Uilyam Rendolf Herst - Wikipedia
Vilyam Randolf Herst ([4] Aprel 29, 1863 – Avqust 14, 1951) – amerikalı biznezmen, siyasətçi, Hearst Communications adlı ən böyük milli qəzet və media şirkətinin əsasını qoymuş qəzet naşiri. Herstin sarı mətbuatında istifadə olunan parlaq metodlar KİV-ə sensasiya və insan maraqlarından bəhs edən hekayələrlə təsir göstərmişdir. 1887-ci ildə Herstin atası ona The San Francisco Examiner qəzetinə nəzarəti həyata keçirmə tapşırır. Bununla o, nəşriyyat biznesinə başlamışdır. Nyu-Yorka gəldikdən sonra o, The New York Journalı əldə edir və bundan sonra onun cinayət, korrupsiya, qrafika, sekslə bağlı cinayət hadisələrini iri başlıqlarla nəşr edən New York Worldun naşiri Cozef Pulitserlə amansız mübarizəsi başlamışdır. Daha çox qəzet əldə etdikdən sonra Herst karyerasının pik nöqtəsinə çataraq 30-a yaxın qəzetdən zəncirvari şəbəkə yaratmışdır. O, sonralar biznesini jurnallara qədər genişləndirərək dünyanın ən böyük qəzet və jurnal biznesini yaratmışdır.
Vilyam Rendolf Herst | |
---|---|
ing. William Randolph Hearst | |
Doğum tarixi | |
Doğum yeri | San Fransisko |
Vəfat tarixi | 14 avqust 1951[1][2][…] (88 yaşında) və ya 1951 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | Amerikan |
Həyat yoldaşları |
Nora Efron (1976-1980) Kristina (hazırkı) |
Uşaqları |
Yakob Bernşteyn Maks Bernşteyn |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, reportyor, naşir, sosial fiqur[d], iş adamı, rəsm kolleksioneri[d] |
Fəaliyyət illəri | 1880–1949 |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
O, iki dəfə ABŞ Nümayəndələr Palatasına Demokrat seçilmiş və 1904-cü il ABŞ-nin Prezident, 1905 və 1909-cu illərdə Nyu-York şəhərinin meri, 1906-cı il Nyu-Yorkun qubernatoru vəzifəsinə seçkilərdə məğlub olmuşdur. Siyasi cəhətdən o, işçi sinfi tərəfdən çıxış edərək Proqressiv inkişafı dəstəkləyirdi. O, bütün nəşriyyatlarında naşir mövqeyinə və siyasi xəbərlərinin işıqlandırılmasına nəzarəti həyata keçirərək çox güclü siyasi nüfuza sahib idi. Herst digər redaktorlardan fərqli olaraq ölkəsini daha sensasiyalı xəbərlərlə 1898-ci ildə baş vermiş İspaniya ilə müharibəyə sövq etmişdir. 1918-ci ildən sonra o, ölkəsini təcrid olunmuş xarici siyasət aparmağa, Avropa ölkələri ilə bağlı məsələlərdə neytral möqve tutmağa səsləmişdir.[5] O, 1932–1934-cü illərdə Franlin Delano Ruzveltə dəstək kompaniyasına rəhbərlik etsə də, sonradan onların münasibətləri pozulmuş və o, sağ tərəfdən Ruzveltin ən qatı düşmənlərindən birinə çevrilmişdir. 1930-cu illərin ortalarında onun = oxucu dövriyyəsi gündəlik olaraq 20 milyon nəfərə çatmışdır. Lakin o, pula çox israfçılıq etdiyindən 1930-cu illərin sonlarında mülk və aktivlərinin çoxunda məhrum oluna bilərdi. Lakin sonda o, qəzet və jurnallarını əlində saxlamağı bacara bilmişdir.
Onun həyat hekayəsi Orson Uellsin Vətəndaş Keyn filminin baş qəhrəmanı Çarlz Foster Keyn obrazı üçün əsas ilham mənbəyi olmuşdur.[6] Onun Sakit Okeanda San Simeon şəhəri yaxınlığında yerləşən Herst qəsri hal-hazırda Dövlət Tarixi Abidəsi və Milli Tarixi Abidə hesab olunur.
Əsl-nəcabəti və həyatının erkən illəri
redaktəVilyam Herst San-Fransiskoda milyoner mədən mühəndisi, qızıl mədəni sahibi və ABŞ senatoru Corc Herstin və onun həyat yoldaşı Fibi Herstin ailəsində anadan olmuşdur. Onun atasının ulu babası Con Herst əslən İrlandiyanın Olster əyalətindən olan protestant idi. O, 1766-cı ildə arvadı və 6 uşağı ilə birlikdə Ballibeydən miqrasiya edərək Cənubi Karolinada məskunlaşmışdır.[7] Con Herst adı ilk dəfə 26 oktyabr 1766-cı ilə aid sənədlərdə rast gəlinmişdir. Sənəddə bu soyad sahiblərinin 400 və 100 akr torpağa sahib olmaları qeyd olunmuşdur. "Hers" soyadı ailənin üzvləri tərəfindən istifadə olunmamışdır. Digər irəli sürülən bir fərziyyəyə görə, "Herst" ailəsinin Virciniyadan olan qolu eyni vaxtda Cənubi Karolinaya gəlmiş və öz soyadlarını düz bir əsr əvvəl dəyişmişdilər.[8] Herstin anası Fibi də irland əsilli idi. Onun ailəsi isə Qolueydən gəlmişdir.[9] O, Berklidə yerləşən Kaliforniya Universitetinin ilk qadın regenti olmuş, çoxsaylı antropoloji ekspedisiyalara maliyyə yardımı etmiş və Fibi Herst Antropologiya Muzeyinin əsasını qoymuşdur.
