Ukrayna Ssr Emekdar Artisti - Wikipedia
Ukrayna Sovet Sosialist Respublikasının əməkdar artisti (ukr. Заслужений артист Української РСР) ― Ukrayna SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən verilmiş fəxri ad və görkəmli vətəndaşların xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının formalarından biri. 1931-ci ilin avqustun 10-da yaradılmışdır.
Ukrayna SSR əməkdar artisti | |
---|---|
Заслужений артист Української РСР | |
|
|
Ölkə | |
Tip | fəxri ad |
Ardıcıllıq | |
Yüksək mükafat | Ukrayna SSR xalq artisti[d] |
Təsviri
redaktəTeatrın, musiqinin, kinonun, sirkin inkişafında xüsusi fərqlənmiş görkəmli incəsənət xadimlərinə, rejissorlara, bəstəkarlara, dirijorlara, müşayiətçilərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə və digər yaradıcı işçilərə yüksək məharətləri və və incəsənətin inkişafının təşviqindəki fəaliyyətlərinə görə verilirdi.
Ukraynada Sovet İttifaqının dağılması ilə "Ukrayna SSR əməkdar artisti" adı "Ukraynanın əməkdar artisti" adı ilə əvəz olunmuş, lakin keçmişin dövlət mükafatlarına layiq görülən Ukrayna vətəndaşlarının xidmətləri nəzərə alınmışdır. Bu mükafatı daha əvvəl alanlar mükafatlar haqqında keçmiş SSRİ və Ukrayna SSR qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri özlərində saxlayıblar.
Mənbə
redaktə- Нагороди України: історія, факти, документи у 3-х томах / Д. В. Табачник, І. Д. Безгін, В. Й. Бузало ; [та ін.]. — К.: Українознавство, 1996. — т. 2. (ukr.)
- Енциклопедія історії України: Т. 2: Г-Д / Редкол.: В. А. Смолій (голова) та ін. НАН України. Інститут історії України. — К.: Наукова думка, 2004. — 688 с.: іл. (ukr.)