Vahid Qehremanov - Wikipedia
Vahid Pənah oğlu Qəhrəmanov (1900, Qutqaşın – 1978, Bakı) – hüquqşünas, hüquq elmləri doktoru (1950), professor (1951), AMEA-nın müxbir üzvü (1972), Əməkdar hüquqşünas (1966).[1]
Vahid Qəhrəmanov | |
---|---|
1928 – 1930 | |
Əvvəlki | İsa Tarverdiyev |
Sonrakı | Şirəli Şirəliyev |
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri | |
1943 – 1978 | |
Sonrakı | Əjdər İbrahimov (hüquqşünas) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1978 |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Fəaliyyəti | alim, hüquqşünas |
Elmi fəaliyyəti | |
Elm sahəsi | cinayət hüququ |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
Həyatı
redaktəVahid Qəhrəmanov 1900-cü ildə Qəbələ şəhərində anadan olub.[2]1919-cu ildə Nuxa gimnaziyasını bitirib, 1935–1937-ci illərdə Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb.[1]
Əmək fəaliyyəti
redaktəVahid Qəhrəmanov 1926–1928-ci illərdə Ağdamda müstəntiq, daha sonra Kürdəmir qəzasında prokuror işləyib. Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı (1929–1934), Ordubad Rayon Xalq İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934–1935) vəzifələrini icra edib. 1939–1941-ci illərdə Bakı hüquq məktəbinin direktoru, 1943–1978-ci illərdə (fasilələrlə) Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri olub.[1]
Vahid Qəhrəmanov Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğunda Elmi Məsləhət Şuralarının üzvü, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri olub.[1]
Akademik fəaliyyəti
redaktəVahid Qəhrəmanov 1943-cü ildə Tbilisi şəhərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər doktoru elmi adlarını alıb. 1951-ci ildə professor elmi adı verilib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Vahid Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından biri, cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdəndir. O, 5 monoqrafiya, dərslik və dərs vəsaiti, 60-dan artıq elmi məqalənin müəllifi olub. XX əsrin 70-ci illərində Respublikanın cinayət hüququ siyasətinin və cinayət məcəllələrinin işlənib hazırlanmasında böyük xidmətləri olub.[1]
Əsərləri
redaktə- Sovet cinayət hüququnda "cəza anlayışı";
- "Sovet cinayət hüququnda cəza sistemi";
- "Sovet cinayət hüququnda cəzanın müəyyən edilməsi";
- "Sovet cinayət hüququ";
Vəfatı
redaktəVahid Qəhrəmanov 29 mart 1978-ci ildə Bakı şəhərində vəfat edib.[1]
Təltif və mükafatları
redaktəVahid Qəhrəmanov Əməkdar hüquqşünas adına layiq görülüb, "Qırmızı Əmək Bayrağı" ordeni və Azərbaycan Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilib.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 "Qəhrəmanov Vahid Pənah oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.