Nyu-Hempşir ştatının Konkorda şəhərində Müqəddəs Pavel məktəbindən hazırlıq keçdikdən sonra Herst 1885-ci ildə Harvard kollecinə daxil olmuşdur. O, eyni zamanda Delta Kappa Epsilon qardaşlığının üzvü idi.[10]
Nəşriyyat biznesi
redaktə1887-ci ildə San Francisco Examiner qəzetinə idarəetməni ələ keçirmişdir. Belə ki Herstin atası qəzeti qumarda qalib gəldiyi oyundan borc olaraq almışdır.[11] Özünə "Qəzetlərin monarxı" devizi seçən Vilyam Herst öz dövrünün əm yazıçıları olan Ambrouz Birs, Mark Tven, Cek London və siyasi karikaturist Homer Davenporti öz nəşriyyatına cəlb etmişdir. Populist olan Herst bələdiyyə və maliyyə sektorlarında rast gəlinən korrupsiya hadisələrini işıqlandırmış və çox zaman ailəsinin maraqlarının kəsişdiyi şirkətlərə məqalələr vasitəsilə təzyiqlər göstərmişdir. Bir neçə illər ərzində onun qəzeti San Fransisko bazarında dominantlıq etmişdir.
New York Morning Journal
redaktəSan Francisco Examinerdə olduğu karyerası ərzində Herst iri bir qəzet zənciri yaratmaq niyyətində idi. Lakin o, çox gözəl anlayırdı ki, bu arzusunu yerinə yetirmək üçün ona Nyu-Yorkda qələbə qazanmaq lazım idi.[12] 1895-ci ildə anasının maliyyə dəstəyilə o, uğursuzluqla nəticələnən New York Morning Journal qəzetini almış, Stiven Kreyn və Culian Hotorn kimi yazıçıları cəlb etmişdir. Bundan sonra onun New York World qəzetinin naşiri Cozef Pulitserlə amansız mübarizəsi başlamışdır. O, Cozef Pulitzerin naşiri olduğu qəzetdən rəngli komikslər yaradıcısı Riçard Uotkonu, həmçinin Pulitzerin Bazar günü məktəbinin bütün işçilərini öz qəzetinə cəlb etmişdir.[13] Digər cəlb olunan şəxslərdən biri Portland Oregoniandan gələn Ceyms Monteqyu olmiuşdur. O, Herstin New York Evening Journalında "Poeziyadan daha çox həqiqət" bölməsində çalışmağa başlamışdır.[14]
Herst "pennilik kağızları" (qəzet nüsxələri 1 penniyə satıldığından belə adlanırdı) aldıqdan sonra jurnal daha çox ABŞ Demokrat Partiyasının siyasətinə xüsusi diqqət ayıraraq Nyu-Yorkda olan digər 16 iri gündəlik qəzetlə rəqabət aparmağa başlamışdır.[15] Herst San Francisco Examinerdən olan ən yaxşı menecerlərini gətirərək tez bir zamanda Nyu York qəzetləri arasında özünün "ən cəlbedici sahibkar" obrazını yaratmağa müvəffəq olmuşdur. O, öz əliaçıqlığı ilə başqalarından fərqlənirdi. Belə ki işçilərinə rəqiblərindən daha çox pul ödəyir, yazıçılarına 1 sətrə görə belə borc pul verirdi. Herstin jurnalizmdə aktiv fəaliyyətini bu devizlə ümumiləşdirmək olar: "Başqaları danışanda, Journal fəaliyyət göstərir".
Sarı mətbuat və New York Worldlə rəqabət
redaktəNew York Journal və onun başlıca rəqibi New York World qəzeti populyar jurnalistika stilini mənimsəmişdir. Həmin üslub Riçard Autkoltun "Sarı oğlan" komiksindən sonra sarı mətbuat adı altında tanınmağa başlamışdır. Pulitzerin naşiri olduğu qəzet isə qalın başlıqlarla, aqressiv xəbər toplumu, illüstrasiyaların istifadəsi, populist siyasət, proqressiv xaç yürüşləri, dramatic cinayətlər, insan telyindən bəhs edən hekayələrlə insanların kütləvi şəkildə qəzetlərə müraciət etməsinə səbəb olmuşdur. Herstin sahib olduğu New York Journaldan uğurun eyni reseptindən istifadə edərək, Pulitzerin naşiri olduğu qəzetin qiymətinin 2 sentdən penniyə düşməsinə səbəb olmuşdur. Az müddət sonra bu iki qəzet bir-birinə düşmən kəsilmiş və hər iki qəzet oxucular sayında rəqabət aparmaq üçün külli miqdarda pul xərcləməli olmuşdur. Journalı aldıqdan 3 ay sonra Herst Pulitzerin 3 top redaktorunu öz redaksiyasına cəlb etmişdir. Onlar American Sunday qəzetinin oxucu kütləsini genişləndirmi redactor Morril Qoddard, Solomon Karvalyo və Herstin qəzet imperiyasında əsas redaktorlardan birinə çevriləcək gənc Artur Brisban idi. Ümumi qəbul olunmuş rəyə görə onların hamısı yüksək masala cəlb olunmamışdır. Sadəcə Cozef Pulitzerin ofis daxilində yaratdığı siyasət, həmçinin Pulitzerin temperamenti onların redaksiyanı digərilə əvəzləməsinə səbəb olmuşdur.[16]
Eyni zamanda çoxsaylı tənqidçilər Journalın inanılmaz uğurunu Herstin ucuz sensasiyaya qaçması ilə əlaqələndirirlər. Bu barədə Kennet Vayt "The Uncrowned King: "The Sensational Rise Of William Randolph Hears (Tacsız kral: Vilyam Randolf Herstin sensasiyalı yüksəlişi) yazısında qeyd etmişdir: "Dərinliyə doğru qaçmaq əvəzinə, o, Journalı qaldırdı". Sarı mətbuata böhtan atılmasına baxmayaraq, "Bütün yaxşı sarı mətbuat jurnalistəri hər hadisədə insan axtararaq emosiya, dram qorxusu nəşr edirdilər. Onlar öz hisslərini öz redaktə etdiyi səhifələrə ötürərək bunun oxucularla ünsiyyətdə ən ədalətli və faydalı üsul olmasına inanırdılar".[17]
Hər iki qəzet nəhayət, 1898-ci ilin sonlarında ABŞ-İspaniya müharibəsini işıqlandırmaq üçün xeyli miqdarda pul vəsaiti xərclədikdən sonra barışıq elan etmişdilər Herst Journalın naşiri olduğu ilk 3 ildə təqribi olaraq bir neçə milyon dollar itirmişdir. Lakin qəzet New York Worldlə olan müharibəni bitirəndən sonra gəlir əldə etməyə başlamışdır. [18]
Herstin rəhbərliyi altında Journal özünün populist və ABŞ Demokrat Partiyasının sol qoluna olan inamın saxlamış, 1896-cı ildə Şərq tərəfdən Vilyam Cenninqs Brayanı dəstəkləyən yeganə iri nəşriyyat olmuşdur. Onun bu cür tarixi seçkini işıqlandırması, ABŞ Respublikaçılar Partiyasında pulun görünməmiş rolunu və Vilyam Mak-Kinlinin siyasi və maliyyə meneceri Mark Hannaya qarşı edilən aramsız "hücumları" ölkənin hər hansı bir qəzeti üçün çox önəmli bir şey hesab olunurdu. Ancq 1 ildən sonra Herst fəxrlə Journalın tirajının (axşaçm və Alman-ingilis nəşrlərini də nəzərə almaqla) 1,5 milyonu keçməsklə, dünyada bununla müqayisə olmayacaq qəzet olmasını deyə biləcəkdi.[19]
Journalın siyasi işıqlandırılması tamamilə birtərəfli deyildi. Kennet Vayt qeyd edir ki, həmin dövrün çoxlu naşirləri güman edirdilər ki "onların nəşrlərinin siyasi məsələlərlə bağlı yalnız vahid səslə danışmalıdırlar. Lakin Herst çoxplanlı gedişlər hazırlamışdır. İlk əvvəl o, 1917-ci il Rusiya İnqilabını dəstəkləsə də, sonradan bundan imtina etmişdir. Herst Vudro Vilsonun internasionallığına, Millətlər Liqasına, Beynəlxalq ədalət məhkəməsinə qarşı mübarizədə çətinlik çəkirdi".[20]
ABŞ-İspaniya müharibəsi
redaktəABŞ hərbi dəniz qüvvələrinə məxsus Men kreyserinin batırılması və ABŞ-nin İspaniya ilə müharibəyə girməsi Morning Journalın gündəlik dövrəsinin 1 milyonu keçməsinə səbəb olmuşdur. "Journalın müharibəsi" ilə əlaqədar qəzetlərin təsiri nəticəsində İspaniyaya qarşı Amerikanın hiddəti yönəlmişdir.[21] Müharibəyə aparan başlıqların əksəriyyəti şayiələr, təbliğat və sarı mətbuatın sayəsində 1895-ci ildə baş vermiş Kuba inqilabından başlamışdır. Həqiqətən də Journal və Nyu Yorkun digər qəzetləri birtərəf mövqedə idilər. Onların Kuba böhranı və İspaniya-ABŞ müharibəsilə bağlı yanlış məlumatları sarı mətbuatın inkişafında ən vacib dönəmlərdən biri olmuşdur. Faktiki sübutların olmamasına baxmayaraq, Men kreyserinin batırılması ilə bağlı iri başlıqlar Nyu York oxucularında İspaniyaya qarşı narazılıq yaratmışdır.
Bununla belə, Journalın Kubadakı İspaniya hakimiyyətinə qarşı yönəltdiyi xaç yürüşü təkcə şovinizmlə bağlı deyildir. Belə ki "hər hansı bir hadisəni işıqlandırmaq üçün ilham mənbəyi rolunu oynayan demokratik ideallar və humanitarizm tarixdə itmişdir". Journalın Kubadakı üsyankarları dəktəkləməyə yönəlmiş jurnalistika aktivliyi əslində Herstin şəxsi siyasi və biznes ambisiyalarını özündə birləşdirirdi.[22]
Yəqin ki amerikan jurnalistikasında ən mif Kubanın İstiqlaliyyət uğrunda müharibəsini işıqlandırmaq üçün Herst tərəfindən Kubaya göndərilən illustrator Frederik Reminqtonun heç bir dəlil olmadan Kubada sakitlik olması barədə teleqram verməsi olmuşdur. Təxmini olaraq Herst ona belə cavab vermişdir: "Zəhmət olmasa, orada qalın. Siz mənə şəkilləri göndərin və mən müharibəni başladım".[23][24]
Herst şəxsən Kuba üsyançıları ilə bağlı məsələ ilə şəxsən özü maraqlanırdı və Journal münaqişə barədə bir neçə vacib, sensasiyalı məlumat vermişdir. Onların Kuba üsyanı və İspaniyanın adada törətdiyi qəddarlıqlar barədə verdiyi məlumatların əksər hissəsi həqiqətə uyğun deyildi. Bu hadisələrdən ən məşhuru Evangelina Sisneros adlı kubalı məhbusun həbs edilməsi və azad olunması barədə idi.[22][25]
Herst və sarı mətbuat birbaşa olaraq Amerikanı İspaniyaya qarşı müharibəyə cəlb etməsə də, onlar Nyu-Yorkda ictimai fikri qızışdırmışdılar. Lakin Nyu-Yorkun elit təbəqəsinin nümayəndələri Times və Sun qəzetlərindən məlumatları oxuyurudular. Journal və World qəzetləri Nyu York şəhərinin çox böyük auditoriyaya malik işçi sinfini əhatə edirdi. Bu qəzetlər digər şəhərlərdə ilk top 10 mənbə arasında olmamaqla yanaşı, onların dərc etdiyi məqalələr Nyu-York hüdudlarını aşmırdı.[26] İspaniyanın Kubada etdikləri barədə ölkədə yaranan narazılıq Konqressin müharibə elan etməsinə çox böyük təsir göstərmişdir. Konqressin müharibə elan etməsi qantökmələrdən bezən ictimai fikrə əsaslanırdı. Bununla yanaşı, Makkinli kimi liderlər İspaniyanı Kuba üzərində nəzarəti itirdiyini anlamışdılar.[27]
Herst İspaniya-ABŞ müharibəsini işıqlandırmaq üçün kiçik bir müxbir qrupu ilə Kubaya yollanır. Herst ora özü ilə daşınabilən çap maşını gətirmişdir. Sonradan bu çap maşını hərbi əməliyyatlar qurtardıqdan sonra Kubanın yerli nəşriyyatlardan birində istifadə olunmağa başlamışdır. Journalın müxbirləri Ceyms Krilman və Edvard Marşal döyüş zamanı yaralanmışdılar. Kuba üsyançılarının lideri general Kaliksto Qarsiya Kubanın azad olunmasında göstərdiyi xidmətlərə görə Herstə hədiyyə olaraq güllə deşikləri olan Kuba bayrağını bağışlamışdır.[28]
Fəaliyyətinin genişlənməsi
redaktəÖzünün siyasi ambisiyalarına kömək məqsədilə Herst bir neçə başqa şəhərlərdə qəzetlər açmışdır. Həmin şəhərlər arasında Çikaqo, Los-Anceles və Boston kimi şəhərlər vardır. Çikaqo qəzetinin yaradılması Demokratların Milli Komitəsi tərəfindən təklif olunmuşdur. Herst isə anası Fibi Herstdən ona bu işə başlamaq üçen maliyyə vəsaiti verməsini xahiş etmişdir. 1920-ci illərin ortalarında onun 28 qəzeti var idi. Onlar arasında the Los Angeles Examiner, the Boston American, the Atlanta Georgian, the Chicago Examiner, the Detroit Times, the Seattle Post-Intelligencer və onun flaqmanı hesab olunan San Francisco Examiner qəzeti vardı. Herst həmçinin öz nəşriyyat maraqlarını kitab və jurnallarda diversifikasiya etməyə çalışırdı. Onlardan bəziləri periodik olaraq nəşr olunan Cosmopolitan, Good Housekeeping, Town and Country, and Harper's Bazaar kimi jurnallar hələ indi də dövriyyədədir. 1924-cü ildə o, New York Daily Mirror qəzetini açmışdır.
