Utiler - Wikipedia
Utilər – Qafqaz Albaniyasında yaşamış və Alban tayfa ittifaqında daxil olan ən böyük tayfalardan biri.
Eramızdan əvvəl VI-IV əsrlər Azərbaycan xəritəsində utilərin yaşadığı ərazilər. | |||
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
İ. P. Petruşevski Qəbələ rayonunun Nic kəndində yaşayan udinlər qədim albanların qalıqları olduğu fikrini irəli sürmüş[1], digər tədqiqatçılar – S.T.Yeremyan[2], Z.İ.Yampolski[3], Z.M.Bünyadov[4], Q.A.Klimov[5], A.Q.Şanidze[6], İ.H.Əliyev[7], V.L.Qukasyan[8], F.Məmmədova[9] onunla həmfikir olmuşdurlar. Ancaq etnoqraf Q. Qeybulayev bugünkü udinlərin Dağıstandilli tayfaların birinin qalıqları olduğunu və utiləri alban etnosu, yəni Alban dövlətini yaradan və etnik adı alban olanlar ilə eyniləşdirilmənin doğru olmadığını yazmışdır[10][11]. Strabon Atropatenada – Midiya dağları adlanan dağlıq ərazidə Xəzərin cənub qərbində alban və uti tayfalarının yanaşı yaşadığını qeyd edir[12] və bu da alban və uti adlarının müstəqil tayfaların adları olduğunu deməyə əsas verir.
1958-ci ildə erməni tarixçisi S.T.Yeremyan qədim alban dilinin udin dili olduğunu yazmış,[13] gürcü tarixçisi A.Q.Şanidze də udinlərin erməni tarixi ənənəsində albanların varisləri hesab edildiyini göstərmişdir[14].
Alban tarixçisi Moisey Kalankatlının – Alban ölkəsinin tarixi əsərində Albaniyada 5 mahalın Uti adlandığı göstərilir: Qarabağın dağlıq hissəsində – Artsakda[15], Bərdə zonasında[16], Girdimanın Xalxal şəhəri (indiki Qazax- Ağstafa rayonunları ərazisində) zonasında[17] və Azərbaycanın şimal – qərbində[18]. Qiyasəddin Qeybullayev qeyd edir ki, tədqiqatçıları çaş – baş salan da budur. Əgər mahalların hamısında indiki Dağıstandilli udinlərin əcdadları yaşamışsa, onda əlbəttə deməliyik ki, onlar Albaniyanın ən böyük tayfası idi[10]. İqrar Əliyev belə də yazmışdır: "Utilər Albaniyada aparıcı tayfa idilər". Sonra bu fikri V. L. Qukasyan təkrar etmişdir: "Uti – udinlər alban tayfa ittifaqında aparıcı rola malik idi." Qiyasəddin Qeybullayev isə bu fikrə etiraz edərək qeyd edir ki, bu belə deyil[10].
İş burasındadır ki, uti adını daşıyanlar Albaniyadan kənarda da məlumdur.
