Valeriya Korotenko - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Valeriya Məmmədova (qızlıq soyadı: Korotenko; 29 yanvar 1984, Bakı) — Azərbaycanı təmsil edən voleybolçu. Valeriya Məmmədova, Azərbaycan yığmasının heyətində 2006-cı ildə baş tutan Dünya Çempionatında 13-cü yeri tutub.
Valeriya Məmmədova | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 29 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Boyu | 171 sm |
Çəkisi | 62 kq |
İdman növü | voleybol[1] |
Komandası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəValeriya Məmmədova 29 yanvar 1984-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub.
Valeriya Məmmədova ailəlidir. O, 12 iyun 2011-ci ildə cüdoçu Nicat Məmmədov ilə ailə həyatı qurdu. Cütlüyün, 12 dekabr 2014-cü ildə övladı dünyaya gəldi.
Karyerası
redaktəValeriya Məmmədova, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Valeriya Məmmədova isə həmin Avropa Çempionatında, ən yaxşı libero seçildi.
Valeriya Məmmədova daha sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Valeriya Məmmədova bir ildən sonra, 2007-ci ildə Belçika və Lüksemburqda baş tutan Avropa Çempionatına qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Valeriya Məmmədova üçüncü dəfə Avropa Çempionatına, 2009-cu ildə Polşada baş tutan yarışda qatıldı. Yarışlarda, 1 dəfə qalib gələn, 7 dəfə isə məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 12-ci yerdə başa vurdu.
Valeriya Məmmədova dördüncü dəfə Avropa Çempionatına, 2011-ci ildə İtaliya və Serbiyada baş tutan yarışda qatıldı. Yarışların pley-off mərhələsində Azərbaycan yığması, Niderland yığmasına 1:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 16 yığma sırasında 9-cu yerdə başa vurdu.
Valeriya Məmmədova beşinci dəfə Avropa Çempionatına, 2013-cü ildə Almaniya və İsveçrədə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 15-ci yerdə başa vurdu.
Valeriya Məmmədova sonuncu, altıncı dəfə Avropa Çempionatına, 2015-ci ildə Belçika və Niderlanddə baş tutan yarışda qatıldı. Yarışlarda, bütün 3 oyunda məğlub olan Azərbaycan yığması, Avropa Çempionatını 16 yığma sırasında 14-cü yerdə başa vurdu.
Uğurları
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- ↑ CEV database (ing.).