Herst öz yazıçı və karikaturaçılarına onun oxucuları tərəfdən aşkar tələblərin olmamasına baxmayaraq, onların təbliğatını həyata keçirirdi. Mətbuat tənqidçisi A.Liblinq qeyd etmişdir ki, Herstin ulduzlarının əksər hissəsi hər hansı bir yerdə işləməyə yararlı hesab olunmamışdır. Herstin favoritlərindən biri olan başsındırıcı komiks sayılan Krazy Katın yaradıcısı Corc Herriman nə oxucular, nə də həmin dövrün redaktorları arasında o qədər də olmamışdır. Çoxları bunun ancaq Herstin sahib olduğu klassika adlandırmışdır. 1929-cu ildə o,LZ 127 Graf Zeppelin drijablında ilk dəfə olaraq Almaniyadan başlamış dünya səyahətinin sponsorlarından biri olmuşdur. Onun sponsorluğu bu şərtlə idi ki, drijablın kapitanı Dr. Huqo Ekenerin Graf Zeppelinlə Almaniyadan Atlantik okeanı üzərindən keçdikdən sonra Herstin fotoqrafı və 3 müxbirini özü ilə götürməli idi. Onlardan biri olan Qreys Marqaret Drummond Hey dünyada ilk dəfə drijablla səyahət etmiş qadın kimi tarixə düşmüşdür.[29]
Herstin xəbər imperiyası təxminən 1928-ci ildə gəlirlərinin pik nöqtəsinə çatsa da, lakin ABŞ-də baş vermiş Böyük böhran və onun imperiyasının həddən artıq genişlənməsi onun bölmələrini nəzarətdə saxlamaq üçün çoxlu sayda vəsaitin xərclənməsinə səbəb olmuşdur. İqtisadi böhran dövründə Herstin sahib olduğ qəzetlər daha çox zərər görmüşdür. Bundan başqa, onun həmin vaxt apardığı konservativ siyasət onun oxucularının maraqları ilə toqquşurdu və bu da öz növbəsində Herstin media şəbəkəsinin durumunu çətinləşdirirdi. Mövcud borclarını verə bilməyən Hearst Corporation 1937-ci ildə məhkəmə sanksiyası nəticəsində yenidən qurulmuşdur. Bu zaman şirkətdə çoxlu ixtisarlar baş vermişdir. Qəzetlər və digər müəssisələr ləğv olunmuş, kino şirkətləri bağlanmışdır. İkinci dünya müharibəsi zamanı dövriyyə və reklamdan gələn gəlirlər bərpa olunsa da, onun əvvəlki günləri artıq geridə qalmışdır. Hearst Corporation bugünə qədər də iri media-konqlomerat hesab olunur və onun maddi bazası Nyu-York şəhərində yerləşir.
Siyasətə cəlb olunması
redaktəHerst Konqressdə iki seçkidə qalib gəlsə də, sonrakı seçilərin hamısında uduzmuşdur. O 1905 və 1909-cu illərdə Nyu York şəhərinin meri seçkiləri və 1906-cı il Nyu-Yorkun qubernatoru vəzifəsinə seçkilər çox cüzi bir fərqlə məğlub olmuşdur. O, qubernator seçkilərində Çarlz Evans Hyuza məğlub olmuşdur. Herstin uğursuz kampaniyalarından sonra Uolles İrvin tərəfindən ona "Vilyam həmçinin Randolf" ləqəbi verilmişdir.[30]
Herst Proqressiv Hərəkatın sol qolunda mövqe tutaraq işçi sinfi adından varlı və güclü insanları mühakimə edirdi.[31] Tammani Hallın dəstəyilə o, 1902 və 1904-cü illərdə Konqressə üzv seçilmişdir. O, 1904-cü ildə [[ABŞ Demokrat Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş, lakin mühafizəkar Nyu York hakimi Alton B. Parkerə seçkilərdə məğlub olmuşdur. Tammani ilə münasibətləri pozulduqdan sonra Herst Nyu-York şəhərinin meri seçkilərinə namizədliyini irəli sürür. Bu zaman Tammani Hall ona qalib gəlmək üçün bütün səylərini ortaya qoymuşdur.[32][33]
Britaniya imperiyasının rəqibi kim Herst ABŞ-nin Birinci dünya müharibəsinə qatılmasına qarşı çıxır və Millətlər Liqasının yaradılmasına qarşı təzyiqlər göstərirdi. Onun qəzetləri 1920 və 1924-cü illərdə hər hansı bir namizədin təsdiqini özlərində saxlayırdılar. Herstin vəzifə üçün sonuncu müraciəti 1922-ci iıdə olmuşdur. Bu zaman Tammani Hallın liderləri onun Nyu-Yorkdan Senata namizədliyini dəstəkləmişdilər. Al Smit buna veto qoyaraq Herstin uzunmüddətlik nifrətini qazanmışdır. 1932-ci ildə Herstin Demokratların Milli Konvensiyasında öz mütəffiqləri Vilyam Gibbs Makado və Con Nans Qarnerlə birgə Franklin Delano Ruzveltə president seçkilərində dəstək olması onun Smitə qarşı olan vendettasının bir hissəsi idi.[34]
Siyasi düşüncələrində 180 dərəcə dəyişiklik: Herst sağ mövqe tutur
redaktəBioqrafı Ben Proktor izah edir:
- 1920-ci illərdə o, Ceferson Demokrat idi. O, böyük hökumətin törədə biləcəyi təhlükələr, amerikalıların fərdi hüquqlarını poza biləcək qarşısıalınmaz federal hakimiyyət təhlükəsi barədə xəbərdarlıq etmişdir. 1932-ci ildə Franklin Delano Ruzveltin president seçilməsindən sonra Herst tezliklə Yeni Kursun tənqidçilərindən birinə çevrilir. O, böyük iş biznesinin zərərinə təşkil olunmuş iş qüvvələrini dəstəkləyirdi. Onlar dövləti yüksək gəlir vergisi təyin etməkdə ittiham edirdilər.[35]
