Vi Mehemmed - Wikipedia
Məhəmməd VI bən Əl-Həsən (ərəb. الملك محمد السادس للمغرب; 21 avqust 1963[1][2][…], Rabat) — 1999-cu ildən Mərakeşin kralı.
VI Məhəmməd | |
---|---|
ərəb. محمد السادس بن الحسن/ Mohammed VI ibn hassan | |
Mərakeş kralı | |
Vəzifədədir | |
23 iyul 1999-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Rabat, Mərakeş |
Fəaliyyəti | Kral, monarx, siyasətçi, hərbi lider[d] |
Həyat yoldaşı | |
Ailəsi | Ələvilər sülaləsi |
Dini | Müsəlman |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd VI bən Əl-Xəsən 21 avqust 1963-cü ildə Mərakeşin paytaxtı Rabat şəhərində anadan olmuşdur. Ələvilər sülaləsinə aiddir. 2002-ci ilin martında 24 yaşlı İT mütəxəssisi Lalla Salma adlı xanımla evlənib. 2018-ci ildə onlar boşandılar, cütlüyün yollarının ayrılmasına nəyin səbəb olduğu bilinmir.[3]
Mərakeş kralı II Həsənin böyük oğludur. Ailədə ikinci uşaqdır. 1999-cu ildə atasının ölümündən sonra Məhəmmədin inauqurasiyası keçirilib və orada onu əhaliyə iqtisadiyyatı inkişaf etdirəcəyi vədlərinə görə “yoxsulların kralı” kimi təqdim ediblər. Ələvilər sülaləsinin 18-ci kralıdır. Ələvilər sülaləsi 1666-cı ildən başlayaraq Mərakeşin hakimiyyətini öz əllərində saxlayırlar.
Sərvəti
redaktəVI Məhəmməd 2,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı monarxlarından biri hesab olunur və iqtisadiyyatın bütün aparıcı sahələrini öz əlində cəmləşdirib. Onun qarajında “Maybach”, “Aston Martin”, “Ferrari” və onlarla digər dəbdəbəli və tuninq avtomobillər var. Dəyəri 1,2 milyon dollar olan brilyantlarla bəzədilmiş ağ qızıldan saat taxan monarx 12 sarayın saxlanmasına külli miqdarda pul xərcləyir, üç ulduzlu “Mişlen” restoranlarda şam edir, xarici səfərlərə 300 nəfərin müşayiəti ilə gedir. Monarxın özünün xərcləri Mərakeş vergi ödəyicilərinə ildə 353 milyon dollara başa gəlir ki, bu da Britaniya kraliçası II Yelizavetanın xərclərindən 18 dəfə çoxdur.[3]
İstinadlar
redaktə- ↑ Rauch R. Muhammad VI // Encyclopædia Britannica (ing.).
- ↑ Mohammed VI, roi du Maroc // AlKindi.
- ↑ 1 2 "Kasıbların kralı: xalqı aclıq çəkir, özü dəbdəbə içində üzür". 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-10.