Uzun Haci Saltinski - Wikipedia
Uzun-Hacı Saltinski və ya Uzun-Xair Hacı-Xan Saltinski (1848 - 30 Mart 1920) — Dağıstan və Çeçenistanın dini və siyasi lideri, Şimali-Qafqaz əmirliyinin əmiri. Milliyyətcə avardır.
Uzun-Hacı Saltinski | |
---|---|
Uzun-Xair Hacı-Xan Saltinski | |
Dağıstan və Çeçenistanın 7-ci imamı | |
1919 – 1920 | |
Əvvəlki | Nəcməddin Qotsinski |
1919 – 1921 | |
Sonrakı | Dərviş Məhəmməd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salta, Dağıstan |
Vəfat tarixi | |
Vəfat yeri | Çeçenistan |
Milliyyəti | avar |
Vətəndaşlığı | Rusiya İmperiyası Şimali-Qafqaz əmirliyi |
Fəaliyyəti | imam |
Dini | islam, sünni məzhəbi, sufizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlk illər
redaktəUzun-Hacı 1848-ci ildə Qünib rayonunun Salta kəndində anadan olmuşdur. Gəncliyində Şeyx Şamilin Şimali Qafqaz imamlığında dövlət aparatının baş müfəttişi Soqratlı Şeyx Əbdürəhman-Hacının müridi idi. 11 il boyunca Uzun-Hacı bu məşhur alimin yanında təhsil almış, daha sonra Osmanlı İmperiyasında: Ərəbistanda, Suriyada, Türkiyədə İslam ruhanili üzrə təhsilini davam etdirmişdir. Ali ruhani təhsil alan Uzun-Hacı ilahiyyatla bağlı elmi əsərlər toplamağa başlamış və dini şeirlə ciddi maraqlanmışdır. O, 1877-ci il üsyanında da fəal iştirak etmişdir. Onun iştirakı ilə ilk döyüş 1877-ci ilin Ramazan ayının ilk günü Salta körpüsündə (qırmızı körpü) baş vermişdir. Üsyan yatırıldıqdan sonra tutulmuş və 7 il müddətinə Samara vilayətinin Novouzensk rayonuna sürgün edilmişdi, lakin 4 ildən sonra o, sürgündən qaçaraq Dağıstana dönmüşdü.[1]
Siyasi fəaliyyəti
redaktə1910-cu ildə Salta kəndində hakimiyyətin icazəsi olmadan mədrəsə tikdirdiyinə görə ikinci dəfə həbs olunmuşdur. Əvvəlcə ev həbsində salınmış, sonra bir il müddətinə Temir-Xan-Şuraya aparılmış və sonra Həştərxana göndərilmişdi. Ancaq bir il sonra oradan qaçmış və həcc ziyarəti üçün qeyri-leqal Məkkəyə yola düşmüşdür. Onun həcc ziyarəti bir il çəkmişdir. Qayıdarkən çeçen zəvvarlarına qoşulub Qroznıya gəldi, daha sonra Naji-Yurt şəhərinə yerləşdi. İki il çeçenlər arasında yaşadı, rus hakimiyyətinə qarşı təbliğat və təşviqatla məşğul oldu. 1916-cı ildə doğma Salta kəndinə qayıtdı.[2]
Çox güman ki, onu alçatmağa çalışan rəqibləri tərəfindən "Uzun" ləqəbini almışdı ("Uzun" qumuq dilində "uzun" deməkdir, Hacı isə boyca qısa idi).[3] Uzun-Xeyr adını isə o, Məhəmməd peyğəmbərin belə bir epitetə sahib olması səbəbi ilə almışdı.
1917-1918-ci illər
redaktə1917-ci il Fevral inqilabından sonra Uzun-Hacı, Dağıstanda şəriət qanunlarının tətbiqi ilə bağlı referendum tələb edən Dağıstan Milli Komitəsinin yaradıcılarından biri oldu. Dağıstan bölgəsinin bütün kənd icmaları şəriət idarəetmə formasının lehinə çıxış edirdilər. Uzun-Haci Nəcməddin Qotsinskinin Dağıstanın imamı elan edildiyi 10 Avqust 1917-ci ildə Andi kəndində keçirilən dağlı xalqlarının qurultayına da qatılmışdı. Torpaq məsələsi ilə əlaqədar olaraq qurultayda Uzun-Hacının təşəbbüsü ilə aşağıdakı bəndlərdən ibarət qərarlar qəbul edildi:[2]
|
1917-ci ilin sentyabrında Uzun-Hacı dəstəsi Xasavyurt bölgəsinə hücum təşkil etdi, rayonun ərazisində yerləşən 170-dən çox yaşayış məntəqəsi, o cümlədən Xasavyurtun da tamamilə məhvi yalnız kömək sayəsində baş vermədi. Belə ki, Xasavyurt və Qudermes arasında hərəkət edən Bakı Kommunasının zirehli qatarının bu işdə köməyi xüsusi rol oynadı. Bu zirehli qatar Qafqaz cəbhəsindən qayıdan hərbi eşelonlar və eləcə də Şimali Qafqazdan alınan ərzağı Bakıya çatdırmaq üçüçn dəmiryolunun təhlükəsizliyini qorumaq üçün Bakı Kommunası tərəfindən göndərilmişdi.
1918-ci ilin yanvarında Temir-Xan-Şura şəhərində dağ xalqlarının nümayəndələrinin III qurultayında Nəcməddin Qotsinski yenidən bütün Dağıstanın imamı elan edildi. Uzun-Hacı orada: "Kim imama tabe olmasa, boynu vurulacaq" fətvasını verdi. Uzun-Hacının dünyəvi hakimiyyətlərə inamsızlığını ifadə edən və onları qovaraq bütün səlahiyyətləri yerli ruhanilərə və Dağıstanın Şəriət hakimiyyətinə verməyi təklif edən məktub oxundu. Müvəqqəti Hökümətin orqanı olan Dağıstan Regional İcraiyyə Komitəsi, Qotsinskinin imam elan edilməsindən çaşqınlıq duyduğunu və ona məktub göndərdi ki, orada da "imam" anlayışının mənasını xalqa izah etməsini təklif etdi. Nəticə etibarilə Qotsinski imam deyil, müfti elan edildi. Qotsinskinin imam elan edilməsində israr edən Uzun-Hacı, imamət ideyasının həyata keçirilməsində kifayyət qədər iradə göstərmədiyinə görə Qotsinskiyə qəzəbləndi və qoşunlarını şəhərdən çıxardı. Sosialistlər bundan istifadə edərək Qotsiniskinin müfti seçilməsinə dair qurultayın qərarını ləğv etmək qərarına gəldilər. 1918-ci ilin aprelində Uzun-Hacı dəstəsi Xasavyurtu tutub yandırdı.[4]
1919-cu il
redaktə1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinskiy Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi.[5] Nəcməddin Qotsinski Qırmızı Orduya qarşı Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunlarını dəstəklədi. Qotsinski Böyük Britaniyanın hərbi dəstəyini qazanmaq üçün Uzun-Hacıya bolşeviklərə qarşı birgə çıxmağı təklif etdiyi məktubla müraciət etdi. Lakin Uzun-Hacı, Qotsinskinin təklifini qəbul etmədi və ona "Donuzun qara və ya ağ olmasının nə fərqi var?" cavabını verdi. Qotsinskinin özü haqqında isə belə demişdir: "Mən ondan imam düzəltmək istədim, amma o, İvan çıxdı."
Uzun-Hacı ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu.[1][6]
1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev-Dışninskinin[7][8] dəstəyi ilə Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi. Uzun-Hacı Şimali Qafqaz Əmirliyində hərbi və mülki idarəetmə quruluşları yaratmağa başladı.