Herst 1935-ci ilin yazında prezidentin veteranlar üçün nəzərdə tutulan Bonuslar haqda akta veto qoymasından Franklin Delano Ruzveltlə münasibətlərini kəsmiş və Dünya Məhkəməsinə müraciət etməyə cəhd göstərmişdir.[36] Herstin qəzetləri onun silahları idi. O, 1930-cu illərin ortalarında 20 milyona yaxın oxucu kütləsinə sahib idi. Lakin onların əksər hissəsi 1936-cı il president seçkilərində Ruzveltə səsverənlər arasında 3-cü sırada duran işçi sinfi idi. Herstin nəşriyyatları həmin vaxt respublikaçı Alf Lendonu dəstəkləyirdi.[37][38]
1934-cü ildə Herst Adolf Hitlerdən müsahibə götürmək üçün Berlinə yollanmışdır.[39] Hitler ondan Amerikan mətbuatının nə üçün onun düzgün başa düşmədiyini soruşduqda Herst belə cavab vermişdir: "Çünki amerikalılar demokratiyaya inanır və diktaturaya meylli deyillər".[40] Herstin nəşriyyatları nasist liderlər Adolf Hitler və Herman Görinqin təkzibi olmadan onlara dair çoxlu bölmələr hazırlamışdılar.[41]
Şəxsi həyatı
redaktəMillisent Vilson
redaktə1903-cü ildə Herst 21 yaşlı Millisent Veronika Vilsonla ailə həyatı qurmuşdur. Onların nigahından 5 oğlan uşağı dünyaya gəlmişdir: Corc Randolf Herst (1904), Vilyam Randolf Herst Jrş (1908), Con Randolf Herst (1910) və əkizlər Randolf Apperson Herst və David Uitmir Herst (1915). Herstin nəvəsi Patrisia Herst terrorist qadın, bank oğurluğundan ittiham olunan və siyasi kidnappingin qurbanı olmuşdur.
Marion Devis
redaktəSiyasi ümidlərinə son qoyduqdan sonra Herst dostu Paul Blokun keçmiş məşuqəsi film aktrisası Marion Devislə münasibətə başlamışdır.[42] 1919-cu ildən isə Herst onunla açıq aşkar Kaliforniyada yaşamışdır. Millisent 1920-ci illərin ortalarından Herstlə münasibətlərinə son qoysa da, ömrünün sonuna qədər rəsmi olaraq onun həyat yoldaşı olmuşdur. Millisent Nyu-Yorkda özü üçün sərbəst həyatını qurmuş, filantrop kimi cəmiyyətdə aktivliyi ilə seçilmişdir. O, 1921-ci ildə kasıblar üçün Free Milk Fund (Pulsuz Süd Fondu) yaratmışdır.
Kaliforniyadakı mülkləri
redaktə1919-cu ildən başlayaraq Herst Herst qəsrinin tikintisinə başlamışdır. Qəsr Kaliforniyada San Simeon şəhərində 97 000 hektrar ərazini əhatə edir. Buradakı otaqlar Avropanın evlərindən gətirilmiş incəsənət, antikvariat nümunələri ilə zəngin idi. Bundan başqa onun Ərəb atları üçün rançosu var idi. San Simeon 1960-cı ilə aid Spartak filminin çəkilişlərində Mark Krassın (Lourens Olivye canlandırmışdır) iqamətgahı kimi istifadə olunmuşdur. Onun həmçinin Maklaud çayı yaxınlığında Uinton adlı mülkü var idi. Uinton malikanəsi Herst qəsrinin də memarı olan Culia Morqan və Vilyam Doddun birgə iş birliyi nəticəsində dizayn olunmuşdur. 1947-ci ildə Herst Beverli Hillsdə Sanset bulvarından 3 məhəllə aralıda yerləşən 3 hektarlıq sahədə H- hərfi formasında tikilən mülkü 120 000 dollara almışdır. Bu ev Beverly House (Beverli Haus) adı ilə tanınır və bir vaxtlar 165 milyon dollar dəyərində qiymətləndirilərək ABŞ-nin ən bahalı şəxsi evlərindən biri idi. Bu malikanədə 29 yataq otağı, 3 su hovuzu, tennis kortları, şəxsi kinoteatr və gecə klubu var idi. Hüquqşünas və investor Leonard Ross 1976-cı ildən buranın sahibidir. Malikanə 2010-cu ilin sonunda 95 milyon dollara satışa çıxarılmışdır.[43] Malikanə 2012-ci ildən bəri satılmasa da, qiyməti 135 milyon dollar dəyərində qiymətləndirilmişdir. Beverli Hausun kinomatoqrafiya ilə də bağlılığı vardır. Belə ki "Xaç atası" filmində qorxulu səhnələrdən biri olan filmin produseri Cek Voltzun çarpayısında kəsilmiş at başının olması səhnəsidir. Personajın sahib olduğu film şirkəti "İnternational" adlanırdı. Bu isə Herstin əvvəllər sahib olduğu kinoşirkətin adını daşıyırdı.[44]
Luiz Pizzitolanın "Herst Hollivud üzərində: filmlərdə güc, hiss və təbliğat" kitabında deyilənlərə inansaq, vaxtilə Con Kennedi və Jaklin Kennedinin bal ayları üçün bir müddət bu evdə qalmışdılar. Onlar evli cütlük olaraq ilk filmlərinə də elə bu malikanənin kinoteatrında baxıblar. Bu 1920-ci illərdə Herst tərəfindən çəkilmiş film idi.
