Ukrayna Konstitusiyasi - Wikipedia
Ukrayna Konstitusiyası (ukr. Конституція України)- Ukrayna Respublikasının əsas qanunu.
Ukrayna Konstitusiyasının tarixi
redaktəFilip Orlik Konstitusiyası, 1710-cu il
redaktəGetman İvan Mazepanın ölümündən sonra 5 aprel, 1710-cu ildə yeni getman Filip Orliklə İvan Mazepaya sadiq kazaklar arasında getmanın hüquq və vəzifələrini müəyyən edən "Hərbi hüquq və azadlıqlar haqqında müqavilə" imzalandı. Bu sənəd Polşa kralı və şlyaxtalar arasında imzalanan Konstitusiya sənədinin bənzəri idi və tarixdə "Orlik Konstitusiyası" kimi tanınır. Sənəd köhnə ukrayna və latın dillərində tərtib edilmişdir. Sənədin latınca adı: lat. «Pacta et Constitutiones legum libertatumqe Exercitus Zaporoviensis».
Bağlanmış "kontrakt və müqavilələr" Ukraynanın İsveçin himayəsini saxlamaq şərti ilə Rusiya və Reç Pospolitadan asılılığını ləğv etdi. Ukraynanın ərazisi 1649-cu il Zborov müqaviləsinə əsasən müəyyənləşdirildi.
"Orlik Konstitusiyası" ilə əlaqədar abidələr qurulmuşdur:
- 9 aprel 2010-cu il, Bender qalası və "Dnestrətrafı" ərazisində. Abidələrin açılış mərasimində Polşa və İsveçin xarici işlər nazirləri iştirak etmişlər[1].
- 29 aprel 2011-ci il, İsveçin Kristianstad şəhərində. Abidənin açılış mərasimi Filip Orlik Konstitusiyasının 300-cü, müasir Ukrayna Konstitusiyasının isə 15-ci il dönümünə təsaduf etmişdi[2].
1918-ci il Ukrayna Xalq Respublikasının Konstitusiyası
redaktəUkrayna Xalq Respublikasının Konstitusiyası 1918-ci il aprelin 29-da Ukrayna Ali Radası tərəfindən qəbul olunmuşdur. Mixayıl Qruşevskinin rəhbərliyi ilə 100 nəfər üzvdən ibarət Konstitusiya Komissiyasının yaradılması elan olunduqdan sonra Konstitusiya proseslərinə başlanıldı. Konstitusiya Ümumukrayna Ali məclisi tərəfindən qəbul olundu; buna Ukraynadakı alman istilası mane olmuşdur (Almaniya və bolşevik Rusiyası arasında bağlanmış müqavilə əsasında). Ukrayna Xalq Respublikasının Konstitusiyası "Dövlət quruluşu, hüquq və vəzifələrin əsasları" adlı altbaşlığa malik idi. Konstitusiya 8 bölmə 83 çaddədən ibarət idi: I. Ümumi müddəalar (1–6 maddələr); II. Ukrayna vətəndaşının hüquqları (7–21 maddələr); III. UXR hakimiyyət orqanları (22–26 maddələr); IV. UXR Milli Məclisi (27–49 maddələr); V. UXR xalq Nazirlər Şurası haqqında (50–59 maddələr); VI. UXR məhkəməsi (60–68 maddələr); VII. Milli ittifaqlar (69–78 maddələr); VIII. Vətəndaş azadlıqlarının müvəqqəti məhdudlaşdırılması haqqında (79–83 maddələr). UXR, bütün suveren hüquqları xalqa məxsus "suveren, hüquqi, heç bir asılılığı olmayan dövlət" elan olundu: Onun ərazisi bölünməzdir və parlamentin üçdə ikisinin razılığı olmadan sərhədləri dəyişdirilə bilməz. Ukrayna vətəndaşı o çəxs sayılırdı ki, o, bu hüququ qanuni yolla əldə etmiş olsun və ikili vətəndaşlıq yolverilməz sayılırdı. Fəal, vətəndaşlıq və siyasi səlahiyyətlərə 20 yaşdan sahib olmaq olardı. Yaşından, dinindən, irqindən və cinsiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabərhüquqlu idilər. Onlar bütün hüquq və azadlıqlarla: o cümlədən, söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, seçmək və seçilmək hüquqları, azad yaşayış yeri, hərəkət, gizlilik, yazışma sirri və s. kimi azadlıqlarla təmin olundular. Seçki və qanunvericilik prossesləri qaydaya salındı. Hakimiyyətin idarə olunması 3 sahəyə bölündü: qanunverici, icraedici, məhkəmə hakimiyyəti. Qanunverici hakimiyyət UXR Ali Ümumxalq Məclisə, icraedici hakimiyyət Xalq Nazirlər Şurasına, məhkəmə hakimiyyəti isə UXR Ali Məhkəməsinə havalə olundu. Milli azlıqlara sərbəst toplanmaq və ittifaqlarda birləşmək hüququ verildi. Beləliklə, UXR, prezidenti olmayan unikal parlamentli respublika oldu.
1919-cu il Ukrayna SSR Konstitusiyası
redaktə10 mart, 1919-cu ildə Sovetlərin Ümumukrayna Konqresi Ukrayna Sovet Sosialist Respublikasının ilk konstitusiyasını qəbul etdi[3].
1929-cu il Ukrayna SSR Konstitusiyası
redaktəUkrayna SSR-nin ikinci konstitusiyası 1929-cu il mayın 15-də qəbul edildi. Bərabər əmək prinsiplərini əsas tutaraq şəxsi mülkiyyəti qadağan etdi və SSRİ-yə üzvlüyü nəzərə alaraq Ümumittifaq Orqan və Ümumittifaq qanunverici prinsiplərinə əsaslandı.
1937-cu il Ukrayna SSR Konstitusiyası
redaktəUkrayna SSR-nin növbəti konstitusiyası USSR Sovetinin 30 yanvar 1937-ci il növbədənkənar 14-cü konqresi zamanı qəbul olundu. Bu Konstitusiyaya əsasən ali hakimiyyət Ukrayna SSR Ali Şurasına(Ali Rada) verildi. USSR rəsmi qaydada o andan etibarən Ukrayna Sovet Sosialist Respublikası adlanmağa başlamışdır.
1939-cu il Karpat Ukraynasının Konstitusiyası
redaktə1939-cu il, martın 15-də Karpat Ukraynası seyminin ilk (və son) sesiyasında yeni dövlət idarəolunma formasında və konstitusiyada səlahiyyətə malik iki qanun qəbul olundu[4].
1978-cu il Ukrayna SSR Konstitusiyası
redaktəUkrayna SSR-nin yeni Konstitusiyası 1978-ci il aprelin 20-də Şura Konstitusiyasına uyğunlaşdırılmış şəkildə qəbul edildi. 1989–1995 illər arasında Konstitusiyanın mətnində bir sıra əhəmiyyətli dəyişikliklər edildi.
- 1990-cı il, oktyabrın 24-də Knstitusiya Məhkəməsinin yaradılması ilə bağlı dəyişikliklər edildi[5].
- 1991-ci il aprelin 18-də Nazirlər Şurasının sədri vəzifəsinin Baş nazir vəzifəsinə dəyişdirilməsi ilə bağlı konstitusiyanın 108-ci maddəsində dəyişiklik edildi[6].
- 1991-ci il, mayın 21-də Konstitusiyanın 115–116-cı maddələrində dəyişikliklər edilərək "Ukrayna SSR Nazirlər Şurası"nın adı "UKrayna SSR Nazirlər Kabineti" adlandırıldı[7].
