Verdek Vilayeti - Wikipedia
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Vərdək vilayəti | |
---|---|
دایکندی | |
34°24′ şm. e. 68°24′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Meydanşəhr |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 2.848 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-WAR |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəVilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər[2], inzibati mərkəzi Meydanşəhr şəhəridir.[3]
Əhalisi
redaktəƏhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.)[4] təşkil edir.[5]
Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb.[4] Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir.[4] Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar.[4] Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar.[4]
Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan[6] köçürülmüşlər.[4] Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.[4] Dinləri islam (şiə qolu) dinidir.[4] Etnik kökən baxımından əsasən afşar türklərindən ibarətdirlər. Kompakt şəkildə vilayətin Hisai-Əvvəli Behsud və Dəy-Mirdad rayonlarında yaşayırlar.[4]
Taciklər viləyətin mərkəzi Maydanşəhr şəhəri ətrafında və Hisai-Əvvəli Behsud rayonunda yaşayırlar.[4]
Həzaralər şiə-islam etiqadlı türk-monqol kökənli xalqdır.[4] Vilayətin əsasən Mərkəzi Behsud, Cağatu, Nirx və Day Mirdad rayonlarında məskunlaşıblar.[4]
Kuçilər az sayda olmaqla vilayətin Cəlriz, Hisai-Əvvəli Behsud, Mərkəzi Behsud, Nirx və Dəy-Mirdad rayonlarında yaşayırlar.[4]
İnzibati quruluşu
redaktəVilayət inzibati cəhətdən Meydanşəhr, Cəlriz, Hisai-Əvvəli Behsud, Mərkəzi Behsud, Dəy-Mirdad, Çəki Vərdək, Seydabad, Nirx və Cağatu rayonlarına bölünür.[5]
İstinadlar
redaktə- ↑ Estimated Population of Afghanistan 2020-21 (ərəb.). الجهاز المركزي للإحصاء.
- ↑ "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
- ↑ "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-10.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Program for Culture & Confilict Studies". 2015-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.
- ↑ 1 2 "Wardak". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-10.
- ↑ "Countries and Their Cultures: Qizilbash". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-11.