1890-cı illərin əvvəllərindən Herst atası tərəfindən ona 10 il qabaq alınmış Plizanton adlı yerdə malikanə tikintisinə başlamışdır. Herstin anası bu evin layihəsini öz üzərinə götürərək evin tikilməsini Culiya Morqana həvalə etmişdir. Layihə tamamlandıqdan sonra anası həmin malikanəni Hacienda del Pozo de Verona adlandırmışdır.[45] Anasının ölümündən sonra 1925–1969-cu illər aralığında klub kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə kütləvi yanğın malikanənin məhv olmasına səbəb olmuşdur.
İncəsənət kolleksiyası
redaktəHerst əsrlərdən bəri saxlanılmış və dünyanın hər bir yerindən gəlmiş incəsənət nümunələrinin zəngin olduğu geniş kolleksiyaya sahib idi. Onun kolleksiyasında Yunan vazaları, İspaniya və İtaliya mebelləri, Şərq xalçaları, Renessans dövrünə aid ibadət geyimləri, müəllifləri tərəfindən imzalanmış çoxlu kitablardan ibarət zəngin kitabxana, həmçinin dünyanın müxtəlif yerlərindən gətirilmiş heykəl və rəsm əsərləri daha çox diqqət çəkirdi. İncəsənət nümunələrindən başqa, o həmçinin əlyazmalar, nadir kitablar və avtoqraflar kolleksiyaçısı idi.[46]
Onun evi tez-tez məşhurlar və siyasətçilər tərəfindən ziyarət edilmişdir. Qonaqların qaldığı otaqlarda antiq dövrün mebelləri və bir neçə rəssamların əl işlərinə rast gəlmək olardı. 1937-ci ildən başlayaraq Herst Böyük böhrandan sonra yaranmış maliyyə yükünü aradan qaldırmaq üçün kolleksiyasının bir hissəsini satmağa başlamışdır. Elə ilk ildəcə 11 milyon dollar dəyərində kolleksiyasından bir hissə satmışdır. 1941-ci ildə o, 20 000-dən çox əşyanı satışa qoymuşdur. Satışa çıxarılmış əşyalar arasında Van Deykin rəsmləri, krosier(keşiş əsaları), fincanlar, Çarlz Dikkensin buffet mebeli, vitraj,silah və zirehlər, Corc Vaşinqtonun jileti və Tomas Ceffersonun İncili kimi qiymətli əşyalar var idi. Bu cür böyük miqyaslı satışların olmasına baxmayaraq, Herst qəsri Kaliforniya ştatına verilmişdir. Bu evdə kifayət qədər qiymətli əşyaların olması buranın muzey adlanmasına əsas verir.
Müqəddəs Donats Qəsri
redaktəCountry Life jurnalında Müqəddəs Donats Qəsrinin şəkillərini gördükdən sonra Herst Uelsin Ueyl-of-Qlamorqan mülkünü almışdır.[47] Qəsr Herst tərəfindən Avropanın qəsr və saraylarından alınmış otaqlar alınması ilə yenidən bərpa olunmuşdur. Böyük zal Uiltşirdə yerləşən Bradenstok Monastrndan alınmış və Müqəddəs Donats qəsrinin indiki yerində kərpicdən rekonstruksiya olunmuşdur.O, Bradenstok monastrından qonaq otağını da almışdır. O buranı XVI əsrə aid fransız bacası və pəncərələr komplekti ilə bəzəmişdir. Herst 34 yaşıl və ağ mərmərdən olan hamam otağı tikdirmişdir. Herst və Devis çox vaxtlarını burada əyləncələr təşkil etməklə keçirmişdilər. Onların təşkil etdiyi partilərə çağırılan qonaqlar arasında Çarli Çaplin, Duqlas Ferbenks, Vinston Çörçill və gənc Con Kennedi kimi məşhurlar olmuşdur. Müqəddəs Donat qəsrinə baş çəkdikdən sonra Corc Bernard Şou aldığı təəssüratları belə qeyd etmişdir: "Əgər Tanrının pulu olsaydı, o mütləq belə bir şey tikdirərdi".
Herst dünyasını dəyişdikdən sonra qəsr Atlantic College tərəfindən alınmış və hal-hazırda da onlar tərəfindən beynəlxaql internat məktəbi kimi fəaliyyət göstərir.
Aviasiya ilə maraqlanması
redaktəVilyam Herst xüsusən aviasiya ilə bağlı yeni texnologiyalarla maraqlanırdı və ilk uçus təcrübəsini 1909-cu ilin yanvarında Los-Ancelesdə etmişdir. fransız aviatoru Lui Polan özünün Farman bioplanında Herstlə birlikdə hava səyahəti etmişdir.[48][49] Herst həmçinin 1910-cu ildə ABŞ-nin bir sahilindən digər sahilinə 30 gün ərzində səyahət edə biləcək şəxsə 50 000 dollar (indi 1 285 000 dollar həcmində qiymətləndirilir) məbləğində Herst mükafatı təyin etmişdir.