Vozdivijenski kəndi uğrunda döyüşlərdə İnaluk Arsanukayevin (Dışninski) komandanlığı altında əmirlik qüvvələrinin general İ.N.Kolesnikovun rəhbərlik etdiyi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları üzərində qazandığı zəfərlər sayəsində Uzun-Hacının nüfuzu daha da artdı. Sentyabrın 11-dəki döyüşlərin nəticəsində Ağ Qvardiya hissələri Qroznıya çəkildi və Uzun-Hacının qoşunları 112 nəfər əsir götürməyi də bacardılar. İki gün sonra, sentyabrın 13-də Şali şəhərində Uzun-Hacının qoşunları ilə kazaklar arasında daha bir döyüş olduvə nəticədə 138 kazak əsir götürüldü.
Şimali-Qafqaz əmirliyinin yaradılması
redaktəSentyabrın 19-da Çeçenistan və Dağıstan ruhanilərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, Əmir Uzun-Xayir Hacı-Xanın rəhbərlik etdiyi Şimali-Qafqaz əmirliyinin yaradılması elan edildi. 1919-cu ilin sentyabrında Əmirlik Hökümətinin Baş Naziri İnaluk Dışninski-Arsanukayevin sərəncamında “Şimali-Qafqaz Əmirliyi Əmir Uzun-Xayr-Hacı-Xanın rəhbərlik etdiyi müstəqil bir Şəriət monarxiyasıdır, lakin Müsəlman Xəlifəsi Əlahəzrəti Osmanlı İmperatoru VI Mehmed Vahidəddin himayəsi altındadır" deyilirdi. Bu sənəddə Dağlılar Respublikası xalq arasında dəstəyi olmayan mifik bir respublika adlandırılırdı.
Şimali-Qafqaz Əmirliyini idarə etmək üçün, eyni zamanda Əmirliyin silahlı qüvvələrinin baş komandanı olan "böyük vəzir" (sədrəzəm) knyaz İnaluk Dışninski-Arsanukayev başda olmaqla, 8 nazirdən ibarət hökumət quruldu. Əmirliyin saray, xarici işlər, qida, ticarət və sənaye, kənd təsərrüfatı və dövlət əmlak, hərbi nazir, dəmir yolları, poçt və teleqraf, daxili işlər, maliyyə nazirlikləri var idi. Ədliyə, Təhsil, Vəkf İşləri və Əmlak nazirləri portfelləri də Dışninskinin əlində cəmləşmişdi. Başqa bir mənbəyə görə, Ədliyyə naziri vəzifəsini polkovnik Hacı Maqometbekov Əmir Zadə icra etmişdir. Uzun-Hacının əmirliyinin hökuməti beynəlmiləl idi: ora iki avar, bir çeçen, bir inquş və bir kabardin daxil olmuşdu. Cəmisi bir nəfər ali təhsil almışdı. İkisinin ali ruhani təhsili, üç nəfər rus təhsili (aralarında biri də ərəbcə bilirdi) iki nazir isə savadsız idi - (hərbi və rabitə, poçt və teleqraf). Dövlət naiblərə bölünürdü və şəriət qaydalarına əsaslanaraq idarə olunurdu.[9] Əmirliyin silahlı qüvvələri (ümumilikdə 60 min nəfərə qədər[2]), generalların komandanlığı altında 6 ordudan ibarət idi.[2]
1919-cu ilin əvvəlində XI Qırmızı Ordunun komandiri Nikolay Gikalo, Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları ilə döyüşlərdə məğlub olduqdan sonra darmadağın olmuş ordunun qalıqlarını dağlara çəkməyə qərar verdi. Uzun-Hacı Gikalo ilə ittifaqa girdi və ordusunun qalıqlarından qırmızı üsyançıların beynəlxalq dəstəsi yaradıldı. Hərbi birləşmə Əmirliyin ərazisində yerləşirdi və Şimali Qafqaz əmirliyinin ordusunun 5-ci alayı kimi Uzun-Hacının hərbi qərargahına tabe idi. İnquşetiya dağlarında yerləşən Xızir Ortsxanovun rəhbərlik etdiyi qırmızı partizanlardan ibarət İnquş dəstəsi Uzun-Hacı ordusunun 7-ci alayı sayılırdı. Bolşeviklərin nümayəndəsi Xabala Beslaneyev hətta əmirliyin daxili işlər naziri, bolşevik Maqomet Xaniev isə əmirlik qoşunlarının qərargah rəisi oldu.[2]
Gürcüstandan silah gətirən Xızır Ortsxanov da Şimali Qafqaz əmirliyinin silahlı qüvvələrinin baş komandanı təyin edilmişdi.[10] Silah əldə etmək üçün Uzun-Hacı hökuməti Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Osmanlı hökumətlərinə kömək üçün müraciət etmışdi. Qafqazdakı türk qoşunlarının komandanı Nuru Paşa Uzun-Hacı ilə daim əlaqə saxlayırdı. Uzun-Hacı ordusunun komandanlığının tərkibinə Osmanlı imperiyası Baş Qərargahının zabitləri Hüseyn Debreli və Əli-Rza Çorumlu (birincisi süvarilərə, ikincisi - topçulara komandanlıq edirdi) daxil idilər. Gürcüstan Demokratik Respublikası da Uzun-Hacı Şimali-Qafqaz əmirliyinə hərbi və maddi yardım göstərməyə çalışmışdı. 1919-cu ilin sentyabrında əmirlik qoşunlarına yardım etmək üçün gürcülər ekspedisiya dəstəsi göndərdi. Ancaq Çeçen-aul yaxınlığındakı döyüşdə, gürcülərin dəstəsi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin silahlı müqavimətinə məruz qaldı və məğlubiyyətə uğrayaraq, yenidən Gürcüstana qayıtmaq məcburiyyətində qaldı.
Bolşeviklərlə danışıqlar və ölümü
redaktəUzun-Hacının siyasi rəqibləri onun "Soldan sağa yazanların hamısını asmaq üçün bir ip hörürəm" ifadəsini işlətdiyini qeyd edirlər. Lakin Uzun-Hacı özü bu iddianı rədd edirdi. O, özü bu barədə "Tanq-Çolpan" jurnalında belə yazırdı:
Bu cür cəfəngiyatı necə deyə bilərdim? Axı dünyəvi mədəniyyət olmadan biz keçinə bilmərik! Həkimlər və ya mühəndislər kimi mütəxəssislərimiz olmasa da, başqa yerlərdən dəvət olunmalıdırlar... Bir din xadimi olaraq xalqı çağırdığım şəriəti bütünlüklə bərpa etmək istəyirəm |
1920-ci il mart ayının sonunda bolşeviklər onsuz da ağır xəstə olan Uzun-Hacıya məktub göndərdilər. Məktubda əmirdən Şimali-Qafqaz əmirliyinin buraxılması tələb olunurdu: "Təmsilçilərinizlə danışıqlardan sonra Sovet hakimiyyətini qəbul etdiklərini öyrəndik. Bizim hakimiyyəti Çeçenistan və Dağıstanın imamı olaraq qəbul edirsinizsə, bunu xalqlarınıza elan edin və aramızda dostluq əlaqələri qurulacaq. Bunu nəzərə alaraq Sovet hökuməti sizi Şimali Qafqaz Müsəlmanları imamı və mənəvi lideri kimi tanıyır. Siz də bundan sonra Sovet hakimiyyətinə xalqlara münasibətinizi elan edərkən vəzifələrinizi tərk etməli və hakimiyyətinizi insanların özlərinə qaytarmalısınız. Bütün idarəedici qurumlarınız ləğv olunmalıdır. Bütün hakimiyyət Mərkəzi Hökumətə təhvil verilməlidir. Maliyyə məsələlərinə gəlincə, bu haqda Mərkəzdən təlimat alındıqdan sonra qərar veriləcək. Hər halda Sovet hökuməti müqəddəs Quranınıza və dininizə toxunmayacaq".
Uzun-Hacı bolşeviklərin bu şərtlərini qəbul etməkdən imtina etdi. Lakin məktubu aldıqdan bir neçə gün sonra, 1920-ci il martın 30-da vəfat etdi. Uzun-Hacıdan sonra əmir rütbəsini İnxo kəndinin sakini Şeyx Dərviş Məhəmməd qəbul etdi. Amma bir neçə gün sonra Şimali-Qafqaz əmirliyi fəaliyyətini dayandırdı.
İstinadlar
redaktə- ↑ 1 2 Нахибашев Махач Закарьяев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни [1] Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 "Дата Туташхиа. Узун-Хаджи Салтинский. Часть 2". 2014-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ «Узун» означает «маленький» (Б. Кузнецов. 1918 год в Дагестане Arxivləşdirilib 2012-12-20 at the Wayback Machine)
- ↑ Джамбулатов Р. Т. Погромы 1918 года в Хасавюрте // Вопросы истории, № 6, Июнь 2007, с. 143—146
- ↑ Alex Marshall. The Caucasus Under Soviet Rule. 2010.
- ↑ "Газават.ру :: История — Гражданская война — ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ Гилани Турашев Сколько генералов-чеченцев в России? Arxiv surəti 12 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine
- ↑ "… İnaluk Arsanukayev Dışninski ... Milliyyətcə çeçen, Çar Rusiyasında kiçik bir kənddə icra məmuru - polis rəisi vəzifəsini icra etmişdir. Gürcü kniginyası Dışninski ilə evləndikdən sonra Dışninski knyaz titulunu almışdır". — bax. Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006 Arxivləşdirilib 2020-02-23 at the Wayback Machine
- ↑ "Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006". 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ Н.Л. Янчевский. "Гражданская борьба на Северном Кавказе" т.2 (Северо-Кавказская краев. юбилейная комис. по проведению празднования 10-й годовщины Октябрьской революции и С.-К. крайиспарт.). Ростов-на-Дону: Севкавкнига. 1927. 138.
Ədəbiyyat
redaktə- Вайнахи и имперская власть: проблема Чечни и Ингушетии во внутренней политике России и СССР (начало XIX — середина XX в.) — М.: Российская политическая энциклопедия (РОССПЭН); Фонд «Президентский центр Б. Н. Ельцина», 2011. — 1094 с.: карты. — (История сталинизма. Документы). ISBN 978-5-8243-1443-4
- Джамбулатов Р. Т. Погромы 1918 года в Хасавюрте // Вопросы истории, № 6, Июнь 2007, с. 143—146
- Из доклада генерал-майора штаба Кавказской армии Б. П. Лазарева помощнику главнокомандующего Добровольческой армией А. М. Драгомирову о положении на Северном Кавказе в 1918 г. // Вайнахи и имперская власть: проблема Чечни и Ингушетии во внутренней политике России и СССР (начало XIX — середина XX в.) — М.: Российская политическая энциклопедия (РОССПЭН); Фонд «Президентский центр Б. Н. Ельцина», 2011. — 1094 с.: карты. — (История сталинизма. Документы). ISBN 978-5-8243-1443-4
- Коренев Д. З. Революция на Тереке. — Орджоникидзе, 1967
- Кузнецов Б. М. 1918 год в Дагестане // Сопротивление большевизму. 1917—1918 гг. (Сост.С.В.Волков). — М.: ЗАО Центрполиграф, 2001. — 606 с. — ISBN 5-227-01386-1
- Съезды народов Терека. Т. I. — Орджоникидзе: Ир, 1977
- Шкуро А. Г. Гражданская война в России: Записки белого партизана. — М.: ООО «Издательство ACT»: ООО «Транзиткнига», 2004. — 540, [4] с. — (Военно-историческая библиотека). — ISBN 5-17-025710-4
Xarici keçidlər
redaktə- М. Н. Нахибашев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни. Махачкала: ИД «Эпоха», 2009—208 с.
- Mücahidlərin Dağ Monarxiyası — Şimali-Qafqaz əmirliyinin dövlət somvolu, 1919—1920-ci illər. (rus.)
- «Əmir Uzu-Hacının pulları» (rus.)
- Фотография Узун-Хаджи с женой (rus.)
- М. Кемпер. К вопросу о суфийской основе джихада в Дагестане (rus.)