- 1991-ci il, iyunun 19-da Konstitusiyaya eyni il yanvarın 20-də ümumi referendumun yekunları ilə bərpa edilmiş Krım Sovet Sosialist Muxtar Respublikası ilə bağlı qeydlər əlavə edildi[8].
- 1991-ci il sentyabrın 17-də "Ukrayna Sovet Sosialist Respublikası" və "Ukrayna SSR" adları konstitusiyadan silindi və "Ukrayna" adı ilə əvəz edildi[9]. Bu zaman Rusiya SSSR konstitusiyasının 71-ci maddəsi ilə ziddiyyətlər yarandı. Və bununla da Rusiya SSSR-nin konstiusiyasının 139-cu maddəsiylə ziddiyyət təşkil edərək Nazirlər Şurası qəti şəkildə Nazirlər Kabineti adlandırılmağa başladı.
- Ukraynanın müstəqilliyinin təmin olunması və Sovet Sosialist Respublikaları İttifaqının ləğv edilməsi barədə imzalan Belovej razılığı ilə əlaqədar olaraq 1992-ci il, fevralın 14-də Konstitusiyanın 68-ci maddəsiylə elan olundu ki, Ukrayna-müstəqil dövlətdir[10]. 116-cı maddədən Ukrayna gerbi xaric olundu.
- 1992-ci il, iyunun 19-da Konstitusiyadan SSRİ ilə bağlı bütün qeydlər tamamilə silindi. Eləcə də UKrayna SSR bayrağı ləğv olundu(maddə 167)[11].
- 1994-cü il, sentyabrın 24-də Krım SSMR-nın[12] Krım Muxtar Respublikası adlandırılması ilə bağlı dəyişikliklər edildi[13].
1995-ci il Konstitusiya Sazişi
redaktə1995-ci il, iyunun 8-də Ukrayna prezidenti Leonid Kuçma və Ukrayna Ali Radasının sədri Aleksandr Moroz Yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı saziş imzaladılar[14]. Bu Konstitusiya sazişi 1996-cı ildə qəbul edilmiş Ukrayna Konstitusiyasının prototipi idi.
1996-cı il Ukrayna Konstitusiyası
redaktəUkraynanın 1996-cı il Konstitusiyası iyunun 28-də Ukrayna Ali Radasının ikinci çağırışının 5-ci sesiyasında qəbul edilmişdir. Köhnə konstitusiyanı ləğv edən, yeni Konstitusiyanı və Konstitusiya sazişini rəsmi şəkildə təsdiqləyən qanun-№ 254/96-ВР 1996-cı il iyulun ortalarında təmtəraqlı şəkildə rəsmi qaydada imzalandı. Buna baxmayaraq, Konstitusiya Konstitusiya Məhkəməsinin razılığı əsasında, parlament seçkilərinin nəticələrinin elan edildiyi anda, yəni 28 iyun 1996-cı ildə, Kiyev vaxtı ilə təxminən saat 9-da qüvvəyə mindi. Əsas qanunun qəbul olunması ilə bu gün Ukraynada rəsmi şəkildə dövlət bayramı-Ukrayna Konstitusiya Günü kimi qeyd olunmağa başlandı. Ukraynanın Konstitusiyasının qəbulunu elan edən Ukraynanın Ali Radasının 5-ci sessiyasının sonuncu günü-12 iyul 1996-cı ildə Ukrayna tarixində ilk dəfə millət vəkilləri Ukraynaya sadiq olmaları haqda and içdilər. Mariyinsky sarayında "Ukraynanın Konstitusiyasının qəbul edilməsi və onun qüvvəyə minməsi haqqında" Ukrayna qanununun mətni təntənəli şəkildə imzalandı. Bununla da, Ukraynadakı postsovet məkanının konstitusiya prosesinin növbəti mərhələsinin — Əsas Qanunun mətnini hazırlamaq mərhələsini, onun ətrafında olan müzakirələri və Ali Rada tərəfindən qəbul olunma mərhələsini başa çatmış oldu.
