Valtasar Qonaqligi - Wikipedia
Valtasar qonaqlığı — Rembrantın Babilin son kralı Belşazzarı çəkdiyi böyük ölçülü yağlı boya tablodur. Babil Kralı Belşazzar e.ə. 6-cı əsrdə zadəganlar üçün bir ziyafət təşkil edir və onlarla birlikdə oturub şərab içib, əylənirlər. Birdən kralın arxasında bir əl peyda olur. Kral və ətrafındakılar qorxuya düşərək nə olduğunu anlamaq üçün o tərəfə baxırlar. Əlin olduğu yerdə bir yazı görülür və kral kahinləri çağırıb yazının nə məna verdiyini soruşur. Kahinlərin heç biri bunu oxuya bilmir və nəhayət, Daniyal yazını oxuyur: “Mənə təkəl u-parsin”. "Mənə" sayılı deməkdir və "mesaj" tanrının kralın səltənət günlərinə bir son verəcəyini işarə edir. "Təkəl" tarazlıq mənasını verir ki; buradakı mesaj, kralın tarazlığı qoruyub saxlaya bilmədiyini və testi keçə bilmədiyinə işarə edir. "Parsin" bölünmüş deməkdir və krallığın bölünməsinə işarət edir. Krallığın bölünəcəyi ölkə Madaylar və Farslar tərəfindən bölüşdürüləcəkdi. Eyni gecə Belşazzar öldürülür. Xristianlar Daniyalı İsanın gələcəyini görən bir peyğəmbər olaraq şərh edirlər. Musəvilərə görə isə, o, Babilə kömək edən bir insandır. Şəkildə hekayənin qarışıq bir anı göstərilib.[3]
Valtasar qonaqlığı | ||
---|---|---|
| ||
Rəssam | Rembrant | |
Tarixi | 1635 | |
Üslubu | dini incəsənət[d][1] | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 167,6 sm × 209,2 sm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | London milli qalereyası | |
Saytı |
nationalgallery.org.uk/p… wga.hu/html/r/rembran/pa… |
|
İnventar nömrəsi | NG6350[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ 1 2 https://rkd.nl/explore/images/48717.
- ↑ http://www.nationalgallery.org.uk/paintings/rembrandt-belshazzars-feast.
- ↑ Belshazzar's Feast.[1] Arxivləşdirilib 2016-01-10 at the Wayback Machine