Uncharted 2 Among Thieves - Wikipedia
Uncharted 2: Among Thieves — Naughty Dog tərəfindən hazırlanan və Sony Computer Entertainment tərəfindən PlayStation 3 oyun konsolu üçün nəşr olunan bir döyüş-macəra üçüncü şəxs atıcı platforma videooyunu[1]. "Uncharted: Drake's Fortune"nin davamı olan oyun, ilk olaraq 2008-ci ilin Dekabrın 1-də nümayiş olundu və elan edildi[2]. Rəsmi olaraq Game Informer tərəfindən, 2009-cu ilin Yanvar ayında sayında elan edildi və 2009-cu ilin Oktyabr ayında satışa çıxarıldı.[3][4][5]
Uncharted 2: Among Thieves | |
---|---|
Hazırlayanlar | Naughty Dog[d] |
Yayımlayanlar | Sony Interactive Entertainment |
Seriya | Uncharted |
Buraxılış tarixləri | 13 oktyabr 2009, 15 oktyabr 2009, 16 oktyabr 2009, 7 oktyabr 2015, 9 oktyabr 2015 |
Janr | döyüş-macəra oyunu, platform oyunu, üçüncü-şəxs atıcı |
Rejissor | |
Dizayner | Nil Drakmann[d] |
Bəstəkar |
|
Texniki məlumat | |
Platforma | PlayStation 3, PlayStation 4 |
Mühərrik | Naughty Dog[d] |
Oyun rejimi | çoxnəfərli oyun, birnəfərli oyun |
İnterfeysin dili | rus dili |
Daşıyıcı | Blu-ray Disc |
İdarəetmə | DualShock 4[d] |
Rəsmi saytı |
Hekayə, dünyanı səyahət edərkən Neytan Dreykin yanında Kloyi Freyzer və köhnə yoldaşları Elena Fişer və Viktor Sullivan ilə birlikdə, möhtəşəm Cintimani Daşını və Shangri-La'nı Serb muzdlu əsgərlərinə qarşı bir yarışda tapmağa çalışır. Sujet, Marko Polonun Asiyaya səfərindən ilham alır.
Geniş miqyasda kritik bir müvəffəqiyyət qazanan Uncharted 2: Among Thieves, ətraflı əşyaları, obraz dizaynı, povesti, qrafiki, texniki yeniliyi və oyun mexanikası üçün tərifləndi. Metacritic tərəfindən 2009-ci ilin ən kritik dərəcədə sevilən oyunu olaraq seçildi. Aşağıdakılardan hər biri üçün "İlin Oyunu" (və ya ekvivalenti) mükafatını qazandı: IGN, Eurogamer, Game Informer, Joystiq, Giant Bomb, AIAS, X-Play, Oyun Hazırlayanların Seçimi Mükafatları və 2009-ci ilin Spayk Video Oyun Mükafatları[6]. Bəziləri tərəfindən bütün zamanların ən yaxşı videooyunlarından biri olaraq qəbul edilməkdədir. Oyun, həmçinin dünya üzrə 6 milyondan çox kopiya satdı.
Uncharted 2: Among Thieves'nın ard oyunu olan, Uncharted 3: Drake’s Deception 2011-ci ilin noyabr ayında satışa çıxarıldı[7]. Oyun, Uncharted: Neytan Dreyk'in Kolleksiyası'nın bir parçası olaraq serialın digər iki oyunu ilə birlikdə 2015-ci ilin Oktyabr ayında PlayStation 4 üçün yenidən nümayiş olundu.[8]
Mükafatlar
redaktəUncharted 2: Among Thieves 200-dən çox "İlin Oyunu" mükafatına layiq görüldü və bu onu bütün zamanların ən yaxşı oyunu halına gətirdi.[9]
İstinadlar
redaktə- ↑ Stevard, Kemuel (2008-12-01). "Uncharted 2: Among Thieves Confirmed" Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine. GamerCenterOnline. Alındı 2008-12-01.
- ↑ "Video - Einhander Opening" Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine. GameTrailers. 2011-05-25. Alındı 2013-07-13.
- ↑ "Uncharted 2: Among Thieves - Kotaku.com" Arxivləşdirilib 2009-07-22 at the Wayback Machine. Kotaku. Alındı 2009-07-21.
- ↑ Purçiz, Robert. "Uncharted 2 Dated for Europe" Arxivləşdirilib 2016-01-25 at the Wayback Machine. Eurogamer. Alındı 2009-09-22.
- ↑ Vayldguz, Deyvid (2009-09-25). "250GB PS3 hits Australia with Uncharted 2 Bundle" Arxivləşdirilib 2009-10-16 at the Wayback Machine. Kotaku. Alındı 2009-10-17.
- ↑ "Best games of 2009" Arxivləşdirilib 2013-05-13 at the Wayback Machine. Metacritic.
- ↑ "Uncharted 3: Drake's Deception" Arxivləşdirilib 2009-09-05 at the Wayback Machine. Unchartedthegame.com. Alındı 2013-07-13.
- ↑ Karmali, Lyuk (2015-06-04). "Uncharted: The Nathan Drake Collection Confirmed with Release Date" Arxivləşdirilib 2019-09-12 at the Wayback Machine. IGN BK. Alındı 2015-07-07.
- ↑ "Uncharted Dual Pack - Uncharted 1 and 2 in one box" Arxivləşdirilib 2015-07-11 at the Wayback Machine. Naughtydog.com. Alındı 2013-07-13.