1996-cı il tarixli Ukrayna Konstitusiyası, ali qanunvericilik aktı kimi dövlətin ali orqanlarının və yerli özünüidarəetmə orqanları, onların münasibətləri və səlahiyyətləri, həmçinin fərdlərin və vətəndaşların hüquqlarını, azadlıqlarını və vəzifələrini təşkil edən əsas prinsipləri müəyyən etdi. Dövlətin Əsas Qanununun qəbul edilməsi siyasi strukturların səmərəli şəkildə yenidən qurulması, iqtisadiyyatın sabitləşməsi, inkişaf etmiş vətəndaş cəmiyyətinin formalaşması, Ukraynanın dünya ictimaiyyətinə daxil olması üçün hüquqi əsas yaratdı. 1996-cı il konstitusiyası müstəqil Ukraynanın ilk konstitusiyası idi. Konstitusiyanın qəbul edilməsi hökumətin müxtəlif hakim orqanlarının, siyasi partiyaların və ictimai təşkilatların hüquq və vəzifələrini bölüşdürdü.
1996-cı il Konstitusiyasının quruluşu
redaktə15 bölmə 161 maddədən ibarətdir.
- I Bölmə. Əsas müddəalar.
- II Bölmə. İnsan və vətəndaş hüquqları, azadlıqları və vəzifələri.
- III Bölmə. Seçkilər. Referendum.
- IV Bölmə. Ukrayna Ali Radası.
- V Bölmə. Ukrayna Prezidenti.
- VI Bölmə. Ukrayna Nazirlər Kabineti. Dövlət idarəetməsinin digər orqanları.
- VII Bölmə. Prokurorluq.
- VIII Bölmə. Ədliyyə.
- IX Bölmə. Ukraynanın ərazisi.
- X Bölmə. Krım Muxtar Respublikası[15].
- XI Bölmə. Yerli özünüidarə.
- XII Bölmə. Ukraynanın Konstitusiya Məhkəməsi.
- XIII Bölmə. Konstitusiyada dəyişikliklərin edilməsi.
- XIV Bölmə. Yekun müddəaları.
- XV Bölmə. Keçid müddəaları.
İslahat problemləri və təklifləri
redaktəUkrayna Konstitusiyası 28 iyun 1996-cı ildə 5-ci sessiyada Parlament (Ukraynanın Ali Radası) tərəfindən qəbul edildi; lakin, ümumukrayna referendumu ilə qəbul olunmadı. AŞPA Venesiya Komissiyası[16], 2007-ci ildə baş verən konstitusiya böhranının qarşısını almaq və ümumiyyətlə xalqın dünya ictimaiyyəti tərəfindən tanınan birbaşa demokratiya sistemi vasitəsilə dövlət quruluşu formasını seçmək hüququnu təmin etmək üçün konstitusiya islahatını qəralı şəkildə tövsiyə edir.
Hüquqşünaslar, konstitusiya hüququ ekspertləri, Ukrayna Konstitusiyasında sonsuz qanuni təzadlara gətirib çıxaran və dərhal hüquqi dəyişikliklər tələb edən 176 səhv aşkar etdilər[17]. Sənədin hazırkı versiyasını əldə etmək üçün yaranmış təcili ehtiyac Ukraynanın keçmiş dövlət başçısı Viktor Yuşşenkonun da təşəbbüsü ilə "Ukrayna Konstitusiyasında dəyişikliklərin aparılması haqqında" qanun layihəsi təsdiqləndi[18].
