Urup Rayonu - Wikipedia
Urup rayonu (abq. Уарп район, kab.-çərk. Уарп район / Уарп куей, qaraç.-balk. Уруп район, noq. Уруп район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Preqradnaya qəsəbəsidir.
Urup rayonu | |
---|---|
43°55′ şm. e. 41°11′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Preqradnaya[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1938 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87876 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəUrup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2782.00 km²-dir.
Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Mostovski, şimalda isə Labinski və Otradnenski rayonları, cənubda qismən tanınmış Abxaziya Respublikası.
Rayonun ərazisi respublikanın dağlıq hissəsində yerləşir. Silsilələr və çay vadilərindən ibarətdir. Ərazinin iqliminə dağların təsiri böyükdür (sərin yay, nisbətən isti qış) olur. Rayon torpaqları dağ kənd təsərrüfatı zonasında yerləşir.
Tarixi
redaktəArxiv məlumatlara görə Urup rayonu əvvəllər Preqradnenski adlanırdı[3]. Rayon 7 sentyabr 1938-ci ildə Qaraçay Muxtar Vilayətinin tərkibində təşkil olunmuşdur. Qaraçay xalqının deportasiyası ilə əlaqədar 12 oktyabr 1943-cü ildə Qaraçay Muxtar Vilayəti və Preqradnenski rayonu ləğv edilir. 1957-ci ilin yanvar ayında rayon yenidən təşkil olunur.
RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixli 721/3 qərarı ilə Krasnodar diyarından rayona aşağıdakılar yaşayış məntəqələri verildi: Psemyon, Yerşov ferması, Rojkao, Asiya və Podskalnı kəndləri, eləcə də indiki bir sıra qəsəbələr (Yuxarı Beskes, Nijni Beskes, Mostovaya Polyana, Tamski, Toçyonı).
Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1960-cı il tarixli 713/10 fərmanı ilə Krasnodar diyarının Kurdjin kənd sovetliyi (Kurdjinovo, Predgornı və Tyoplı kəndlərindən ibarətdir) ayrıca Qaraçay-Çərkəz Muxtar Vilayətinin Preqradnenski rayonuna verilir.
Əhali
redaktə- Urbanizasiya
Rayon ərazisində ümumi əhalinin 23,63 % şəhərlərdə yaşayır.
- Milli tərkib
Xalq | 2002[4] | 2010[5] |
---|---|---|
ruslar | 14 000 (75,1 %) | 18 885 (77,65 %) |
qaraçaylılar | 3 476 (18,6 %) | 4 456 (18,32 %) |
ukraynalılar | 407 (2,2 %) | 236 (0,97 %) |
özbəklər | 4 (<0,1 %) | 100 (0,41 %) |
çərkəzlər | 72 (0,4 %) | 87 (0,36 %) |
ermənilər | 57 (0,3 %) | 80 (0,33 %) |
tatarlar | 100 (0,5 %) | 68 (0,28 %) |
belaruslar | 88 (0,5 %) | 50 (0,21 %) |
almanlar | 52 (0,3 %) | 39 (0,16 %) |
osetinlər | 34 (0,2 %) | 32 (0,13 %) |
noqaylar | 18 (0,1 %) | 27 (0,11 %) |
ləzgilər | 38 (0,2 %) | 25 (0,10 %) |
gürcülər | 27 (0,1 %) | 23 (0,09 %) |
yunanlar | 21 (0,1 %) | 21 (0,09 %) |
azərbaycanlılar | 19 (0,1 %) | 19 (0,08 %) |
balkarlar | 4 (<0,1 %) | 14 (0,06 %) |
qazaxlar | 33 (0,2 %) | 14 (0,06 %) |
abazinlər | 9 (<0,1 %) | 13 (0,05 %) |
digər millətlər | 195 (1,0 %) | 131 (0,54 %) |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[6]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 2 216 | 2 089 | 4 305 | 17,64 % |
15 — 59 yaş | 7 588 | 8 097 | 15 685 | 64,27 % |
60 yaşdan yuxarı | 1 694 | 2 720 | 4 414 | 18,09 % |
ümumi | 11 498 | 12 906 | 24 404 | 100,0 % |
Kişilər — 11 498 nəf. (47,1 %. Qadınlar — 12 906 nəf. (52,9 %).
Əhalinin orta yaşı — 38,1 yaş. Kişilərin orta yaşı — 36,0 yaş. Qadınların orta yaşı — 39,9 yaş.
İstinadlar
redaktə- ↑ OKTMO (rus.).
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Управление КЧР по делам архивов — Урупский отдел". 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-25.
- ↑ Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
- ↑ "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.