Ultrabenovseyi Sualanma - Wikipedia
Ultrabənövşəyi şüalanma (ing. ultraviolet, UV) — dalğa uzunluğu 10–400 nanometr arasında şüalanmadır. İnsan gözü 400–700 nanommetr dalğa uzunluqlarına həssasdır və bu spektrin xaricindəki şüaları görə bilmir. Gözün görə bildiyi ən kiçik dalğa uzunluqlu şüalanma bənövşəyi olduğundan, ondan daha kiçik dalğa uzunluğuna sahib olan şüaya "ultra bənövşəyi" adı verilmişdir.
Növləri
redaktəBütün ultrabənövşəyi şüaların eyni xarakteristikaya sahib olmadığı və canlılar üzərindəki təsiri fərqli olması səbəbi ilə Ultrabənövşəyi şüalanma UŞ-A, UŞ-B və UŞ-C adlanan üç kateqoriyaya ayrılmışdır. UŞ-A: O biri şüalara nisbətən 95%-i ilə ən geniş ultrabənövşəyi şüadır. Ozon təbəqəsi bu şüaların keçməsinə imkan verir. UŞ-B: Olduqca təhlükəlidir. Bu şüaların böyük bir qismi, ozon təbəqəsi bu şüaların keçməsinə mane olur. Ultrabənövşəyi şüalarının 5 %-ni təşkil edir. UŞ-C: Sağlamlıq üçün ən təhlükəli şüalardır. Ozon təbəqəsi bu şüaların bizlərə çatmasının qarşısını alır.