Ukraynada 1996-cı ildən sonra baş vermiş Konstitusiya prossesləri
redaktəKonstitusiyanın dəyişdirilməsinə yönəlmiş beş kompaniya
redaktə1996-cı ildən Ukrayna prezidentləri(L. Kuçma, V. Yuşşenko, V. Yanukoviç) Ukrayna Konstitusiyasına düzəliş etmək üçün beş kampaniyanın təşəbbüskarı olmuşlar. Bu kompaniyalardan ikisinin fəaliyyəti (2000 və 2009-cu illərdə) nəticəsiz qaldı; digər ikisi (2004 və 2010-cu illərdə) Ukrayna siyasi sistemində əhəmiyyətli dəyişikliklərə səbəb oldular; sonuncu-5-ci kompaniyanın fəaliyyətinə 2011-ci ildə Viktor Yanukoviç tərəfindən təşəbbüs göstərildi; onun nəticələri 2014-cü il hakimiyyət dəyişikliyinə qədər qüvvədə oldu.
2000-ci ildə Konstitusiyaya dəyişiklik edilməsi haqqında referendum
redaktə1999-cu ilin avqustunda Ukraynanın prezidenti L. Kuçma Konstitusiyaya düzəliş etmək məqsədilə ümumxalq referendumunun keçirilməsini dəstəklədi[19]. 2000-ci il, yanvarın 15-də L. Kuçma referendumun keçirilməsi ilə bağlı sərəncam imzaladı. 2000-ci il, aprelin 16-da Səsvermə yolu ilə ümumxalq referendumu 4 əsas sahə ilə bağlı keçirildi: 1) ikipalatalı parlamentin təşkili; 2) prezidentin bir ay müddətində daimi bir çoxluq təşkil etmədiyi və ya üç ay ərzində büdcəni təsdiqləməyəcəyi təqdirdə parlamenti ləğv etmək hüququ haqqında; 3) deputatların 450-dən 300-ə ixtisar edilməsi haqqında; 4) deputatların toxunulmazlıqlarının məhdudiyyətləşdirilməsi haqqında; Referendum bütün bu suallara cavab verdi, lakin bunların heç biri parlamentdə tətbiq olunmadı[20].
Konstitusiyada təklif olunan dəyişikliklərin ümumi istiqaməti prezident hakimiyyətinin gücləndirilmək və parlamenti zəiflətmək idi. Ən böyük təsir, ikipalatalı bir məclisin tətbiqi- "yuxarı palatanın" prezidentin iştirakı ilə formalaşması və parlamentin aşağı palatası tərəfindən qəbul edilmiş qanun və qaydalara nəzarət etməsi ola bilərdi.
2004-cü il konstitusiya islahatı
redaktə"Konstitusiya islahatı" 2003–2004-cü illərdə prezident L. Kuçma və baş nazir V. Yanukoviçin dəstəyi ilə həyata keçirildi[21]. İslahatın əsas istiqaməti əvvəlki şərtlərin əksinə yönəlmişdi(preident səlahiyyətlərinin zəiflədilməsi, Ukraynanın parlamentli respublikaya keçirilməsi və hökumətin parlament tərəfindən qurulacağı ilə bağlı şərtlər).
2007-ci il Milli Konstitusiya Şurası
redaktə2007-ci il dekabrın 27-də V. Yuşşenkonun fərmanına əsasən, Konstitusiyanın sistemli yeniləşdirilməsi konsepsiyasını hazırlamağı nəzərdə tutan "Milli Konstitusiya Şurası" yaradıldı[22]. Avqustun 25-də Yuşşenko konstitusiya islahatının ümumxalq müzakirəsi haqqında fərman imzaladı. 2009-cu il dekabrın 1-dək ölkə miqyasında müzakirələr aparılacağı və bundan sonra referendum keçiriləcəyi planlaşdırılırdı.
