Umeko Tsuda - Wikipedia
Tsuda Umeko (津田 梅子, Tsuda Ume?, つだ・うめ; 31 dekabr 1864[1], Edo[d] – 16 avqust 1929[1], Kamakura, Kanaqava prefekturası) — Yapon maarifçisi, Tsuda Universitetinin əsasını qoyan yapon pedaqoqu.[2] Əsil adı Tsuda Ume olan Umekoya mume və ya ume adları, Yapon gavalısına istinadən verilmişdir ki, 1902-ci ildə o, bu adı Umeko olaraq dəyişdirib.
Tsuda Umeko | |
---|---|
Tsuda Ume (つだ・うめ?) | |
Doğum tarixi | 31 dekabr 1864[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 1929[1] (64 yaşında) |
Vəfat yeri | |
Atası | Tsuda Sen |
Anası | Tsuda Hatsuko |
Milliyyəti | yapon |
İxtisası | maarifçi |
Təhsili |
Yel Universiteti Arçer Universiteti Brin-Mar kolleci Oksford Müqədddəs Hilda kolleci |
Fəaliyyəti | qadın hüquqları fəalı[d], müəllimə |
Tanınır | Yaponiyada Meydzi dövründə qadınların təhsil imkanlarının artırılmasında öncü |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
redaktəTsuda Ume, Edonun Uşiqome məhəlləsində (indiki Minami, Şincuku) Tsuda Sen və Hatsukonun ailəsində ikinci qız övladı olaraq dünyaya gəlib. 1871-ci ildə Tsuda Sen, Kuroda Kiyotakanın rəhbərliyi ilə Hokkaydo müstəmləkəçilik layihəsində iştirak edərək, həm qadınlar, həm də kişilər üçün qərbdə təhsil mövzusunu gündəmə gətirib.
Kurodanın sponsorluğu altında Tsuda Ume, atası tərəfindən İvakura missiyasının beş qadın üzvündən biri olaraq könüllü edildi.
Altı yaşında həmçinin ekspedisiyanın ən gənc üzvü idi. 1871-ci ilin noyabrında San-Fransiskoya gəldi və 18 yaşına qədər tələbə kimi ABŞ-də qaldı. Tsuda, 1871-ci il dekabr ayından Vaşinqtonda, Çarlz Lanman (Yapon legionunun katibi) və onun həyat yoldaşı Adelin ilə birlikdə yaşadı. Uşaqları olmadığı üçün onu öz uşaqları kimi qəbul edirdilər. Ume Tsuda adı ilə, ingilis dilini öyrəndiyi,orta təhsil aldığı Corctaun kollecinə daxil oldu. Məzun olduqdan sonra kompozisiya, yazı, hesab və deportasiya sahələri üzrə mükafatlar aldı.[3] Məzun olduqdan sonra siyasətçilərin və bürokratların qızlarının təhsil aldığı Arçer İnstitutuna daxil oldu. Dil, riyaziyyat, elm və musiqidə, xüsusən də pianoda çox yaxşı qabiliyyəti vardı. İngilis dilindən əlavə latın və fransız dillərini də öyrəndi. ABŞ-yə gəldikdən təxminən bir il sonra Tsuda xristian olaraq vəftiz edilməsini istədi. Lanmanlar Episkopal olsalar da, onun qeyri-məzhəbi Köhnə İsveçlər Kilsəsinə getməyinə qərar verdilər.
Yaponiyaya geri dönüşü
redaktəTsuda 1882-ci ildə Yaponiyaya qayıtdıqda, müvəqqəti çətinliklərə səbəb olan ana dili olan Yapon dilini demək olar ki, unutmuşdu. Yapon cəmiyyətindəki qadınların mədəni mövqeyindəki aşağı vəziyyətinə uyğunlaşmada problemlər yaşadı. Hətta bir çox cəhətdən tamamilə qərblənmiş atası Tsuda Sen hələ də qadınlara münasibətdə ənənəvi hal almış patriarxal və avtoritar mövqedə idi.
Tsuda, İto Hirobumi tərəfindən uşaqlarının tərbiyəçisi olaraq işə götürüldü. 1885-ci ildə,daha sonra Peeresses School kimi tanınan kazoku soyunun qızlarının təhsil aldığı qız məktəbində işə başladı,lakin həmyaşıd və nəciblik daxilində təhsil imkanlarının məhdudlaşdırılması onu qane etmirdi və təhsilin qızları xanım kimi, itaətkar qadın və yaxşı ana kimi yetişdirmək məqsədi daşıdığı məktəb siyasətindən razı deyildi. Ona 1888-ci ildə Amerikada olarkən dostluq etdiyi Alis Bekon köməklik etdi və o,ABŞ-yə qayıtmağa qərar verdi.