Maliyyə böhranı
redaktəHerstin Franklin Delano Ruzvelt və onun Yeni Kursuna qarşı olan "xaç yürüşləri" onun müəssisələrinə həmkarların tətili və boykotlarla müşayət olunmuşdur. Bu da öz növbəsində onun imperiyasının maliyyə cəhətdən çətin duruma düşməsinə gətirib çıxarmışdır. Onun əsas nəşrlərini dövriyyəsi 1930-cu illərin ortalarında azalmışdır. Halbuki həmin vaxtda onun əsas rəqiblərindən ola New York Daily News çiçəklənməyə davam edirdi. O xərclərin azaldılması üçün effektiv ölçülərin götürülməsindən imtina etmiş, əksinə kolleksiyası üçün bahalı incəsənət əşyaları almağına davam etmişdir. Onun dostu Cozef Kennedi jurnallar almağı təklif etsə də, Herst sanki qısqanclıq göstərərək öz imperiyasını qorumağı düşünürdü. Bunun əvəzində o, özünün girov qoyulmuş mülkünü satmışdır. Nəticədə onun maliyyə məsləhətçiləri onun 10 milyon dollar borcu olmasını və kreditləri ödəyə bilməyəcəyini anlamışdılar. Təklif olunan istiqrazlar investorların diqqətini cəlb etməmiş, nəticədə Herstin maliyyə böhranından əziyyət çəkməsi hamıya məlum olmuşdur. Böhran bitdikdən sonra, o evindəki qulluqçuların əksər hissəsini işdən azad etmiş, saxladığı ekzotik heyvanları Los-Anceles zooparkına satmış və qəyyumuna maliyyə məsələlərinə nəzarət etməyi tapşırmışdır. O hələ də sevimli qəzetlərini satmaq istəmirdi. Qəyyum Herstin illik gəlirini 500 000 dollara qədər azaltmış və 700 000 dollar dəyərində dividendlərə olan illik ödənişini dayandırmışdır. O San Simeonedəki qəsrində yaşaması üçün icarə pulu verməli idi. Hüquqi olaraq bu bankrot hesab edilmirdi. Onun kolleksiyası 1938–1939-cu illərdə auksion və fərdi satışlarda satılmışdır. Con Rokfeller Jr. Colonial Williamsburgda yerləşən yeni muzeyinə 100 000 dollar dəyərində gümüşdən hazırlanmış antik əşya almışdır. Yaşlı Herst alçalsa da, məğlub olmamışdır. O özünü Avropada böyüməkdə olan böhranla bağlı çoxsaylı nəşrlərin buraxılmasına həsr etmişdir. O hələ də Hitlerə hücumlar etməkdən imtina edirdi. Bəzi insanlar Hersti ilk dəfə bu məsələdə autsayder hesab edirdilər. Herst bütün dövrlərin ən yaxşı filmlərindən biri sayılan və 1941-ci ilin 1 may tarixində ekranlara çıxan Vətəndaş Keyn filmində istehza üçün əla mövzuya çevrilmişdir.[50]
Ölümü və mirası
redaktə1947-ci ildə Herst San Simeonu tibbi müalicə üçün tərk etməli olmuşdur. Belə ki ayrıca məkanda müalicə etmək mümkün deyildi. O, 1951-ci ilin 14 avqustunda 88 yaşında Beverli Hillsdə dünyasını dəyişmişdir. O, Kaliforniyada yerləşən Cypress Lawndakı qəbiristanlıqda olan ailə mavzoleyində dəfn olunmuşdur. Ataları kimi Herstin 5 oğlunun heç biri kolleci bitirməmiş və media biznesində atasının ardınca getmişdilər.[51]
Tənqid olunması
redaktəMartin Li və Norman Solomon 1900-cu ilə "Etibarlı olmayan mənbələr" kitabında Herstin "müntəzəm olaraq sensasiyalı hekayələr, saxta intervülar, saxta şəkillər və təhrif olunmuş real hadisələr" kəşf etməsini qeyd etmişdilər. Bu yanaşma "sarı mətbuat" kimi qələmə verilmişdir.
Herst New York Journal qəzetində sarı mətbuat metodlarından istifadə edərək ABŞ ordusuun 1898-ci ildə Kuba, Puerto-Riko və Filippindəki avantürizmini dəstəkləmiş, Epton Sinklerin 1919-cu ildə tamamladığı "Latunun yoxlanılması: Amerikan jurnalizminin tədqiqi" kitabını tənqid etmişdir. Sinklerin sözlərinə görə, Herst dünyadakı hadisələri qəzetləri vasitəsilə təhrif edir və şüurlu şəkildə sosialistləri gözdən salmağa çalışırdılar. Digər tənqidçi Ferdinand Lundberq "Herst İmperiyası" (1936) kitabında Herstin qəzetlərinin xəbərlərdən yayınmaq üçün xaricdən pul vəsaiti almalarını bildirmişdir. Müharibədən sonra daha bir tənqidçi Corc Selds "Faktlar və faşizm" (1947) kitabında Herstə qarşı ittihamlar irəli sürmüşdür.
Vətəndaş Keyn filmi
redaktəVətəndaş Keyn filmi Herstin həyatı əsasında çəkilmişdir. Filmin ssenari müəllifləri Orson Uells və Herman Mankeviç Keyndə Harold Makkormik, Samuel İnsull və Hovard Hyuz kimi şəxslərin birləşmiş obrazını yaratmışdılar. Herst vətəndaş Keyn obrazının çox incəliklə maskalandığını və onun portretilə heç oxşarlıq təşkil etmədiyini bildirmişdir. Özünün nüfuzu və resurslarından istifadə edərək filmin buraxılmasına qarşı Son anda Herst və onun Hollivuddakı dostlarının göstərdiyi təzyiq öz bəhrəsini verdi. Belə ki onlar kinoteatrlardan filmin məhdud sayda göstərişi razılığını əldə etmişdilər.[52] Bu da öz növbəsində kassa gəlirlərinin azalmasına və Uellsin karyerasında ciddi zərər çəkməsinə səbəb olmuşdur.
Film uğrunda gedən bu mübarizəni 1996-cı ildə rejissorlar Maykl Epstein və Tomas Lennon "Vətəndaş Keyn uğrunda mübarizə" sənədli filmində ətraflı şəkildə təsvir etmişdilər. 1998-ci ildə Amerika Kinoincəsənəti İnstitutunun "bütün dövrlərin ən yaxşı 100 filmi" səsverməsində Vətəndaş Keyn filmi 1-ci yeri tutmuşdur. Daha sonra 2007-ci ildə keçirilən ikinci səsvermədə də film öz yerini qorumuşdur.
Digər işlərdə xatırlanması
redaktə- Con Steynbek "Qəzəb salxımları" əsərində "milyon akra sahib qəzet rəhbəri" obrazında Hersti anonim olaraq təsvir etmişdir.
- Ayn Randın "Mənbə" romanının obrazlarından olan qəzet maqnatı Gil Vinand ictimai fikri nəzarət altında saxlamağı düşünsə də, əslində reallıqda onun kütlənin qulluqçusu olması məlum olur. Kitab əsasında 1949-cu ildə eyniadlı Hollivud filmi çəkilmişdir.
