Vahan Dehlizi - Wikipedia
Vahan dəhlizi (fars. واخان) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir[1]. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir[2]
Ümumi məlumat
redaktəBu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir[3]. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır. Bu bölgədə həmçinin ən böyük saat ayrılığı izlənilir ( UTC+04:30 Əfqanıstan və UTC+08:00 Çin arasında)[4]. Vahan dəhlizi ərazisindən Vahan-Dərya, Pamir çayları öz başlanğıcını götürür və sonda Pənc çayına birləşirlər. Qərbi Vahan dəhlizində, Pənc çayı boyu peştu-tacik sərhədi keçir. Məhz vadinin qərbində, əyalətin mərkəzi şəhəri olan İşkasım yerləşir. Vahan dəhlizi vasitəsilə vaxtilə məşhur səyyah Marko Polo keçmişdi[5]. Bölgə əhalisinin sayı (2010) 12 min nəfərdir[6]. Böıgə əhalisinin çoxu vahanlardan və Pamir Qırğız Türklərindəndir.
Tarixi
redaktəDünya xəritəsində bu ərazi Britaniya İmperiyası ilə Rusiya imperiyası arasında baş verən "Böyük oyun" nəticəsində meydana gəlmişdir. Böyük oyun bu iki güc arasında, [[Cənubi Asiya və Türküstan uğurunda gedən geosiyasi mübarizə idi. 1895-ci ildə Britaniya Hindistanı ilə rus Türküstanı arasında qoruyucu bölgəsi yaratmaq amacı ilə Vahan dəhlizi bölgəsi Əfqan əmirliyinə verildi[7]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Aga Khan Development Network (2010): Wakhan and the Afghan Pamir" (PDF). 2011-01-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ Автор: Линсдей Гиффин, UK. Перевод: Елена Смирнова, Ялта, Крым. Афганистан. Ваханский коридор. Arxivləşdirilib 2021-01-22 at the Wayback Machine
- ↑ World | Fri Jun 12, 2009 6:54am EDT. FACTBOX-Key facts about the Wakhan Corridor Arxivləşdirilib 2015-11-06 at the Wayback Machine
- ↑ "10 интересных фактов о часовых поясах". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "Ваханский коридор. Ваханский район. Достопримечательности Памира". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "WAKHAN CORRIDOR JOURNAL". 2015-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- ↑ "International Boundary Study of the Afghanistan-USSR Boundary (1983)" (PDF). 2016-03-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
Xarici keçidlər
redaktə- ЭРИДАН .Ваханский коридор Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine