Urho Kekkonen - Wikipedia
Urho Kaleva Kekkonen (doğum 3 sentyabr 1900 Pielavesi — ölüm 31 avqust 1986 Helsinki) 1950–1953 və 1954–1956-cı illər arasında iki müddət Finlandiyanın baş naziri və 1956–1981-ci illərdə Finlandiyanın prezidenti vəzifələrində çalışıb. O, 25 illik hakimiyyətdə olduğu müddətdə həm Finlandiyada, həm də demokratik seçkilər təşkil edən Respublika rejimini həyata keçirən ölkələr arasında ən uzunömürlü dövlət başçısı olub. Sələfi Yuho Kusti Paasikivinin "aktiv neytrallıq" siyasətini davam etdirməklə o, Soyuq Müharibə illərində Sovet İttifaqının qonşusu və keçmiş hissəsi olmasına baxmayaraq, ölkəsini şərq və qərb bloklarından bərabər məsafədə saxlamağa nail oldu. .
Urho Kekkonen | |
---|---|
fin Urho Kaleva Kekkonen | |
Finlandiya Prezidenti[d] | |
1 mart 1956 – 27 yanvar 1982 | |
Əvvəlki | Yuho Kusti Paasikivi |
Finlandiyanın Baş naziri[d] | |
20 oktyabr 1954 – 3 mart 1956 | |
Finlandiya parlamentinin üzvü[d] | |
1 sentyabr 1936 – 1945 | |
Finlandiyanın Baş naziri[d] | |
17 mart 1950 – 17 noyabr 1953 | |
Finlandiya parlamentinin üzvü[d] | |
1945 – 15 fevral 1956 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Urho Kaleva Kekkonen |
Doğum tarixi | 3 sentyabr 1900[1][2][…] |
Vəfat tarixi | 31 avqust 1986[1][2][…] (85 yaşında) |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, yüngül atlet, vəkil, jurnalist, sprinter[d], polis əməkdaşı[d] |
Dini | lüteranlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Onun səlahiyyət müddətinin son dövründə səhhətində yaranan problemlərə görə vəzifəsini icra edə bilməyəcəyi müəyyən edilib və onun yerinə Mauno Koivisto seçilib. Bu hadisədən beş il sonra, 31 avqust 1986-cı ildə Helsinkidə vəfat etdi.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Urho Kaleva Kekkonen // Encyclopædia Britannica (ing.).
- ↑ Find a Grave (ing.). 1996.