | 29 may 1630 | объявлен
в 1638—1641[1] |
30 yanvar 1649
titul ləğv olundu (1660-cı ildə kral oldu) |
6 fevral 1685 | Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı, барон Ренфрью və sair | — | ||
Georq Avqust
sonradan kral II Corc |
I Corc | 10 noyabr 1683 | 1 avqust 1714 | 27 sentyabr 1714 | 11 iyun 1727
kral oldu |
25 oktyabr 1760 | Kornuoll hersoqu, Rotsey hersoqu, Kembric hersoqu, Çester qrafı, Karrik qrafı və sair | Karolina Brandenburq-Ansbaxlı | |
Frederik Luis | II Corc | 1 fevral 1707 | 11 iyun | 8 yanvar 1729[1] | 31 mart 1751 | Kornuoll hersoqu, Rotsey hersoqu, Edinburq hersoqu, Çester qrafı, Karrik qrafı və sair | Avqusta Saksen-Qotlu | ||
Georq Vilgelm Frederik
sonradan kral III Corc |
4 iyun 1738 | 31 mart 1751 | 20 aprel 1751 | 25 oktyabr 1760
kral oldu |
29 yanvar 1820 | Edinburq hersoqu, Çester qrafı və sair | — | ||
Georq Avqust Frederik
sonradan kral IV Georq |
III Corc | 12 avqust 1762 | 19 avqust 1762[1] | 29 yanvar 1820
kral oldu |
26 iyun 1830 | Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair | Karolina Braunşveyqli | ||
Альберт Eduard
sonradan kral VII Eduard |
I Viktoriya | 9 noyabr 1841 | 8 dekabr 1841 | 22 yanvar 1901
kral oldu |
6 may 1910 | Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair | Aleksandra Danimarkalı | ||
Georq
sonradan kral V Georq |
VII Eduard | 3 iyun 1865 | 22 yanvar 1901 | 9 noyabr 1901 | 6 may 1910
kral oldu |
20 yanvar 1936 | Kornuoll hersoqu, Rotsey hersoqu, York hersoqu, Çester qrafı, Karrik qrafı və sair | Mariya Tek | |
Eduard
sonradan kral VIII Eduard , daha sonra Vindzor hersoqu |
V Georq | 23 iyun 1894 | 6 may 1910 | 23 iyun 1910 | 20 yanvar 1936
kral oldu |
28 may 1972 | Kornuoll hersoqu, Rotsey hersoqu, Çester qrafı, Karrik qrafı və sair | — | |
Çarlz Vindzor | II Elizabet | 14 noyabr 1948 | 6 fevral 1952 | 26 iyul 1958 | titulun yaşayan sahibi | Kornuoll hersoqu, Rotsey hersoqu, 2-ci Edinburq hersoqu, Çester qrafı, Karrik qrafı və sair | 1. Diana Spenser
2. Kamilla Şand (Uels şahzadə xanımı titulunu istifadə etmir) |