Ukrayna Xalq Respublikasi - Wikipedia
Ukrayna Xalq Respublikası və ya Ukrayna Milli Respublikası (ukr. Українська Народна Республіка) — Rusiya Müvəqqəti Hökuməti devrildikdən sonra 7 (20) noyabr 1917-ci ildə Ukrayna Mərkəzi Radasının III Universal tərəfindən keçmiş Rusiya İmperiyası ərazisinin bir hissəsində elan edilmiş dövlət. Eyni aktla UXR-nin Rusiya Respublikası ilə federal əlaqədə olacağını müəyyən edilmişdir. Mərkəzi Radanın səlahiyyətləri 9 əyaləti hatə edirdi: Kiyev, Podolsk, Volın, Çerniqov, Poltava, Xarkov, Yekaterinoslav, Xerson və Tavrid (şimal əyalətləri, Krımsız). Rusiya və Polşaya bitişik bəzi vilayətlərin və əyalətlərin (Kursk, Xolmsk, Voronej və s.) taleyinin gələcəkdə həll olunacağı güman edilirdi[1][2].
muxtar respublika (1917-1918) müstəqil dövlət (1918-1921) | |||||
Ukrayna Xalq Respublikası | |||||
---|---|---|---|---|---|
Українська Народна Республіка Ukrayinska Narodna Respublika | |||||
|
|||||
Ukrayna himni | |||||
7 (20) noyabr 1917 — 18 mart 1921
|
|||||
Paytaxt | Kiyev | ||||
Dilləri | ukrayn dili | ||||
Rəsmi dilləri | |||||
Ərazisi |
|
||||
İdarəetmə forması | parlamentli respublika | ||||
Vikianbarda əlaqəli mediafayllar |
9 (22) yanvar 1918-ci il tarixində Mərkəzi Radanın IV Universalı Mərkəzi dövlətlər və Brest Sülhünün şərtlərinə əsasən RSFSR tərəfindən tanınan Ukrayna Xalq Respublikasının dövlət müstəqilliyini elan etdi. Antanta ölkələri Ukraynanın müstəqilliyini tanımadı.
Dini və milli mentaliteti
redaktəXX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Ukraynada özünəməxsus “dini intibah” başladı. Onun əsas təzahürləri dini həyatın dirçəlişi, dini icmaların sayının artması, əvvəlki məbədlərin bərpası və yeniləşməsi, yeni məbədlərin tikilməsi, dini təhsil müəssisələrinə qəbulun artırılması və s. idi. XX əsrin son illərində dini icmaların sayının artması, konfessiya və cərəyanların spektrinin genişlənməsi ölkədə dini vəziyyəti səciyyələndirirdi. 1985-ci ildə respublikada 18 konfessiya və cərəyanın 5,5 min dini icması mövcud idisə, 1995-ci ildə 67 konfessiya və cərəyanın 16,5 min dini icması, 2000-ci ildə 90 konfessiya və cərəyanın 23,5 min dini icması var idi. Son zamanlar “geri-ənənəvi kultlara” aid olan dini təşkilat və ittifaqlar çoxalmışdır. Xüsusilə, Koreya metodist kilsəsi, Krişnanı Duyma Cəmiyyəti dini icmaları, buddistlər, Baxayi inamı, daosistlər, vedantistlər və s. daha geniş yayılmışdılar. Dini qruplaşmaların mühüm hissəsi gizli şəkildə fəaliyyət göstərir. Belə ki, bəzi məlumatlara görə yalnız Kiyevdə 140-yaxın qeydiyyatdan keçməmiş dini icma var. Dini intibahın geniş yayılması və dərinləşməsinə 2001-ci ildə Roma Papasının Ukraynaya səfəri öz təsirini göstərmişdir. Mentalitet dedikdə kollektiv və fərdi şüur və şüuraltının səviyyəsinin davamlı strukturları başa düşülür. Onlarda milli xarakter, hamı təfəfindən qəbul olunmuş dəyərlər və ictimai psixologiya əks olunur.[3]