ABŞ-yə ikinci gəlişi
redaktəTsuda, ABŞ-yə qayıtdı və 1889 - 1892 -ci illərdə Filadelfiyadakı Brin Mar kollecində oxudu və burada biologiya üzrə təhsil aldı. O, eyni zamanda Oksford Müqəddəs Hil da kollecində oxudu. ABŞ-də qaldığı ikinci dövrdə Tsuda, digər yapon qadınlarının da xaricdə təhsil almaq imkanına sahib olmalarına qərar verdi. Yapon qadınlarının təhsili ilə bağlı çoxsaylı ictimai çıxışlar etdi və Yapon qadınlarının təqaüd alması üçün 8000 dollar vəsait topladı.
Tsuda kollecinin yaradılması
redaktəYaponiyaya qayıtdıqdan sonra Tsuda Ume bir daha Peeresses School da, eləcə də Tokyo Qadın məktəbində dərs verdi, maaşı 800 yen idi və o dövr üçün əlçatan əmək haqqı idi. Bir neçə dissertasiya işini nəşr etdirdi və qadınların statusunun yaxşılaşdırılması ilə bağlı çıxışlar etdi. 1899-cu ildə qızlar üçün Ali Təhsil qanunu, hər prefekturadan qızlar üçün ən azı bir dövlət orta məktəbi yaratmağı tələb edirdi. Lakin, bu məktəblər qızlara oğlan məktəbləri ilə eyni səviyyədə təhsil verə bilmədi. 1900-cü ildə, dostları şahzadə Oyama Sutematsu və Alis Bekonun köməyi ilə Tokio, Kojimaçid,valideynliyindən asılı olmayaraq bütün qadınlara bərabər liberal sənət təhsili verən Tsuda kollecini Joşi Eyiqaku Juku (女子英学塾, İngilis Tədqiqatları üçün Qadın İnstitutu?)qurdu. Daha sonra adını 1902-ci ildə Tsuda Umeko olaraq dəyişdirdi. Məktəb maliyyə çatışmazlığı ilə qarşılaşdı və Tsuda məktəbi dirçəltmək üçün çox zaman sərf etməli oldu. Onun böyük əzmi nəticəsində məktəb 1903-cü ildə rəsmi tanındı.
1905-ci ildə Tsuda, Tokio Gənc Qadınlar Xristian Dərnəyinin Yaponiya filialının ilk prezidenti oldu.
Ölümü
redaktəTsuda hər zaman gərgin olan həyatın nəticəsində sağlamlığını itirdi və o, insult keçirdi. 1919-cu ilin yanvarında Kamakuradakı yazlıq evinə istirahətə çəkildi və 1929-cu ildə uzun xəstəlikdən sonra vəfat etdi. Qəbri, Tokionun Kodaira şəhərindəki Tsuda kollecinin ərazisindədir.
İrsi
redaktəJoşi Eiqaku Juku 1933-cü ildə adını Tsuda Eiqaku Juku olaraq dəyişdirdi və II Dünya müharibəsindən sonra Tsuda Kolleci oldu. Yaponiyanın ən nüfuzlu qadın ali təhsil institutlarından biri olaraq tanınır. Tsuda qadınlar üçün sosial islahat istəməsinə baxmayaraq, feminist ictimai hərəkatı müdafiə etmədi və qadınların səsvermə hərəkatına qarşı çıxdı. Fəaliyyəti, təhsilin,fərdi zəkanın və şəxsiyyətin inkişafına yönəldilməsi fəlsəfəsinə əsaslanırdı. Tsuda Umekonun rəsmi, 2024-cü ildə buraxılacaq yeni yapon əskinaslarında yer alacaq.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Tsuda Umeko // SNAC (ing.). 2010.
- ↑ Nussbaum, Louis-Frédéric. (2005). "Tsuda Umeko" in Japan Encyclopedia, p. 998, səh. 998, Google Books-da.
- ↑ 1 2 Kelly, John. "In 1871, Japan sent a 7-year-old schoolgirl to Washington to learn about America". The Washington Post. March 28, 2020. March 30, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2020.
Ədəbiyyat
redaktə- Marius Jansen (2000). The Making of Modern Japan. Cambridge: Harvard University Press. ISBN 9780674003347; OCLC 44090600
- Nimura, Janice P. Daughters of the Samurai: A Journey From East to West and Back. New York. 2015. ISBN 978-0-393-07799-5. OCLC 891611002.
- Nussbaum, Louis-Frédéric and Käthe Roth. (2005). Japan encyclopedia. Cambridge: Harvard University Press. ISBN 978-0-674-01753-5; OCLC 58053128
- Rose, Barbara. Tsuda Umeko and Women's Education in Japan. Yale University Press 1992, ISBN 0-300-05177-8
Xarici keçidlər
redaktə- Vikianbarda Umeko Tsuda ilə əlaqəli mediafayllar var.
- Tsuda Universiteti (ing.)