Ukrayna Qirmizi Xac Cemiyyeti - Wikipedia
Ukrayna Qırmızı Xaç Cəmiyyəti (ukr. Товариство Червоного Хреста України, Tovarystvo Chervonoho Khresta Ukrayiny) — Ukraynanın qeyri-kommersiya və humanitar yardım təşkilatı. Təbii fəlakətlərin idarə edilməsi, səhiyyə, axtarış xidməti,[1] gənclərin fəaliyyətləri / könüllülər, insan ləyaqətinin qorunması sahəsində fəaliyyət göstərir.
Ukrayna Qırmızı Xaç Cəmiyyəti URCS | |
---|---|
ing. Ukrainian Red Cross Society | |
Fəaliyyəti | Humanitar yardım |
Yaranma tarixi | 28 oktyabr 1992 |
Mərkəzi | Kiyev |
Sədr | İvan Usiçenko |
Büdcəsi | 12 milyon dollar (2004) |
redcross.org.ua/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəUkrayna Qırmızı Xaç Cəmiyyəti 1918-ci ilin 17-18 aprel tarixində Ukrayna Xalq Respublikasının müstəqil humanitar cəmiyyəti kimi yaradılmışdır. Onun ilkin vəzifələrinə qaçqınlara və müharibə məhkumlarına, əlillərə, yetim uşaqlara qayğı göstərmək, aclıq və epidemiyalara qarşı mübarizə, xəstəlik bölgələrinə, xəstəxanalara və ictimai yeməkxanalara kömək etmək daxil idi. 1920-ci illərdən Ukrayna ərazisi Sovet İttifaqının bir hissəsinə inteqrasiya olunduqdan sonra 1992-ci ilə qədər Ukrayna Qırmızı Xaçı Sovet Qırmızı Xaçının bir hissəsi kimi fəaliyyət göstərmişdir.
İkinci Dünya müharibəsi zamanı fəaliyyəti
redaktə1943-cü ildə Ukrayna İnqilabçı Ordusunun strukturunun birləşdirilməsindən sonra Ukrayna Qırmızı Xaçı Sovet Qırmızı Xaçından ayrı bir təşkilat kimi yaradıldı. Təşkilat Ukrayna İnqilabçı Ordusunun xəstə və yaralı əsgərləri üçün yüksək səviyyəli həkimləri cəlb etmiş, tibbi təchizat hazırlamış, yerli xəstəxanalarla təchiz etmiş, eləcə də, UİO-nun yeni həkimləri və əsgərləri üçün təlim kursları keçirmiş və xüsusi tibbi təlimatlar hazırlamışdır. Həkimlər alman, sovet və polşa cəzaçəkmə qruplarının hücumlarından əziyyət çəkən yaralıları müalicə edən regional hərbi xəstəxanalarda çalışmışlar.
Müasir dövrdəki fəaliyyəti
redaktəQırmızı Xaç qanununu 1999-cu ildə Ukrayna Parlamenti tərəfindən qəbul edilmişdir. 2001-ci ildə Ukraynanın Qırmızı Xaç Cəmiyyətinin tərkibində 6,3 milyondan çox tərəfdar və aktivist vardı. Təşkilatın tərkibində 3200 ixtisaslı tibb bacısı fəaliyyət göstərir. Təşkilat Ukraynanın 40-dan çox humanitar proqramında iştirak edir, əksər hallarda ictimai ianə və korporativ tərəfdaşlıqlarla maliyyələşdirilir.
Ukrayna Qırmızı Xaç Cəmiyyəti (1993-cü ildən) Beynəlxalq Qırmızı Xaç / Qırmızı Aypara Cəmiyyətlər Federasiyasının üzvüdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Searching for Lost Relatives, General information, Consulate General of Ukraine in San Francisco