- Midiyada, sonra da Atropatenada. Yuxarıda deyildiyi kimi, ilk dəfə Herodot (er. əv. V əsr) Midiyada iki əyalətdə utilərin yaşadığını qeyd etmişdir[19]. Sonra I əsr müəllifi Strabon Atropatenada, Xəzərin cənub – qərbində Midiya dağlarında albanların bir hissəsi, kaduslar (indiki talışların əcdadları), kellər (indiki giləklərin əcdadları) və amardlarla yanaşı Uti adlı əyalətdə utilərin yaşadığını yazmışdır[20]. Ona görə bir sıra tədqiqatçıların (M. Markvart, N. Q. Adons) ardınca İqrar Əliyev yazmışdır ki, həmin utilər eramızın əvvəllərində şimala keçmiş və Albaniyada yerləşmişlər[21]. Alban tarixçisi Moisey Kalankatlı da utilərin Albaniyaya gəlmə olduğunu yazmışdır[22]. Beləliklə aydın olur ki, Albaniyada utilər eranın əvvəllərində gəlmə hesab olunur, başqa sözlə, ondan əvvəl Albaniyada utilər yaşamırdı. Buradan da utilərin konkret mənada, albanlar olması fikrinin puçluğu üzə çıxır: alban adını daşıyanlar Albaniyada er. əv. IV əsrdən məlumdursa, utilər Albaniyaya – alban tayfasının adı ilə adlanan ölkəyə çox sonra gəlmədirsə, onda alban və uti ayrı-ayrı etnoslardır. Bundan başqa nəticə də çıxır: utilər Albaniyada aparıcı tayfa ola bilməzdi, çünki hələ er. əvvəl IV–III əsrlərdən Alban dövləti mövcud idi[23]. Alban çarı Roma ordusunun başçısı Qney Pompeylə er. əv. 66 – 65-ci illərdə qanlı döyüşlər keçirmişdi.
- Er. əv. VIII–VII əsrlərə aid Urartu yazılarında indiki Göyçə gölünün hövzələrində Etiuni adlı ölkənin adı çəkilir. Bu adın ―uni hissəsi urartu dilində yer adlarına əlavə olunan şəkilçidir. V əsr erməni mənbələrində bu ölkə Uti adlanır[24]. Deməli, Urartu mənbələrindəki Eti (uni) əslində Uti adının urartuca yazılış formasıdır. Bu əyalət tarixən Albaniyaya mənsub olmuş[25], sonralar ermənilərə keçmişdir. Qeyd edək ki, Midiya – Atropatenada yaşayan utiləri Qafqazdilli sayırlar və kutilərlə bağlayırlar. Lakin Urartu mənbələrində qeyd edilən Etiuni – Uti haqqında nədənsə bir söz deyilmir.
- Antik müəlliflər albanlardan şimalda, yəni Şimali Qafqazda uti, udi adlı bir etnosun yaşadığını göstərirlər. I əsr müəllifi Pliniy yazır ki, albanlardan şimalda skiflərdən olan Udin adlı tayfa yaşayır[26](skif adı altında qədim türklərin nəzərdə tutulur[27][28]. Həmin müəllif sonra yazır ki, udinlərdən şimalda isə Utidors adlı tayfa məskundur[29]. Utidors etnonimi bir sıra tədqiqatçıları çaşdırmışdır. Yazmışlar ki, bu ad uti etnonimindən və İrandilli aors adlı tayfanın adından ibarətdir[30]. Bu fikri inkişaf etdirən K. V. Trever oldu[31]. Ehtimal edilir ki, Albaniyadan utilərin (yəni, indiki Dağıstandilli udinlərin) bir hissəsi Şimali Qafqaza da getmiş və orada İrandilli aors adlanmış tayfa ilə qovuşmuşdur[32]. Qiyasəddin Qeybullayev isə qeyd edir ki, əslində Plininin utidors kimi yazdığı etnonim "utidur"- dan başqa bir şey deyil: Pliniy ―u səsini ―o kimi vermiş, sonra da adın sonuna ―s adlıq hal şəkilçisini əlavə etmişdir. Utidur etnoniminin ikinci hissəsi olan "dur" sözü oğuz tayfalarından bayandur, çavundur, hundur və b. adlar üçün səciyyəvidir. Deməli, Utidur türk mənşəli tayfa idi. Antik müəllifin onu – skif tayfası adlandırması da bu fikri təsdiqləyir. II əsr müəllifi Ptolemey Şimali Qafqazda udi adlı tayfanın yaşadığını yazmışdır[33]. Sonra eramızın IV – V əsrlərində Bizans müəllifləri Şimali Qafqaz çöllərində hunların bir tayfasının utiqur adlandığını göstərirlər[34]. Utiqur etnoniminin "qur" komponenti bəzi türk tayfalarının (uyğur, sarıqur, kuturqur, oğuz tayfalarından yazqur, salqur və b.) adları üçün səciyyəvidir[35]. V. V. Bartolda görə monqolca qur ―xalq mənasındadır[36]. Utiqurların türk tayfası olduğunu təsdiqləyən başqa faktlar da vardır: Rəşidəddin (XV əsr) monqolların içərisində udiut (udi və türk-monqol dillərində cəm bildirən-ut şəkilçisindən) tayfasının adını çəkir[37]. Altay dillərinə mənsub udmurtların adında da "udi" komponenti nəzərə çarpır. Elə buna görə də Albaniyada indiki Dağıstandilli udinlərin uqrofin mənşəli gəlmələr olması fikri də mövcuddur[38]. XVII əsrdə Sibirdə yaşayan bir türk ulusu Udin adlanırdı. Həmin tayfanın adı ilə bağlı şəhər indi Нижне-Удинск adlanır[39]. XVIII əsrdə Azərbaycanda yaşayan Şahsevən türk tayfa birləşməsinin bir qolu Udulu adlanırdı və s.
Müəyyən olunmuşdur ki, VII əsr erməni coğrafiyası adlı mənbədə Artsakdakı Uti əyalətinin mahal adlarının (Aranrot, Tiri, Rot-Pasian, Aluyen, Tuçkatak, Qardman və Şakaşen) hamısı türkmənşəlidir[40]. Beləliklə, Albaniyada, Atropatenada, Ermənistanda və Şimali Qafqazda yaşamış Uti, Udi, Udin adlı tayfalardan şimalda yaşayanlarının türk olmasına şübhə qalmır[41]. Onda belə çıxır ki, Azərbaycanda indiki Dağıstandilli udinlərin ulu əcdadları ya cənubda – Midiyadan (Atropatenadan), ya da indiki Ermənistan ərazisindən – Urartu mənbələrində er. əv. 764-cü ildə qeyd edilən Etiunidən gəlmə ola bilər. L. M. Meliksetbekov Azərbaycanda Dağıstandilli udinlərin mənşəyi məsələsinə xüsusi məqalə həsr etmiş və onların məhz Ermənistanda Etiunidən gəldiklərini yazmışdır[42].
Məlumdur ki, Etiunidə bir yaşayış məntəqəsi VIII əsr erməni coğrafiyasında Niq (Ermənistanda indiki Abaran rayonu) adlanır[43], udinlərin indi yaşadıqları kəndin adı da Nicdir, deməli udinlər Nic adını özləri ilə gətirmişlər. Bu fikri əvvəllər N. Y. Marr və İ. İ. Meşşaninov söyləmişlər[44][45]. Q. A. Melikişvili albanlarda udin tayfasını (sözsüz ki, o Dağıstandilli udinləri nəzərdə tutur) Etiuni ilə əlaqələndirmişdir[46]. Türk tarixçisi F. Kırzıoğlu da udinlərin Albaniyaya gəlişini Urartu çarlarının Etiuniyə (Utiyə) dağıdıcı hərbi səfərləri ilə bağlamışdır[47]. II əsr müəllifi Ptolemey Albaniyada Kürün sol sahilində bir məntəqəni Niqa (sondakı ―a yunan dilində əlavə olunma hal şəkilçisidir) adlandırır və bu, şübhəsiz ki, elə Nicdir. Deməli indiki udinlərin Etiunidən Albaniyaya gəlməsi II əsrdən əvvəl baş vermişdir.