Konstitusiya islahatının 2010-cu ildə ləğvi və Konstitusiya Assambleyası
redaktə2010-cu il, sentyabrın 30-da Konstitusiya Məhkəməsində- Yuxarı Radada səsvermə olmadan "Konstitusiya islahatı" ləğv edildi. 2013-cü ilin sonlarına kimi Konstitusiya islahatının ləğvi məsələsi Yuxarı Rada tərəfindən təsdiqlənmədi. "2004-cü il Konstitusiya islahatı"nın ləğvindən sonra bu məsələnin Ali Radada səsvermə ilə təsdiqlənməsi ilə bağlı sual meydana çıxdı. Lakin Ali Radada konstitusiya əksəriyyət səsləri toplamadı və sonra prezident Viktor Yanukoviç "Konstitusiyanın yeni bir versiyasını" hazırlamağa hazır olduğunu bəyan etdi. Bu prosess yenə də "Konstitusiya islahatı" adı ilə həyata keçirdi.
İstinadlar
redaktə- ↑ В Приднестровье с неофициальным визитом прибыла делегация во главе с министрами иностранных дел Польши и Швеции
- ↑ "в городе Кристианстад, состоялось торжественное открытие памятника и мемориальной доски украинскому гетману Пилипу Орлику". 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Флаги Советской Украины © Russian Centre of Vexillologia and Heraldry last edited 11.1.2010". 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- ↑ Уряди Карпатської України — Історія © Урядовий портал. Единий веб-портал органiв виконавчої влади України. (укр.)
- ↑ "ЗАКОН УКРАЇНСЬКОЇ РАДЯНСЬКОЇ СОЦІАЛІСТИЧНОЇ РЕСПУБЛІКИ". 2014-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Про внесення змін до пункту 4 статті 108 Конституції… | від 18.04.1991 № 983-XII". 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Про зміни і доповнення Конституції (Основного закону)". 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Закон УССР от 19.06.1991 № 1213-XII Ukrayna, konstitusiya dəyişiklikləri". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Ukrayna konstitusiya qanunları". 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Ukrayna Respublikası qanunları". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Государственный флаг Украины". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ 26 февраля 1992 года по решению Верховного Совета автономии Крымская АССР была переименована в Республику Крым, а 6 мая того же года была принята крымская конституция, которая подтвердила данное наименование; в законе Украины от 29 апреля 1992 года № 2299-XII это название подтверждалось, однако в основном массиве Конституции (кроме пункта 7–2 ст. 114–5 в ред. Закона Украины от 20.01.1994 № 3851-XII и ст. 149 и 150 в ред. Закона Украины от 24.02.1994 № 4013-XII) сохранялось название Крымская АССР
- ↑ "Закон Украины от 21.09.1994 № 171/94-ВР". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ "Конституційний Договір втратив чинність на підставі Закону N 254/96-ВР від 28.06.96, ВВР, 1996, N 30, ст.142". 2015-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ Конституция Автономной Республики Крым
- ↑ ""Украине предлагают опекунов. ПАСЕ прописала Верховной Раде рецепт демократии"". 2013-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
- ↑ [Гарчева Л. П., Ярмыш А. Н. Конституционное право Украины.]
- ↑ [1]
- ↑ "«Апрельские тезисы» Леонида Кучмы. Виктор Ядуха, Сергей Строкань. Итоги, № 16/202, 18 апреля 2000". 2019-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
- ↑ "Украина за год до президентских выборов: заметки в жанре политического анализа. Дмитрий Куликов. Сайт "Полит. Ру". 15 октября 2003". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
- ↑ "Обращение Кучмы к народу: первые комментарии (обновлено). Сайт "Корреспондент.net". 6 марта 2003". 2022-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
- ↑ "П.А. Рудик - Коментар до конституційних змін". 2018-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-09.
Mənbə
redaktə- Ukrayna prezidentinin rəsmi internet saytından Konstitusiya
- Ukrayna Konstitusiyası (ukr.)
- Ukrayna Konstitusiyası (ing.)
- Ukrayna Konstitusiyası Arxivləşdirilib 2018-06-19 at the Wayback Machine (rus.)
- Ukraynada Konstitusiya prosesi
- "Ukrayna Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" qanun
- Filip Orlik Konstitusiyası
- Dünya ölkələri konstitusiyaları Arxivləşdirilib 2010-06-09 at the Wayback Machine