Ulan Ude Aviasiya Zavodu - Wikipedia
Ulan-Ude Aviasiya Zavodu (rus: Улан-Удэнский авиационный завод, Ulan-Udėnskij aviacionný zavod) Rusiyada Buratiya Respublikasının Ulan-Ude şəhərində yerləşir. Təyyarə və helikopter istehsalı üzrə ixtisaslaşmışdır.
Zavod 1939-cu ildə I-16 döyüş və Tupolev SB bombardmançı təyyarələrini istehsal etmək məqsədilə yaradılıb. II Dünya müharibəsi ərzində bu zavod La-5 və La-7 döyüş təyyarələrini istehsal etmişdir. 1956-cı ildən etibarən zavod helikopter istehsalına başlamış, 1970-ci ildən isə Mil Mi-8 helikopterlərinin istehsalını həyata keçirmişdir. Burada ümumilikdə 4000-dən çox Mi-8 helikopteri istehsal olunub.
2009-cu il hesablamalarına əsasən zavodun istehsalının əsas hissəsini Mi-8T, Mi-171 helikopterləri və Su-25UB, Su-39 hücumçu təyyarələri təşkil etmişdir.