Uraxus - Wikipedia
Uraxus - Wikipedia - Haqqında Məlumat
Uraxus | |
---|---|
Sidikliyin, penisin, sidik kanalının vertikal kəsiyi. Yuxarıda sidikliyin dibində uraxus görünür. | |
№1. Uraxus | |
Latınca | Urachus |
Qrey | subyekt 252 1213 |
Kod | ET |
MeSH | Urachus |
Dorlands/Elsevier | 12837658 |
Uraxus (yun. οὖρον — sidik + yun. χέω — tökürəm) embrionda allantoisin yuxarı hissəsindən təşkil olunmuş, boru şəkilli sidik axarı olub, sidikliyin dibinin ön şöbəsini göbək ciyəsi ilə birləşdirir. Doğuşa yaxın çapıq toxuması ilə əvəzlənərək orta göbək bağına — (lat. ligamentum medianum umbilicale) çevrilmiş olur. Bəzi hallarda axacaq tam bağlanmadıqda onun anomaliyalarına səbəb olur:
- Göbək svişi — uraxusun göbək hissəsinin bağlanmaması nəticəsində meydana çıxır.
- Qovuq-göbək svişi — uraxusun tamamilə bağlanmaması nəticəsində meydana çıxır. Özünü nəm göbək yarası kimi büruzə verir.
- Sidikliyin divertikulu — uraxusun sidiklik hissəsinin bağlanmaması nəticəsində meydana çıxır.
- Uraxus sisti — uraxusun orta hissəsinin bağlanmaması nəticəsində meydana çıxır.