Yuxarıda deyilənlərdən iki nəticəyə gəlmək olar: birincisi, Albaniyanın Uti adlanan mahallarında əhalinin hamısı Dağıstandilli utilər (udilər) deyildilər, burada türk utilər də məskun idilər. Lakin Albaniyada göstərilən Uti mahallarından hansılarında türkmənşəli utilər, hansılarında Dağıstandilli udinlər yaşayırdı sualına mənbələrin yoxluğu üzündən cavab vermək olmur. Burası şəksizdir ki, Bərdə bölgəsində və Arazbardakı Uti mahallarında yaşayanlar türk utilər idilər. M. Barxudaryan keçən əsrdə yazırdı ki, Tərtərin sağ sahilində yaşayan Seysulan kəndində əhalinin dili türk dilidir, amma özlərini udin sayırlar[48]. İkincisi, Midiya və Atropatenadakı utilər Dağıstandillilər deyildilər[49]. Herodot Midiyada utilərdən danışdıqda onların bir hassəsinin İranın başqa bir əyalətində yaşadığını yazır[50], R. Fray isə həmin utiləri Orta Asiyada lokalizə edir (Фрай Р. Наследие Ирана. М., 1972., səh 79). Aydındır ki,Orta Asiyada Dağıstandilli tayfa yaşaya bilməzdi, bu utilər türklər idi. Deyilənlərdən görünür ki, əgər Midiyadakı utilər kutilərin sonrakı nəsilləridirsə, onda nə kutiləri, nə də utiləri Qafqazdilli etnoslar saymaq olmaz və bu barədə deyilənlər yanlış fikirlərdir[51]. Lakin utilərin qədim kutilərlə eyniliyi məsələsini həll olunmuş məsələ saymaq olmaz[51]. Ehtimal ki, kuti və uti müstəqil türkmənşəli etnoslardır[51]. Midiyada, Şimali Qafqazda və Albaniyanın Uti mahallarının bəzilərində yaşayan utilər türkmənşəli olmuşdur. Əhməd Zəki Validi Toğana görə, Arrandakı türk utilər er. əv. VII əsrdə türk sakların içərisində gəlmişlər[52]. Alban tarixində udin problemi tarixçiləri çaşdırmışdır. Ona görə də eranın əvvəllərində Şimali Qafqazda türk udin, uti tayfalarının Albaniyada indiki Dağıstandilli udinlərlə eyniləşdirilməsi nəticəsində belə nəticəyə gəlmişlər ki, Albaniya Dağıstanı da və hətta Şimali Qafqazı da əhatə etmişdir[53]. Lakin Azərbaycanın müstəqillik əldə etməsindən sonra aparılan kompleks araşdırmalar və mənbələrin qarşılıqlı müqayisəsi bu fikirlərin tamamilə əsassız olduğunu sübuta yetirmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Пегрцшевский И. П. Государства Азербайджана в XV веке. "Швестия Аз ФАН ССР, № 7, 1949, səh. 77
- ↑ Еремян С. Т. Раннефеодальные государства Закавказья в III–VII вв. "Очерки истории СССР". М., 1958, səh 304
- ↑ Ямпольский 3. И. К изучению летописи Кавказской Албаний Изв. АН Азерб. ССР, серия общ. наук. 1957, № 9 ,səh 83
- ↑ Буниятов 3. М. Азербайджан в VII–IX вв. Баку, 1965, səh 178
- ↑ Климов Г. А. Кавказские языки, М., 1960 , səh 96
- ↑ Шанидзе А. Г. Язык и письмо кавказских албанцев. М., 1960 , səh 8
- ↑ Алиев К- Г. Этюды о населении древнего Азербайджана. "К проб-леме этногенеза Азербайджанского народа". Баку, 1984
- ↑ Гукасян В. Л. Удинско-русско-азербайджанский словарь. Баку, 1974
- ↑ Мамедова Фарида. Политическая история и историческая география Албании. Баку, 1985
- ↑ 1 2 3 Q. Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
- ↑ Q. Qeybulayev – Qarabağın etnik tarixi, Bakı, 1993
- ↑ Strabon. XI, 8, 8
- ↑ Еремян С. Т. Раннефеодальные государства Закавказья в III–VII вв. "Очерки истории СССР". М., 1958 , səh 327
- ↑ Шанидзе А. Г. Язык и письмо кавказских албанцев. М., 1960. , 8
- ↑ Moisey Kalankatlı – Alban ölkəsinin tarixi, I kitab,23-cü fəsil
- ↑ Moisey Kalankatlı – Alban ölkəsinin tarixi , I kitab, 24-cü fəsil
- ↑ Moisey Kalankatlı – Alban ölkəsinin tarixi , I kitab, 27-ci fəsil
- ↑ Moisey Kalankatlı – Alban ölkəsinin tarixi , II kitab, 23-cü fəsil
- ↑ Herodot, III, 93; VIII, 68
- ↑ Strabon, XI, 8, 18
- ↑ Алиев И. Г. История Мидии. Баку, 1960 , səh 65
- ↑ Moisey Kalankatlı – Alban ölkəsinin tarixi, I kitab, 4-cü fəsil
- ↑ Бабаев И. А. К вопросу о возникновении государства Албании (Кавказской). Изв. АН Азерб. ССР, серия истории, философии и права, 1976, №4, Бабаев И. А. Города Кавказской Албании. Баку, 1991
- ↑ История Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893, II kitab, 44-cü fəsil
- ↑ История Армении Моисея Хоренского. Пер. Н. Эмина. М., 1893 ,I kitab,8-ci fəsil
- ↑ Pliniy, VI, 38
- ↑ Zaur Həsənov – Çar Skifləri, Bakı, 2001
- ↑ Qiyasəddin Qeybullayev – Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1991
- ↑ Pliniy, VI,39
- ↑ Короглы X. Г. Взаимосвязи эпоха народов Средней Азии, Ирана Азербайджана. М., 1983.
- ↑ Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М. — Л., 1959 , səh 174–175
- ↑ Крупное Е. И. Каякентекий _ ШгИльник — памятник древней лбашш. Труды ГИМ, вып. XI, М., 1940
- ↑ Ptolemey, V, 8, 16
- ↑ Джафаров Ю. Р. Гунны и Азербайджан. Баку, 1993 , səh 30
- ↑ Джафаров Ю. Р. Гунны и Азербайджан. Баку, 1993
- ↑ Баскаков Н. А. Введение в изучение тюркских языков. М., 1969. Səh 269
- ↑ Рашид ад-Дин. Джами ат-Таварих, Баку, 1956
- ↑ Климов Г. А. Кавказские языки, М., 1960.
- ↑ Кузеев Р. Г. Происхождение башкирского народа. М., 1974
- ↑ Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
- ↑ Q. Qeybullayev – Azərbaycan türklərini təşəkkülü tarixindən, Bakı, 1994
- ↑ Меликсетбеков Л. М. К истории удин. Труды Тбилисского го-сударственного университета, 1942, т. XXIII
- ↑ Армянская география VII века по Р. X. СПб., 1877
- ↑ Марр Н. Я. Избранные работы. Том IV, М, —Л., 1937; том V, VI. — Л., 1935, səh 81
- ↑ Меишанинов М. Халдоведение яфетический сборник. VII, Баку, 1932 , səh 97
- ↑ Меликишвили Г. А. Урартские клинообразные надписи. М., 1956 , səh 3
- ↑ Kirzioğlu M. Fahrettin. Kars tarihi. I cilt. İstanbul, 1953
- ↑ Бархударян М. Арцах. Пер. с древнеармянского Яргуляна. НА Ин-та Истории АН Азерб. ССР, инв. № 1662, səh 45
- ↑ Q.Qeybullayev – Azərbaycan türklərini təşəkülü tarixindən, Bakı, 1994
- ↑ Herodot, III,93
- ↑ 1 2 3 Q. Qeybullayev – Azərbaycan türklərnin təşəkkülü tarixindən, Bakı, 1994
- ↑ Ahmed Zeki Validi Togan. Ümumi Türki tarihine giriş. c 1, İstanbul,1946, səh 162)
- ↑ Kрупное Е. И. Каякентекий _ ШгИльник — памятник древней лбашш. Труды ГИМ, вып. XI, М., 1940