Verende Nahiyesi - Wikipedia
Vərəndə mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. 1747-ci ildən 1822-ci ilədək mövcud olub.
Vərəndə mahalı | |
---|---|
Ölkə |
Etimologiyası
redaktəQarabagın mahallarından birinin adı. Quruçay, Kirs və Kirs dağından Əlibaba düzünə qədər olan ərazinin əhatə edirdi.[1]. Peçeneq və qıpçaq tayfalarından birinin adıdır. Rus salnamələrində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berende adı da çəkilir. Bir məlumata görə Bərəndə oğuz tayfalarındandır (İst., II s. 346–347). N. A. Baskakova görə, Rus salnamələrində adları çəkilən Tork, (Türk), Berende və Köv tayfaları Uz tayfasının qolları idi. (Baskakov İqorove, s.79). XIII əsrin əvvəllərində monqolların Cənub-şərqi Avropada hakimiyyətindən sonra Bərəndə (Vərəndə) tayfasının bir hissəsi Bolqarıstan və Macarıstana getmiş, digər hissəsi Dərbənd keçidi ilə Azərbaycana gəlmişdir.
Rus tədqiqatçılarına görə Berede tayfasının kürenləri (türk dillərində min alaçıqdan ibarət hərbi düşərgə) "Kurel" adlanırdı. İndi də rusların Vladimir-Suzdal knyazlığı ərazilərində Berende və Berendeyevo adlı məntəqələr vardır (Poloviy, s. 74). Bir fikrə görə, əslən Peçeneqlərdən olan Vərəndə və Qov tayfaları Cənub-şərqi Avropada erkən orta əsrlərdə qıpçaqlara qarışmışdır (Materialı po istorii karakalpakov. M. X., 1935, s.13). Yuxari Qarabagda Vərəndə (Bərəndə) mahal adı bu elin adını əks etdirir, lakin qıpçaqların Tərtər və türk tayfalarının adlarını əks etdirən coğrafi adlar VII əsrə aid mənbədə cəmiyyətinə görə həmin tayfaların göstərilən əsrdən əvvəl burada yaşaması fikrini Vərəndə yer adına aid etmək olmur. Ona görə də Bərəndə tayfasının Yuxari Qarabağda məskunlaşma vaxtını müəyyənləşdirmək çətindir, lakin Yaqut əl-Həməvinin (XIII əsr) Cənubi Azərbaycan ərazisində, Qəzvin ilə Xalxal arasında Bərəndək məntəqə adının çəkməsi göstərir ki, bu el hər halda, XII əsrdən əvvəl Azərbaycan ərazisində yaşayırdı. XIX əsrdə Tiflis quberniyasının Axalsıx qəzasında Varanta (xarabalıq kənd adı), Şimali Qafqazda Terek əyalətinin Qroznı dairəsində Böyük Varanta və Kiçik Varanta, Soçi dairəsində Verendeçay kənd adları ilə mənşəcə eynidir.[2]
Tarixi
redaktəƏski-əntiq çağlarda Vərəndə mahalının ərazisində qıpçaq türkləri yaşayırdı. Bu türklər oturaq biçimində dövran keçirib sənətkarlıqla məşğul olurdular. Zaman keçdikcə bu tayfalar peşələri ilə ilgili adlanmağa başladılar. Çanaqçı, çölməkçi, qaşıqçı, qıyıqçı, yaycı, yəhərçi və başqa adla Qarabağda çavlandılar.
Sonra mahalın ərazisinə oğuz türkləri köçdülər. Hər iki türk qrupundan olan tayfalar əl-ələ verib mahalda xoş güzəran keçirirdilər. 1332-ci ildə Sultan Əbu Səid Bahadur xan Elxanlı Məhəmməd bəy Baytmış bəy oğlu Quşçunu Qarabağa hakim təyin etdi. Məhəmməd bəy Qıpçaq tayfasından idi. Qarabağa gələrkən öz eli olan quşçuları da gətirdi. Quşçulardan bir oymaq Vərəndə mahalında yerləşdi.
Feodal ara savaşları dönəmində mahal ərazisində yaşayan türklərin əksəriyyəti digər bölgələrə köçürüldülər.
Vərəndə mahalın sınır-sərhədləri haqqında tarixçi Mirzə Yusif Qarabağı yazır: "Ikinci Vərəndə mahalıdır ki, o, Kirs dağından başlayaraq Əlibaba (Əlibala) düzənliyinə qədər uzanır. Eni Kirs dağından Şuşakənd çayına və Xəlifəliyə qədərdir. Bu ərazi çox gəlirli və məhsuldardır. Burda buğda və başqa dənli bitkilər yaxşı yetişir". Vərəndə mahalı şimalda Şuşa şəhəri, şərqdə Kəbirli, cənubda Cavanşir-Dizaq, qərbdə Qaraçorlu mahalları ilə çevrələnirdi. Mahalın başkəndi Çanaqçı şenliyi idi. Vərəndə mahalına Füzuli bölgəsinin Divanəlilər, Qacar, Hacıyüzlü (Veysəlli kəndinin bir hissəsi) bağlanmışdı.
1712-ci ildən bölgəyə edilən dağıstanlı və şirvanlıların basqınlarından birində Dizaq və Vərəndə mahalının əhalisi əsir aparılmışdır. Vərəndə məliyi Bağır əsir xristiyanları — erməniləri hədiyyələr və pul qarşılığında əsirlikdən azad edə bilmişdir.[3][4]
Əhalisi
redaktəVərəndə məliklərindən Mirzəbəy adlı birisini Nadir şah Əfşar hansısa cinayətdə müqəssir bilib edam etdirmişdi. "Müfəssəl dəftər"ə görə, XVIII əsrin I yarısında Vərəndə nahiyəsi birbaşa Gəncə-Qarabağ bəylərbəyinə daxil idi. Nahiyənin ən böyük kəndləri 143 qeyri-müsəlman kişinin qeydə alındığı Şuşikənd və 35 qeyri-müsəlman kişinin yaşadığı İsfahanceq kəndləri idi. Nahiyə sakinləri buğda, arpa, darı, çəltik yetişdirir, maldarlıq və arıçılıqla məşğul olurdular. Bəzi kəndlərdə (məsələn, Şeyx Dursun kəndində) pambıq əkir, ipəkçiliklə məşğul olurdular. Nahiyənin Şütədaş, Vərəndəçik, Dovşanlı, Qarıqışlaq, Əlməlik, Qıindura, Qalıgədik, Qaraçuq, Rudxanəyi-Pirəhməd, Söyüdlü, Keçiqıran Dövlətyar, Musəlləm, Qozluq, Həməgərək kəndlərində və Yağlıca, Dirvan, Quşçu, Sülüklü, Yaycı, Qoyluqam, Dahış, Şamtaq, Baba Həmzə, Ağqaya, Əmirxan, Üçdərə, Ağcakənd, Cuhudlar, Kətəlparaq, Mərvan, Ömərli, Tərlan, Bərxudarlı, Talib, Şərəfabad, İrəvan, Cəqəcim- məqaş, Güzinabad, Üryan, Küdük məzrələrində heç kim yaşamır, onların tarlalarında qonşu kəndlərin sakinləri dənli bitkilər əkirdilər. Cəmi 24 kəndi əhatə edən bu mahalda 625 (297-si vergi ödəyən, 328-i ödəməyən) ailə vardı. Ən iri kəndləri 57 ailə yaşayan Ağali, 41 ailənin yaşadığı Zardanişin, 34 ailənin yaşadığı Qayatıq və 97 ailənin yaşadığı Şuşakənd kəndləri idi. Mahalda xristianlar çoxluq təşkil etsə də, müəyyən qədər müsəlman yaşayırdı. 57 ailənin yaşadığı Ağali kəndində yalnız müsəlmanlar, Şuşakənddə isə qeyri-müsəlmanlarla yanaşı, ən azı 8 azərbaycanlı ailəsi yaşayırdı. Beləliklə, mahal əhalisinin 10,40%-ni müsəlmanlar, 89,60%-ni isə xristianlar təşkil edirdi. Mahal üzrə xəzinə ildə 3506 manat 78 qəpik və 222 əşrəfi gəlir əldə edirdi. Mahalı məlik Qəhrəman idarə edirdi.[5]
1728-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Qarabağ livası (Bərəndə Sığnaq) inzibati–ərazi nahiyə.
Bərəndə Nahiyəsi’nin toplam 94 vergi ünitəsi bulunmaqtadır. Bunlar; 65 kənd və 29 məzradan ibarəttir. Bu kəndlərdən 35’nin tam tahrir dökümü verilmişdir. Otuz kənd ise boş və kimsəsiz olub onların yalnız vergi hasılatı qeyidlərə geçmişdir. Tahriri yapılmış 35 köyün 21’de toplam 64 değirmen bulunmaktadır. Bu dəyirmanlərdən toplam 7.680 akçə vergi alınmaqtaydı (Tablo 21).
- 1 Çanaqçı (Xocalı) 10 1200
- 2 Keşişkənd 1 120
- 3 Cəmiyyət 4 480
- 4 Qağazça 5 600
- 5 Kəpənək 4 480
- 6 Eszor ? 4 480
- 7 Hacıözü 1 120
- 8 Güney Çartaz 1 120
- 9 Arpadöşü 1 120
- 10 Sarıbəyli [1] 120
- 11 Tağavert 3 360
- 12 Şeyh Dursun 3 360
- 13 Qaraxan 3 360
- 14 Kəndəhurd 4 480
- 15 Müşkapat 3 360
- 16 Keşiş 2 240
- 17 İsfahancıq 2 240
- 18 Kuzay Çartaz 2 240
- 19 Şuşikənd 6 720
- 20 Sərkələn 3 360
- 21 Çəğadiz 1 120
Naiblər
redaktəTitul | Adı | Başlanığıc | Son |
---|---|---|---|
Naib | IV Məlik Şahnəzər | 1747 | 1791 |
Naib | Məlik Cümşüd bəy | 1791 | 1812 |
Naib | Məlik Xudadad bəy | 1812 | 1822 |
K. A. Zubarevin 1830-cu ildə gen.-adyutant Strekalova ünvanladığı yazı-dan aydın olur ki, Qarabağda mahal naibləri sakinləri sıxışdırır, iğtişaş yara-dırlar. Vərəndə mahal naibi prap. məlik Xudadad başqalarını da ötüb. Əxlaqsız və sərxoş bir davranışla o öz hay-küylü və sərxoş xidmətçiləri ilə kəndlərdən keçərək əsassız olaraq sakinləri cəzalandırır. Onun mirzəsi və xidmətində olanları da belə edirlər. Qeyri-qanuni olaraq xəzinə kəndlilərindən hər kotan və cütdən dörddə bir buğda götürür, pul cərimələri və rüşvət alır[7].
İstinadlar
redaktə- ↑ "Qarabağnamələr" II s.13
- ↑ "YUXARI QARABAGIN TOPONIMLƏRI – Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
- ↑ Есаи Гасан-Джалалян, "Краткая история страны Агванк" (1702–1722), Bakı, 1989, səh: 29–30
- ↑ Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, Şuşa Nəşriyyatı, 2000, səh: 15
- ↑ "Arxivlənmiş surət". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
- ↑ "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-18.
- ↑ АКАК (Акты, собранные Кавказской Археографической Комиссией). т. IV, Тифлис, 1870, 1015 s; т. VI, I h. Тифлис, 1874, 941 s; т. VI, II h. Тифлис, 1875,950 s; т. VII , Тифлис: Типография главного управления наместника Кавказского, 1878, 994 s., VII c., 464
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Vərəndə mahalının tarixi. "Soy" elmi-kütləvi dərgi, 2008, № 11, səh.71–80.