Vaja Psavela - Wikipedia
Vaja Pşavela (14 (26) iyul 1861[1] – 27 iyun (10 iyul) 1915[1], Tiflis[2]) — Gürcüstan yazıçısı.
Vaja Pşavela | |
---|---|
gürc. ვაჟა-ფშაველა | |
Doğum adı | ლუკა რაზიკაშვილი |
Doğum tarixi | 14 (26) iyul 1861[1] |
Vəfat tarixi | 27 iyun (10 iyul) 1915[1] (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, müəllim, tərcüməçi, dramaturq, yazıçı |
Tanınmış əsərləri | |
rustaveli.tripod.com/psh… | |
Vaja Pşavela Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəVaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib.
Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq universitetinin hüquq fakültəsində dinləyici olub. Çox qısa müddət sonra kasıblıq ucbatından təhsilini yarımçıq qoyub geri vətənə qayıdıb. 1888-ci ildə o, adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.
Vaja Pşavela 1915-ci il, 27 iyul da Tiflisdə vəfat edib. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn edilib. Sonra (1935-ci ildə) onun cənazəsi Mtacminda pantionuna köçürülmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 ВАЖА ПШАВЕЛА // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ 1 2 Важа Пшавела // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |