Veten Opera - Wikipedia
Bu məqalə "Vətən" operası haqqındadır. Digər mənalar üçün Vətən (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Vətən" operası — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və İkinci Dünya müharibəsinə həsr etdikləri dörd pərdəli opera [1] . Dövlət mükafatına layiq görülüblər.
Tarixçə
redaktəQara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdiyi "Vətən" operası 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Operaya quruluş verən rejissor İsmayıl Hidayətzadə, rəssamı İzzətxan Səidov idi. Dirijor Maestro Niyazi idi.
Müəlliflərə bu operaya görə Stalin mükafatı verildi.
Məzmun
redaktəHadisələr alman-faşist işğalçılarının SSRİ torpaqlarından qovulmağa başlandığı dövrdə baş verir. Əsərdə çoxmillətli sovet xalqının apardığı ümumi azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. İkinci Dünya müharibəsində rəşadət göstərən Azərbaycan xalqının qəhrəman oğulları "Vətən" operasında bədii surətlərdə əbədiləşdirilmişdir.
Surətlər: Aslan, Mərdan, Dilbər, Baxşı, Aşıq Səlim, alman zabiti və b.[2]
Qaynaqlar
redaktə- ↑ Üzeyir Hacıbəyov. - Sovet Azərbaycanın çiçəklənən incəsənəti Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. «Vətən uğrunda» jurnalının 1945-ci il 2—3-cü nömrələri
- ↑ Əfrasiyab Bədəlbəyli. - "Vətən" operası Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine