Uqra Qarsidurmasi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Uqra görüşü — Moskva knyazlığının Qızıl Orda dövlətindən asılılığına son qoyulması ilə nəticələnən münaqişə. 11 noyabr 1480-ci ildə Qızıl Orda hökmdarı Əhməd xanla Moskva knyazı III İvan arasında Uqra çayı ətrafında cərəyan edən qarşıdurmalı görüş başa çatmışdır.
Qarşıdurmanın gedişatı
redaktəHələ XIII əsrin ortalarından monqol-tatarların (türk-moğollar) asılığı altında olan rus knyazlıqları onlara vergi verməyə məcbur edilmişdi. 1380-ci ildə baş vermiş Kulikovo döyüşündən sonra asılılıq zəifləsə də, rus torpaqları hələ tam azadlıq qazana bilməmişdi. Lakin XV əsrin ikinci yarısında Qızıl Orda dövlətindəki zəifləməni fürsət sayan rusların azadlıq hissləri güclənmişdi.
1476-cı ildə Moskva knyazlığı Qızıl Ordaya vergi ödəməkdən imtina etdi, 1480-ci ildə asılıqdan çıxdığını rəsmən bəyan etdi. Qeyd etmək lazımdır ki, rus dövlətçiliyinin həlledici məqamlarından sayılan bu dövrdə artıq ağıllı manevrlər edilirdi. İki cəbhədə sıxışacağını görən rus knyazlıqları Litvaya qarşı Krım xanlığı ilə ittifaqa girərək hücumların birindən yayına bildi. Knyaz III İvan isə Əhməd xana qarşı döyüşə hazırlaşdı.
Qızıl Ordanın qüvvəsi qələbəyə iddialı sayılsa da, əlverişsiz hava şəraiti və rus artilleriyasının davamlı atəşi onları geri oturtmuş, hər iki tərəf mövqe savaşına başlamışdı. Bununla da, "Uqra müqaviməti" başlamışdı. Heç bir tərəf hücuma atılmadı, nəticədə hücum edən Qızıl Orda tərəfi məğlub vəziyyətə düşürdü. 11 noyabrda Əhməd xan qoşunlarını geri qaytardı və qarşıdurma sona çatdı.
Moskvalıların uğur qazanma səbəbləri
redaktəMoskva knyazlığının bu münaqişədən uğurla çıxmasında 3 əsas strateji-taktiki planın həyata keçirilməsi mühüm rol oynadı:
- 1) Qızıl Ordanın müttəfiqi Litvaya qarşı Krım xanlığının yönləndirilməsilə təklənməkdən sığortalanma;
- 2) III İvan tərəfindən müdafiəsiz qalan Qızıl Orda paytaxtına qoşun göndərməsi ilə rəqibi xoşagəlməz sürprizlə təəccübləndirmək və geriyə qaytarmaq məcburiyyəti yaratma;
- 3) Mümkün qədər açıq döyüşdən qaçmaqla hücum iddiası ilə gələn monqol-tatar qoşunlarının əzminin qırılması və usanıb, qaçmağa vadar edilməsi.
Nəticə
redaktəGörüşün Rusiya tarixində böyük önəmi var. Uqra görüşü nəticəsində rusların monqol-tatarlardan asılılığına son qoyuldu, vergilərin ödənməsi dayandırıldı. Moskva knyazlığı nəinki faktiki, həm də formal qaydada suveren dövlət oldu. 1980-ci ildə həmin hadisənin 500 illik ildönümü münasibətilə eyniadlı çayın sahilində abidə ucaldılıb.
İstinadlar
redaktəMənbə
redaktə- Лурье Я. С. Новонайденный рассказ о «стоянии на Угре» // Труды Отдела древнерусской литературы / АН СССР. Ин-т русской литературы
- http://old-ru.ru/maps/kar13.htm
- Сборник материалов и статей по истоии Прибалтийского края. Т.11. Рига, 1979. с.597
- Скрынников Р. Г. Святители и власти. Л., 1990