- Herst amerikalı publisist Qor Vidalın "İmperiya haqda hekayələr" tarixi novellalar seriyasında əsas obrazlardan biri olmuşdur.
- Yazıçı Skot Vesterfel 2011-ci ildə yazdığı "Qoliaf" romanında Vilyam Hersti Birinci dünya müharibəsində təsvir etmişdir.
- 1992-ci ildə Kenni Orteqa tərəfindən çəkilmi. Disneyin "Xəbər satıcıları" cizgi filində Herst xatırlanmışdır. Bu cizgi filmi 1899-cu ildə baş vermiş "Qəzet satan oğlanların tətili" hadisəsinə həsr olunmuşdur. Cizgi filmində Herst görsənməsə də, musiqi parçalarında xatırlanmış, Cozef Pulitserlə müharibə aparan antaqonist obraz kimi xatırlanmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ William Randolph Hearst // RKDartists (nid.).
- ↑ RKDartists (nid.).
- ↑ "Hearst" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. Random House Webster's Unabridged Dictionary.
- ↑ Rodney Carlisle, "The Foreign Policy Views of an Isolationist Press Lord: W. R. Hearst & the International Crisis, 1936–41" Journal of Contemporary History (1974) 9#3 pp 217–227.
- ↑ The Battle Over Citizen Kane Arxivləşdirilib 2017-01-03 at the Wayback Machine, PBS.
- ↑ Kyle J. Betit. "Scots-Irish in Colonial America". The Irish Times. April 8, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 11, 2014.
- ↑ Carlson, 2007. səh. 3–4
- ↑ Robinson, 1991. səh. 33
- ↑ The American Pageant: A History of the Republic, Thirteenth edition, Advanced Placement Edition, copyright 2006
- ↑ "Hearst Castle National Park Service". December 17, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2013.
- ↑ Whyte, 2009. səh. 463
- ↑ "The Press: The King Is Dead". Time. August 20, 1951. June 3, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2017.
- ↑ "James Montague, Versifier, Is Dead," New York Times, December 17, 1941.
- ↑ Whyte, 2009. səh. 48
- ↑ Whyte, 2009. səh. 100–106, 110–111, 346–348
- ↑ Whyte, 2009. səh. 314
- ↑ Whyte, 2009. səh. 455, 463
- ↑ Whyte, 2009. səh. 193
- ↑ Nasaw, The Chief pp. 270–274, 378
- ↑ Whyte, 2009
- ↑ 1 2 PBS. "Crucible of Empire:The Spanish American War". May 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2014.
- ↑ Campbell, W. Joseph. Yellow Journalism: Puncturing the Myths, Defining the Legacies. 2003. səh. 72.
- ↑ Campbell, W. Joseph. "You Furnish the Legend, I'll Furnish the Quote". American Journalism Review. December 2001. 2013-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.
- ↑ William Thomas Stead. "A Romance of the Pearl of the Antilles". Review of Reviews.
- ↑ Ted Curtis Smythe, The Gilded Age Press, 1865–1900 (2003) p 191.
- ↑ Thomas M. Kane, Theoretical roots of US foreign policy (2006) p 64
- ↑ Whyte, 2009. səh. 427
- ↑ "Los Angeles to Lakehurst". Time. September 9, 1929. June 3, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 7, 2017.
- ↑ Edson, Charles Leroy. The Gentle Art of Columning: A Treatise on Comic Journalism. Brentano's. 1920. səh. 34.
- ↑ Roy Everett Littlefield, III, William Randolph Hearst: His Role in American Progressivism (1980)
- ↑ David Nasaw, The Chief (2000) pp 163, 172, 195–201, 205.
- ↑ Ben H. Procter, William Randolph Hearst: the early years, 1863–1910 (1998) ch 8–11
- ↑ Russell M. Posner, "California's Role in the Nomination of Franklin D. Roosevelt." California Historical Society Quarterly 39#2 (1960): 121–139. in JSTOR
- ↑ Ben Procter. William Randolph Hearst: The Later Years, 1911-1951. Oxford UP. 2007. səh. 248.
- ↑ Nasaw, pp 511–14.
- ↑ Nasaw, The Chief p p xiv, 515–17.
- ↑ Rodney P. Carlisle, "William Randolph Hearst: A Fascist Reputation Reconsidered." Journalism and Mass Communication Quarterly 50#1 (1973): 125–33.
- ↑ Nasaw, The Chief pp 475–76.
- ↑ Andrew Nagorski. Hitlerland: American Eyewitnesses to the Nazi Rise to Power. 2012. səh. 176.
- ↑ Nasaw, The Chief pp 470–77.
- ↑ Toledo Blade: "Paul Block: Story of success" BY JACK LESSENBERRY Arxivləşdirilib 2014-12-26 at the Wayback Machine January 9, 2013
- ↑ Brenoff, Ann. "Hearst Estate in Beverly Hills Marked Down: Is It a Bargain at $95M?|AOL Real Estate". Housingwatch.com. September 20, 2010. November 22, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 17, 2011.
- ↑ ""Most expensive" U.S. home on sale". BBC News. July 11, 2007. June 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2013.
- ↑ "Castlewood History – Castlewood Country Club". castlewoodcc.org. 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.
- ↑ Seely, Jana. "The Hearst Castle, San Simeon: The Diverse Collection of William Randolph Hearst". Southeastern Antiquing and Collecting Magazine. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-07.
- ↑ Bevan, Nathan. "Lydia Hearst is queen of the castle". Wales on Sunday. August 3, 2008. October 22, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2008.
- ↑ Aircraft, Volume 1 Arxivləşdirilib 2017-02-15 at the Wayback Machine, 1910
- ↑ Hearst an Aviator Arxivləşdirilib 2017-02-15 at the Wayback Machine, Editor & Publisher, Volume 9, 1910
- ↑ Nassaw, The Chief, pp. 528–56.
- ↑ Nasaw, David. The Chief The Life of William Randolph Hearst. New York, NY: Houghton Mifflin Company. 2000. 357–358. ISBN 0-395-82759-0.
- ↑ Howard, James. The complette films of Orson Welles. New York, Citadell Press, 1991, p. 47.