Venend - Wikipedia
Vənənd — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]
Vənənd | |
---|---|
38°56′30″ şm. e. 45°55′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəAzərbaycanın qədim yaşayış məntəqələrindəndir. Erməni tarixçisi Moisey Xorenlinin (V əsr) məlumatına görə bu oykonim ədim türkdilli bulqarlardan Vahandur Vəndin adı ilə bağlıdır. Qafqazdan şm-da və qara dəniz sahillərində yaşamış bulqarlar m.ö. II əsrdə Cənubi Qafqaz ərazisinə gəlmiş və binasını qoymuş olduqları yaşayış məntəqələri də tayfanın başçısının adı ilə bağlı olmuşdur(Vənənd). XII əsrdə Qars vilayətində Vənənd yaşayış məntəqəsi və Vənənd mahalı qeydə alınmışdır. Yaşayış məntəqəsi hələ erkən orta əsrdə oradan gəlmiş ailələrin Naxçıvanda məskunlaşması nəticəsində yaranmış və ona köhnə yurdun adı verilmişdir. Tədqiqatçıların bir qisminin ehtimalına görə toponim Azərbaycanın məhçur Əlvəndi tayfasının adından götürülmüşdür. Oykonim hər iki halda etnotoponimdir.
Tarixi
redaktəVənənd Azərbaycanın tarixi yaşayış məntəqələrindəndir. Vənəndlilərin adı ilə bağlıdır. Buradakı qədim qəbiristandan qoç formalı qəbirüstü daş abidələr tapılmışdır. Mənbələrdə orta əsrlərdə Naxçıvan tüməninin Giran bölgəsində kənd olduğu qeyd edilir. Vənənddə İranın siyasi xadimi, tarixçi Məhəmməd Cüveyni (1225-83) tərəfindən layiqli xanəgah tikilmiş, ona əmlak vəqf edilmişdir. Vənənd 18-ci əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinin tərkibində idi. Bu dövürdə kəndin gəliri 12.783 axça təşkil edirdi. Vənənddə orta əsrlərə aid tarixi-memarlıq abidələrindən məscid, hamam və s. qalıqları saxlanmışdır. Şair Qüdsi Vənəndi bu kənddə doğulmuşdur.[2]
Mədəniyyəti
redaktəKəndin orta məktəbi, kitabxanası, mədəniyyət evi, musiqi məktəbi, xəstəxanası, körpə evi var.
Coğrafiyası və iqlimi
redaktəRayonun mərkəzindən 17 km şimal-qərbdə, Vənəndçayın sahilində, Ordubad-Unus avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyindədir.
Əhalisi
redaktəƏhalisi 2455 nəfərdir.[3]
İqtisadiyyatı
redaktəƏhalisi taxılçılıq, meyvəçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- ↑ "Vənəndkəndi". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Həmçinin bax
redaktə Ordubad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |