Uygur Subetnoslari - Wikipedia
Uygur Subetnoslari - Wikipedia - Haqqında Məlumat
Uyğur subetnosları və ya yurdları (uyğ. юртлар/yurtlar) — uyğurların tarixən formalaşmış, müxtəlif adət-ənənələrə, ənənəvi geyimlərə, ləhçə və ya dialektə, bəzən də antropoloji tipə, musiqi ənənəsinə və etnik mənşəyə malik olan subetnik qrupları.[1] Müasir uyğur dilində üç dialekt və onlarla ləhçə var. Bununla belə, müxtəlif fərqlərə baxmayaraq, bunların hamısı bir-birini başa düşə bilər.[2]
Tarixən müasir uyğur etnosu Təkləməkan səhrasının çətin coğrafi şəraitində inkişaf etmişdir. Burada insanların məskunlaşması yalnız nadir və uzaq vahələrdə mümkün olmuş, çox vaxt ayrı-ayrı şəhər-dövlətlərə çevrilmiş, öz dövlətçilik ənənələrinə, dinə və etnik mənşəyə malik olmuşdur.
İstinadlar
redaktə- ↑ Эркин Жакып Уйгуры: неопределённое будущее Arxivləşdirilib 2007-10-23 at the Wayback Machine.
- ↑ Hahn, Reinhard F., Spoken Uyghur, London and Seattle: University of Washington Press, 1991, ISBN 978-0-295-98651-7