Universitet Prezidentlerinin Beynelxalq Assosiasiyasi - Wikipedia
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur.[1] UPBA 1964-cü ildə Oksfordda yaradılmışdır. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Hal-hazırda 316 üzvü var.[2]
Qurumun əsas məqsədi ali təhsil müəssisələrinin beynəlxalq missiyalarının və təhsil keyfiyyətini yüksəltməkdir.[3]
Ümumi məlumat
redaktəBirlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında və YUNESKO-da məsləhət hüququna malikdir.[2] Mənzil-qərargahı Nyu-York şəhərində United Nations Plaza-da yerləşir.[4]
Hər üç ildən bir universitetlərin rəsmi şəxslərinin iştirakı ilə assosiasiyanın toplantısı keçirilir.[5]
Tarixi
redaktəUPBA 1964–cü ildə Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Puerto-Riko, Filippin və Liberiyadan olan universitet rəhbərlərinin iştirakı ilə yaradılmışdır.[2][6][7][8][9] Açılış konfransı isə 1965-ci ilin iyun ayında İngiltərənin Oksford şəhərində baş tutmuşdur.[6]
Missiyası
redaktəUPBA-nın əsas missiyası bütün dünyada ali təhsilin izlənilməsi, universitet rəhbərləri arasında səmərəli şəbəkənin qurulması, təhsil yolu ilə sülh və beynəlxalq qarşılıqlı anlaşmanın təşviqidir.[10]
Tərəfdaşlıqlar
redaktəUPBA Amerika Kollec və Universitetlər Assosiasiyası, Amerika Təhsil Şurası,[11] Birlik Universitetlərinin Assosiasiyası, Asiya və Sakit okean Universitetləri Assosiasiyası, Dünya Sənət və Elm Akademiyası, Avropa Universitetləri Assosiasiyası, Beynəlxalq Universitetlər Assosiasiyası, Birləşmiş Millətlər İctimai İnformasiya Departmenti, Dünya Bankı, YUNESKO, Aralıq dənizi Universitetləri Birliyi və Avstraliya Universitetləri ilə əməkdaşlıq edir.[12]
Azərbaycanla əlaqələri
redaktə2016-cı ilin əvvəlində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib.[2][13][14] O, həmin qurumda Azərbaycandan ilk və yeganə şəxsdir.
References
redaktə- ↑ "Official website, What is AUP". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ 1 2 3 4 "Official website, Member list". 2014-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "International Association of University Presidents". http://www.ia-up.org. 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "Official homepage". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "International Association of University Presidents Triennial". http://www.icde.org. 1 April 2011. 24 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 March 2016.
- ↑ 1 2 "Official website, history". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "UNESCO website". 2011-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ Mary Lebreck, Virginia Macken, Understanding Cultural Diversity, Jones & Bartlett Learning, 1999, p. 115 [1]
- ↑ Hans de Wit, Higher Education in Latin America: The International Dimension, World Bank Publications, 2005, p. 306 [2]
- ↑ "IAUP". http://www.wise-qatar.org. 2014-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "Creating global citizens". http://www.universityworldnews.com. 28 March 2014. 8 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2016.
- ↑ "Official website, partnerships". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "ADNSU-nun rektoru Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.
- ↑ "ADNSU rektoru Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib". 2017-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-04.