Vendam - Wikipedia
Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır.[2]
Vəndam | |
---|---|
40°58′53″ şm. e. 47°50′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəOykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktə- Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə.[4]
- Vəndam qalası
Coğrafiyası və iqlimi
redaktəQəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.[4]
Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir. "Duyma" sağlamlıq və istirahət mərkəzi, "Semerana", "7 gözəl pansionatı" ilə məşhurdur.[4]
Əhalisi
redaktəQəsəbənin əhalisi 2008-ci ilin əvvəlinə olan məlumata görə 8,5 min nəfərdir.[5] Hal-hazırda 9 min nəfərə yaxın əhalisi var.[4]
- Polad Həşimov — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycanın Milli Qəhrəmanı.
İqtisadiyyatı
redaktəQəsəbədə çox sayda meyvə bağları və taxıl zəmiləri var.[4]
Təhsil
redaktəQəsəbədə 3 orta təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1 saylı orta məktəbdir. Vətən uğrunda şəhid olmuş Eldəniz Mehdiyevin adını daşıyan məktəb Bakı-Qəbələ magistral yolunun sol kənarında, qəsəbə mərkəzində yerləşir. Məktəbin 1250 şagirdi, 150 ixtisaslı müəllim heyəti var. Bu qəsəbənin hər il orta məktəb məzunlarından 90 faizi ali təhsil ocaqlarına daxil olur. 20 nəfərdən artıq alimi və bir neçə elmlər doktoru ilə öyünən vəndamlılar ziyalılıq səviyyəsi ilə öndə gedir.[4]
Şəkillər
redaktə-
Vəndam kəndinin qayalıqları və meşələri
İstinadlar
redaktə- ↑ https://www.stat.gov.az/map/az/05_3/005_3_dem.xls.
- ↑ "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ Vəndam // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ 1 2 3 4 5 6 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Vəndam qəsəbəsi". 2011-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-13.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |