Uluabat Golu - Wikipedia
Uluabat gölü, Apolyont gölü və ya Öke gölü — Türkiyənin Bursa ilində, Mustafakamalpaşa ilçəsində yerləşən göl. Cənubi Mərmərə bölgəsində, Bursa şəhər mərkəzindən 34 km uzaqlıqdadır. Sahəsi 13.500 hektardır. Dəniz səviyyəsindən 9 m hündürlükdədir.
Uluabat gölü | |
---|---|
türk. Uluabat gölü | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 9 m |
Eni | 12 km |
Sahəsi | 135-160 km² |
Dərin yeri | 10 m |
Orta dərinliyi | 2,5 m |
Yerləşməsi | |
40°10′00″ şm. e. 28°35′00″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon |
|
Yaşayış məntəqəsi | Gölyazı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mustafakamalpaşa çayı ilə bəslənir və Uluabat dərəsi ilə Susurluq çayına qarışır. Dayaz göldür.
Yaranması
redaktəGöl tektonik fəaliyyətlər nəticəsində ortaya çıxmışdır. Göl şimaldan Neogen dövrünə aid alçaq təpələrlə, cənubdan isə Yura dövründən qalma alçaq dağlarla əhatə olunmuşdur. Uluabat gölünün ətrafında Paleozoik dövrə aid qədim süxurlar da vardır.[1]
Xüsusiyyətləri
redaktəGölün orta dərinliyi 2,5 metrdir. Ən dərin yeri isə Halilbəy adasının yaxınlığındakı 10 metrlik çuxurluqdur.. Dayaz göl hesab olunur. Hətta bəzi yerlərdə dərinlik 1-2 metrə çatır.
Uzunluğu 23-24 metr, genişliyi 12 km-dir.
Sahəsi 135 km2-dir. Yağışlardan sonra gölün sahəsi bəzən 160 km2-ə çata bilir. Göldə kiçik adacıqlar da vardır. 8 ada içərisində ən böyüyü Halilbəy adasıdır. Heybəli ada və Qız adası göldə əhəmiyyətli adalardandır.
Gölün dibi palçıqlıdır.
Su ehtiyatı
redaktəGölün ən əhəmiyyətli mənbəyi Mustafakamalpaşa çayıdır.
Gələn sular
redaktəMənbə | Maks. Hm3/il | Min. Hm3/il | Ort. Hm3/il |
---|---|---|---|
Mustafakamalpaşa çayı | 2413,45 | 25,14 | 1550,68 |
Yağış | 120,32 | 71,65 | 92,72 |
Göl ayağı | 227,31 | 25,14 | 97,58 |
Çıxan sular
redaktəSəbəb | Maks. Hm3/il | Min. Hm3/il | Ort. Hm3/il |
---|---|---|---|
Göl ayağı | 2531,8 | 392,37 | 1553,2 |
Buxarlaşma | 195,48 | 162,56 | 176,2 |
Sulama | 17,78 | 6,5 | 11,53 |
Heyvanlar
redaktəQuşlar
redaktəBu göldə 1996-cı ilin yanvarında 429.423 su quşu sayılmışdır. Bu say 1970-ci ildən sonra Türkiyədə bir göldə ən böyük saydır.
Əsas növlər (1996-cı il yanvar):
Növ | Say |
---|---|
Böyük qarabatdaq | 600 |
Alaca vağ | 60 |
Ərsindimdiklər | 150 |
Kiçik qarabatdaq | 1078 |
Qıvrımlələk qutan | 136 |
Qırmızıbaş qaraördək | 42.500 |
Kəkilli qaraördək | 13.600 |
Adi qaşqaldaq | 321.550 |
Gölün sahilində dünyada nsəli kəsilmək üzrə olan Clupeonella abrau muhlisi növü yaşayır.
Balıqlar
redaktəGöldə 21 növ balıq yaşayır.[2]
İstinadlar
redaktə- ↑ Hayati Doganay, Türkiye Turizm Coğrafyası , 3. basım, Çizgi Kitabevi, 200.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
Xarici keçidlər
redaktə- Meşə Nazieliyi Arxivləşdirilib 2007-03-02 at the Wayback Machine
- http://www.bursa.bel.tr/hizmetler/sayfa/703 Arxivləşdirilib 2013-01-15 at the Wayback Machine
- http://www.bursacevreorman.gov.tr/uluabat.htm Arxivləşdirilib 2012-02-29 at the Wayback Machine