Uolter Dandi - Wikipedia
Uolter Dandi - Wikipedia - Haqqında Məlumat
Valter Edvard Dandi (6 aprel 1886[1][2] – 19 aprel 1946[1][2], Baltimor, Merilend) — Amerikalı neyrocərrah və alim. O, Viktor Horsli (1857–1916) və Harvi Kuşinq (1869–1939) ilə birlikdə neyrocərrahiyyənin qurucu atalarından biri hesab olunur. Dandi çoxsaylı neyrocərrahi kəşfləri və yenilikləri, o cümlədən beyində serebrospinal mayenin sirkulyasiyasının təsviri, hidrosefal cərrahi müalicəsi, hava ventrikuloqrafiya və pnevmoensefaloqrafiyanın ixtirası, beyin endoskopiyası təsnifatı, ilk intensiv terapiya şöbəsinin qurulması, serebrovaskulyar neyrocərrahiyyənin yaranması ilə müşayiət olunan intrakraniya anevrizmanın ilk kliplənməsi ilə tanınır.
Uolter Dandi | |
---|---|
Doğum tarixi | 6 aprel 1886[1][2] |
Vəfat tarixi | 19 aprel 1946[1][2] (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Elm sahəsi | Neyrocərahiyyə |
Təhsili | |
Elmi rəhbəri | Harvi Kuşinq |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |