Uzunyarpaq Nane - Wikipedia
Uzunyarpaq nanə (lat. Mentha longifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü.
Uzunyarpaq nanə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Uzunyarpaq nanə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
redaktəHündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyul (iyun)-avqust aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir. Yarpaqları oturaq və ya aşağı yarpaqları çox qısa saplaq üzərindədir, yumurtaşəkilli-uzunsov və uzunsov-neştərvari formayadək dəyişir, sivri və ya qısa sivriləşmişdir, qaidə hissəsi dəyirmi və ya zəif ürəkşəkillidir, demək olar ki, gövdə həcmini artırandır, kənarları qeyri-bərabər mişarvari-dişlidir, üst tərəfdən göyümtül-yaşıl rəngdədir, tüklüdür, alt tərəfdən ağ keçə-tüklüdür. Çiçək qrupu sıx silindrik sivriləşmiş sünbül şəklində olub, gövdənin və budağın sonunda yerləşmişdir. Tacın uzunluğu 4-5 mmdir, çəhrayı rənglidir, kasacıqdan iki dəfə uzundur. Bölümləri uzunsovdur, borucuğa bərabərdir, yuxarısı biraz daha enlidir. Fındıqcalar deşik-deşik və yumurtaşəkilli olub, təpə hissəsi tüklüdür.
Mənşəyi və yayılması
redaktəUzunyarpaq nanə boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Skandinaviya, Atlantik və Orta Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya, İran, Əfqanıstan, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanda arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bütün rayonlarda bitir.
Ekoloji qrup və bitdiyi yerlər
redaktəHiqromezofitdir, çal-çəmən, subataqlıq və alaq bitkilik tiplərində rast gəlir. Rütübətli, nəmli talalarda, çay, göl, bulaq və digər su tutarlarının kənarlarında, bataqlıqda, bağ və bostanlarda bitir. Qrup (5-10 fərd) və zolaqlar əmələ gətirir.
Kimyəvi tərkibi
redaktəKumarin, flavonoid, efir yağı, C, K, PP, E vitaminləri, aşı maddələri, steroid, antosian, fenolkarbon və üzvü turşularla zəngindir.
Təsiri və tətbiqi
redaktəUzunyarpaq nanə müxtəlif ölkələrin farmakopeyasına daxil olan ofisinal dərman bitkisidir. Eksperimental, Çin və xalq təbabətində, farmakologiyada geniş tətbiq edilir, Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Əsasən mədə, dalaq, ürək-damar, əsəb, nevralgiya, hipertoniya, epilepsiya, sarılıq, revmatizm, öd kisəsinin daşı, qadın xəstəliklərində, ishal, kəskin respirator infeksiyalar, köp, həzm prosesinin pozulması, yuxusuzluq, stomatit və diş ağrısı zamanı istifadə olunur. Bəlqəmgətirici, diuretik, ağrıkəsici, hemostatik, sedativ, işlədici, antiseptik, antibakterial, antifunqal, antioksidant təsirə malikdir.
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri və toxumları cövhər, tinktura, dəmləmələr və efir yağı şəklində istifadə edilir.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
redaktəYerüstü hissəsi əczaçılıq və kosmetik-ətriyyat sənayesində tətbiq edilir, habelə qida və ədviyyə kimi istifadə olunur. Dekorativ, bal və çiçək tozu verən bitkidir.
Azərbaycanda yayılması
redaktəBQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Talalarda, rütübətli, nəmli talalarda, çay, göl, bulaq və digər su tutarlarının kənarlarında, bataqlıqda, bağ və bostanlarda bitir.
Yaşayış mühiti
redaktəMeşə talalarında, çay, göl, bulaqların rütubətli sahillərində, suvarma kanalları boyunca, bataqlıqların kənarında, bağ və bostanlarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
redaktəQədimdən ədviyyat kimi, eləcədə efiryağlı və balverən bitki kimi əkilir və istifadə olunur. Əczaçılıqda, sabunbişirmə və parfümeriya sənayesində tətbiq olunur.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Mentha spicata var. longifolia L.
- Mentha spicata subsp. longifolia (L.) Tacik
Yarımnövləri
redaktə- Mentha longifolia var. amphilema Briq. ex Rech.f.
- Mentha longifolia var. asiatica (Boriss.) Rech.f.
- Mentha longifolia var. austroafghanica Rech.f.
- Mentha longifolia subsp. capensis (Thunb.) Briq.
- Mentha longifolia var. chlorodictya Rech.f.
- Mentha longifolia var. kermamensis Rech.f.
- Mentha longifolia var. kotschyana (Boiss.) Briq.
- Mentha longifolia subsp. longifolia
- Mentha longifolia var. muqarrabica Shinwari & Chaudhri
- Mentha longifolia subsp. noeana (Briq.) Briq.
- Mentha longifolia var. petiolata Boiss.
- Mentha longifolia var. schimperi (Briq.) Briq.
- Mentha longifolia var. swatica Shinwari & Chaudhri
- Mentha longifolia subsp. typhoides (Briq.) Harley
- Mentha longifolia subsp. wissii (Launert) Codd