Uruqvay Cayi - Wikipedia
Uruqvay (isp. Río Uruguay) — Cənubi Amerika ərazisindəndə yerləşən çay.
Uruqvay çayı | |
---|---|
isp. Río Uruquay | |
Ölkələr | |
Şəhərlər |
|
Mənbəyi | Pelotas çayı və Kanoas çayı |
• Yüksəkliyi | 1800 m |
Mənsəbi | Atlantik okeanı |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 1600 km |
Su sərfi | 4,622 m³/s |
Su hövzəsi | 365,000 km² |
Hövzəsinin sahəsi | 365.000 km² |
Qolları | İbikui və Rio-Neqro çayı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çay Braziliya ərazisində 1800 metrdən başlayır, Pelotas və Kanoas çaylarının birləşməsindən əmələ gəlir. Şimaldan cənuba doğru axır və Braziliya və Uruqvay arasında sərhədi təşkil edir. Çay Parana çayının əmələ gətirdiyi estuariyə tökülür (La-Plata estuarisi adlanır).
Quarani dilindən tərcümədə mənası "rəngli quşların çayı" anlamında işlənir.
Uzunluğu təxmini 1600 km[1] (Pelotas çayı ilə birlikdə 2200 km), hövzəsi 365,000 km²[2] təşkil edir. Mənsəbdə eni 12 km çatır.
Əsas qolları — İbikui və Rio-Neqro çayıdır.
Salto şəhərindən yuxarı axarlarda çayda astanalara rast gəlinir və yatağı qayalıqlarla zəngindir. Şəhərdən aşağı axarlarda isə çay gəmiçilik üçün əlverişlidir[3]. Əsas limanları: Konkordiya (Argentina), Salto, Paysandu və Fray-Ventos (Uruqvay). Bu çay sistemləri həm ölkələrin su təhcizatında həm də hidroeneji alınmasında istifadə edilir. Ən iri hidroelektrostansiya Argentina-Uruqvay SES "Salto-Qrande" adlanır. Rio-Neqroda çayı üzərində — Rinkon-del-Bonete və Rinkon-del-Bayqorriya stansiyaları vardır.
İstinadlar
redaktə- ↑ (ing.) "Río de la Plata". Encyclopædia Britannica. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 August 2010.
- ↑ (ing.) Varis, Olli; Tortajada, Cecilia; Biswas, Asit K. Management of Transboundary Rivers and Lakes. Springer. 2008. səh. 272. ISBN 9783540749264.[ölü keçid]
- ↑ "Ölkələr və xalqlar: Cənubi Amerika", Moskvа, "Fikir", 1983, səh. 212