Vesiqe - Wikipedia
Şəxsiyyət vəsiqəsi[1] (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi,[2] az.-əski. هوویت ورقهسی) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə.
Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Vəsiqələrin növləri
redaktəŞəxsiyyət vəsiqəsinin 2 növü vardır:
- 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
- 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
Dövlət rüsumu haqqında məlumat
redaktə16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat
Vəsiqə necə verilir?
redaktə16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
- 1. ərizə-anket;
- 2. doğum haqqında şəhadətnamə;
- 3. qan qrupu haqqında tibbi arayış;
- 4. valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.
16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
- 1. ərizə-anket ;
- 2. şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
- 3. şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə;
- 4. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
- 5. Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
- 6. 3 ədəd fotoşəkil (rəngli 3x4);
- 7. dövlət rüsumunun ödənilməsi barədə qəbz;
- 8. şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd;
Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin sənədləri. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər:
- 1. Vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda — hərbi xidmət başa çatanadək;
- 2. Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
- ↑ "Elani-rəsmi" (PDF). Azərbaycan (az.). 24 oktyabr 1918. İstifadə tarixi: 5 sentyabr 2023.