Vuqar Qurbanov - Wikipedia
Vüqar Qurbanov — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru[1]
Vüqar Qurbanov | |
---|---|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyininin icraçı direktoru | |
Vəzifədədir | |
8 sentyabr 2022-ci il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vətəndaşlığı | Azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
İxtisası | Müalicə işi |
Fəaliyyəti | dövlət rəsmisi |
Həyatı
redaktəVüqar Qurbanov 1977-ci ildə anadan olub. 1994-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2001–2003-cü illərdə təhsilini Türkiyə və Rusiyada davam etdirmiş və aspirantura təhsili almışdır. Beynəlxalq və yerli elmi konqreslərdə məruzəçi kimi çıxış etmişdir.
Fəaliyyəti
redaktə2000–2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001–2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri və 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri kimi çalışıb. 2021–2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib.[2] 8 sentyabr 2022-ci ildə TƏBİB-in icraçı direktoru təyin edilib[3][4]
Mükafatları
redaktəİstinadlar
redaktə- ↑ "Vüqar Qurbanov". /tabib.gov.az. İstifadə tarixi: 23 may 2024.
- ↑ "report.az". TƏBİB sədrinin səlahiyyətlərini icra edən Vüqar Qurbanov. 13 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
- ↑ "TƏBİB-in icraçı direktoru təyin edilib". oxu.az. 8 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
- ↑ "Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edildi". its.gov.az. 28 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
- ↑ Müdfaiə sənayesi naziri Mədət Quliyevin əmri ilə 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgilərdində göstərdiyi dəstəyə görə təltif olunub
- ↑ "Vüqar Qurbanov Müdafiə Sənayesi Nazirliyinin medalı ilə təltif olunub". innews.media. 23 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
- ↑ "Vüqar Qurbanov Müdafiə Sənayesi Nazirliyinin medalı ilə təltif olunub". aztibb.az. 23 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
Həmçinin bax
redaktə- Vüqar Qurbanov: İlk növbədə tibbi turizm xidmətini Yeni Klinika üzərindən həyata keçirməyi düşünürük
- Vüqar Qurbanovun səlahiyyəti artırıldı
- Vüqar Qurbanov 3D verilişində
- TƏBİB-ə icraçı direktor təyin edildi
- Vüqar Qurbanov: "Randevu sistemi bütün tibb müəssisələrində tətbiq olunacaq"
- Vüqar Qurbanov: "İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoydu"
- "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Nizamnaməsi
Xarici keçidlər
redaktə- "TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov". /www.youtube.com. İstifadə tarixi: 23 may 2024.
- "Vüqar Qurbanov: Bütün tibbi xidmətlər bir mərkəz altında əhaliyə təqdim olunacaq". www.youtube.com. İstifadə tarixi: 23 may 2024.
- "Vüqar Qurbanov: TƏBİB-in işçi heyəti formalaşdırılacaq". www.youtube.com. İstifadə tarixi: 23 may 2024.